Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Fəhlə və sahibkarlar bir-birinin qədrini bilsinlər!



Yüklə 180,96 Kb.
səhifə127/134
tarix10.01.2022
ölçüsü180,96 Kb.
#110596
1   ...   123   124   125   126   127   128   129   130   ...   134
Fəhlə və sahibkarlar bir-birinin qədrini bilsinlər!

Fəhlələr sahibkarların qədrini bilsinlər, sahibkarlar da fəhlələrin. Onlar iki səngər yoldaşı kimidirlər. Əgər hər hansı biri zərər çəksə, digəri də zərər çəkər. Məsələ belədir. Bu münasibətləri tənzim etmək də ölkə məmurlarının üzərinə düşür; istər qanunu qəbul edənlərin, istər onu icra edənlərin. Bu da diqqətin lazım olduğu bir məsələdir.


İşin özü İslamın baxışında saleh əməldir!

Başqa bir məsələ budur ki, bütün fəhlələr – istər mahir fəhlələr və yüksək səviyyəli təhsillilər, istər orta, istər sadə fəhlələr işin özünün İslam baxışından saleh əməl olduğunu bilsinlər. "Həqiqətən insan ziyandadır; iman gətirib saleh əməllər edənlərdən başqa". İnsanı ziyandan xaric edən saleh əməl yalnız namaz, oruc, ziyarət və zikr deyil. Onlar da var, amma məişət vəzifəsini yaxşı yerinə yetirmək işi də saleh əməldir və onun ən mühümlərindən biri işdir.

Rəvayətdə göstərilir ki, Peyğəmbər (s) gənc və işləməyə qadir bir insanın oturub tənbəllik etdiyini və işləmədiyini görəndə buyururdu: "Gözümdən düşdü". İşləmək saleh və yaxşı əməldir. Eşitmisiniz ki, Peyğəmbər (s) bir səhabəsinin qabarlı əllərini görüb soruşdu ki, əllərin nə üçün belədir? Dedi ki, ey Allahın rəsulu, mən bu əllərlə işləyirəm. Peyğəmbər (s) onun əlini öpüb buyurdu: "Bu ələ cəhənnəm odu toxunmaz". Bundan da yaxşı əməl?! Belə işləyin. İş yerinə, tarlaya, sexə getdikdə, adı iş olan hər hansı bir əməklə məşğul olduqda - istər mahir fəhlə və yüksək səviyyəli mütəxəssis işi olsun (bu gün Allaha şükür olsun ki, ölkəmizdə mahir fəhlələr və yüksək səviyyəli mütəxəssislər az deyil), istər orta və ya sadə fəhlələr (o sadə fəhlə də eynilə belədir) - maşının yanına, yaxud zavodun işləmək istədiyi hər hansı bir nöqtəsinə getdikdə bilsin ki, onun bu gün görmək istədiyi iş Allah-Taalanın ona savab və əcr verəcəyi işdir. İşin məişət və gəlir vasitəsi olmasından əlavə özünün dəyəri var. O da öz növbəsində mühüm məsələ və başqa bir ibadətdir.

Bir ölkədə cəmiyyət işə ibadət gözü ilə baxsalar, görün o ölkənin iqtisadi və elmi inkişafı haraya çatar. Bu, İslamın məntiqidir. Odur ki, biz hər hansı bir səviyyədə olan fəhləyə hörmət və sevgi bəsləsək, əbəs deyil. Çünki bu məhəbbət və hörmət hissinin arxasında belə bir dərin və zəngin İslam mədəniyyəti durur.



Yüklə 180,96 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin