Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə136/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   132   133   134   135   136   137   138   139   ...   175

FƏZİLƏTLİ ATA


Təbliğ məqsədilə Mehrcerdə getdiyim zaman Qum elm mərkəzinin banisi Şeyx Əbdülkərim Hairinin xalası oğlu deyirdi: «Şeyxin atasının 15 il övladı olmadı. O çox narahat idi. Qəssablıqla məşğul idi. Amma peşəsi onun başını qatmırdı. Bir gün həyat yoldaşı ona dedi: «Mən sənin qüssənə dözə bilmirəm. Çox güman ki, övladımızın olmamasının səbəbi mənəm. Məncə bu məqsədlə yenidən ailə qurmağın heç bir eybi yoxdur. Özüm sənin üçün münasib qadın taparam».

Bir neçə müddətdən sonra əri üçün gənc, həyat yoldaşı ölmüş dul bir qadın tapdı və yoldaşına bu qadınla evlənməyi təklif etdi. Toy mərasimi keçirildi. Qədim adət-ənənə üzrə gəlinlə bəy əl-ələ tutdular. Bu an gəlinin keçmiş yoldaşından olan üç yaşlı qızının fəryadı ərşə yüksəldi. O, anasından ayrılmır, xalası onu özü ilə aparmaq istəsə də, bacarmırdı. Yetim uşağın səsi kişini də təsirləndirdi. O, gəlinə dedi: «Mən bu yetimin səsinə tab gətirə bilmərəm. Bu uşaqdan başqa mənim sənin vasitənlə uşağım olması, bu yetimə pis təsir bağışlaya bilər. Mən bu evliliyin xeyrindən keçirəm».

Oradaca gəlinin kəbin haqqını ödəyib, gecə ikən Mehrcerdə qayıtdı və həmin gecəni ilk arvadının yanında keçirtdi. Həmin gecə bu şərəfin, ləyaqətin əvəzi olaraq Şeyx Əbdülkərimin nütfəsi bağlandı və Qum elm mərkəzini təsis edən bir insan dünyaya gəldi».

O, minlərlə alimin müəllimi oldu. Onun tərbiyəsini görmüşlərdən biri də İran İslam İnqilabının banisi, şərqi-qərbi heyrətə salan, İslamı məhv olmaqdan qoruyan dahi Xomeynidir. Xomeyni Şeyx Əbdülkərimin, Şeyx Əbdülkərim isə fəzilət sahibi olan bir qəssabın məhsulu idi. Bu şərəfli atanın qiyamətdə övladının, onun şagirdlərinin və İran İslam İnqilabının qarşılığında hansı mükafatlar alacağını yalnız Allah bilir.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin