Həzrət Peyğəmbər (s) buyurur: «Sudan hazırlanmış bir şərbətlə olsa da, qohumlarına baş çək. Sileyi-rəhimin ən üstün mərhələsi onları incitməməkdir»;3 «Bir salam verməklə olsa belə, dünyada sileyi-rəhim edin»;1 «Qohumlarınla görüşmək üçün bir il yol get».2
O Həzrət (s) digər bir hədisdə buyurur: «Bu günkü və bundan sonra yaşayacaq cəmiyyətə, valideynlərinin sülbündə olanlara qiyamət gününə qədər vəsiyyət edirəm: Sileyi-rəhim edin, hətta bir illik səfər əziyyətinə qatlaşmalı olsanız belə. Həqiqətən, sileyi-rəhim dindəndir».3
«Biharül-ənvar» kitabının 74-cü cildinin 111-126-cı səhifələrində sileyi-rəhimin faydaları haqqında çox mühüm rəvayətlər qeyd olunmuşdur. Həmin rəvayətlərdən bir neçəsini diqqətinizə çatdırırıq:
Həzrət Baqir (ə) buyurur: «Sileyi-rəhim əməlləri paklayır, ruzini çoxaldır, bəlanın qarşısını alır və ölümü təxirə salır».
İmam Sadiq (ə) buyurur: «Sileyi-rəhim və yaxşılıq qiyamətdə insanın hesabını asanlaşdırır. İnsanı günahdan qoruyur. Ona görə də yaxşı salamlaşmaq və yaxşı cavab vermək qədərincə də olsa, sileyi-rəhim və yaxşılıq edin».
Həzrət Peyğəmbər (s) buyurur: «Sileyi-rəhim ömrü artırır və yoxsulluğu aradan qaldırır»; «Sileyi-rəhim şəhəri abadlaşdırır, ömrü çoxaldır. Hətta bu işi görənlər yaxşılardan olmasalar da belə»; «Allah-təala canı və malı ilə yaxınına tərəf gedən və ya sileyi-rəhim edən şəxsə min şəhidin savabını verəcəkdir»; «Allah-təala sileyi-rəhim edənin bu iş üçün atdığı hər addıma qırx min savab yazır, qırx min günahını bağışlayır. Sanki Allaha yüz il səbirlə, ixlasla ibadət edibmiş kimi ona qırx min uca məqam verir»; «Behiştdə bir dərəcə var. O, ədalətli rəhbər, çox sileyi-rəhim edən və ailədə səbirli olanlardan qeyrisinə nəsib olmayacaq».
Əbuzər buyurur: «Səni gördükdə əsəbiləşsələr də, qohumlarının görüşünə get. Əgər səni qəbul etməsələr, yenə get. Nəhayət, məqsədinə çatacaqsan. Onlar Haqqın buyruğundan boyun qaçırsalar da, sən boyun qaçırma».
Bir şəxs həzrət Peyğəmbərə (s) dedi: «Qohumlarımla xoş münasibətdə olmağa çalışsam da, məni incidirlər. Onlarla əlaqələrimi kəsmək istəyirəm. Həzrət (s) buyurdu: «Belə olduqda Allah sizin hamınızı tərk edər». Həmin şəxs «Vəzifəm nədir?»-deyə soruşduqda, Rəsulullah (s) belə buyurdu: «Səni bir şeydən məhrum edən şəxsə yaxşılıq et. Səninlə əlaqələrini kəsən şəxslə əlaqə yarat. Sənə pislik edəni bağışla. Allah səni onlardan yüksəklərə qaldıracaq».
Dostları ilə paylaş: |