Əhdə vəfa etmək şəri və fiqhi baxımdan vacib, etməmək isə haramdır.
Qadınla kişi arasında bağlanılan nikah ilahi bir əhddir. Qadın və kişi onu bütün mümkün yollarla qorumalıdır.
Ailədə ərin arvada, arvadın ərə və ya onların hər ikisinin övladlarına verdikləri söz bir növ əhd sayılır. Təbii ki, bu əhdə vəfa qılmaq vacib, ondan boyun qaçırmaq isə haramdır.
Quranda buyurulur:
«Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir»3.
Əmanətdarlıq və əhdə vəfa möminin xüsusiyyətlərindəndir.
«O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar».4
İmam Səccad (ə) dinin bütün tapşırıqlarının üç şeydə ‒ haqq söz, ədalətli hökm və əhdə vəfada cəm olduğunu buyurur.1
İmam Sadiq (ə) buyurur: «Dünya və axirətdə heç bir kimsə üç şey üçün üzr (bəhanə) gətirə bilməz: pis və ya yaxşı insana qarşı əmanətdar olmaq, mömin və qeyri-möminlə bağladığı əhdə vəfa qılmaq, pis və ya yaxşı olmalarına baxmayaraq, ata-anaya yaxşılıq etmək.»2
Həzrət Peyğəmbər (s) buyurur: «Əhdinə vəfa qılmayan şəxs dinsizdir».
Həzrət Rza (ə) buyurur: «Biz həzrət Peyğəmbərin (s) vədəni borc bildiyi kimi bilən Əhli-beytik».3
Dostları ilə paylaş: |