İkinci fəsil: Beynəlxalq hegemonluq, ABŞ və ABŞ-ın müsəlman İrana qarşı məqsədləri
Sual: Hegemonluq nədir və hegemon kimdir?
Cavab: Quranda hegemonluğun mənası budur ki, bir şəxs, bir qrup, yaxud bir cinah özünü haqqın fövqündə bilsin, haqqa tabe olmasın, özünü və öz gücünü haqqın meyarı hesab etsin. Quranın bizim üçün təsvir etdiyi tarixin ilk hegemonu İblisdir: "İmtina və təkəbbür etdi"1. O, ilk təkəbbür edəndir.
Bir müsəlmanın, möminin, yaxud təkallahlının hətta bir gün, bir an da İblis və şeytanla düşmənlikdən əl çəkməsini fərz etmək mümkün deyil. Ümumiyyətlə İslam xətti İblis və şeytan əleyhinə xətdir. Peyğəmbərlərin dəvəti zamanı hegemonlar Allahın dəvətini və tövhidi qəbul etməyib, ona qarşı mübarizəyə qalxan və hegemonluq edən şəxslər idilər: “(Şüeyb) tayfasının təkəbbürlü əyanları dedilər: “Ey Şüeyb! Səni ixrac edəcəyik”.2 Peyğəmbər haqqı deyib, xalqı haqqa çağıranda hegemonlar deyirlər: "Çox danışsan, səni ixrac edəcəyik”.
Bu təkəbbürlü danışıq tonundan haqqa dəvət edənə qarşı istifadə edilir. Bu, hegemonluğa dair aydın təsviridir. Hegemonluq bugünkü dünyada mövcud olan istismarçı sistem, siyasi arenada supergüc xisləti və supergüc olmağa can atan hər bir şeydir. Hələ supergücə çevrilməyən, lakin özünü yarımçıq supergüc sayan qüvvələrin rəftarı da belədir.
Bu gün təəssüf ki, bütün dünya hegemon qrupların əməlləri ilə doludur. Onların hamısının başında Amerika durur. Dünyanın o başında olan bir dövlətin bölgə xalqlarının mənafeyinin əksinə olaraq, burada öz maraqlarını təmin etməyə çalışması hegemon ruhdur, başqa bir şey deyil. Bir dövlət ona müxalif olan hər hansı dövlətə açıq şəkildə və heç bir xəcalət çəkmədən "mən səni məhv edərəm" – deyir və özünü buna haqlı bilir. Bu hegemon xislətdir. Bu gün ABŞ Latın Amerikası ölkələrinin bir çoxuna və dünyanın digər ölkələrinə qarşı bu işi görür. Hegemonluğun cavabı olmadığından, maraqları təhlükəyə düşdüyündən və maraqları hansısa dövlətin süqutu ilə daha yaxşı təmin olunduğundan, bu mövqeyi seçir.
Bu gün dünyanın siyasi mənzərəsinə baxsanız, çoxlu belə hallar müşahidə edərsiniz. Hansısa qüvvələr gəlib bir ölkəni qoruğa çevirir, bir xalqı öz evindən çıxarır, zorla orada başqa bir dövlət qurub əvvəlkinin yerində oturdur. Bu, hegemon hərəkətdir. Fələstin hadisəsində dünyanın hegemon gücləri əl-ələ verib bütün xalqı öz evindən didərgin saldılar. Çox böyük və qəribə olan bu məsələyə bu gün dünya vərdiş etmişdir. Bir xalqı ölkəsindən qovur, sonra dünyanın müxtəlif yerlərindən başqa insanları zorla oraya gətirib yalançı, qondarma bir xalq düzəldir, strateji ərəb regionunda böyük güclərin maraqlarını təmin etmək üçün başında bir hökumət də yaradırlar. Bu, sözügedən hegemonluqdur.
Bu gün amerikalıların minlərlə insanın öldürülməsindən çox soyuqqanlılıqla danışdığını görürsünüz. Hiroşimada bombanın partlamasını və minlərlə insanın qətlini adi hal sayıb deyirlər ki, bu addım məsləhət üzündən idi, biz bunu lazım bildik. Bu, hegemon xislətdir. Bir təyyarəni sərnişinləri ilə birgə vurub saldılar, etiraz edəndə də deyirlər ki, bir hadisə idi, oldu-bitdi, daha bu barədə danışmayın.
İnsan öldürmək və cinayət törətmək onlar üçün adi bir işdir. Lakin öz maraqları qarşıya çıxdıqda, yaxud məsələn, bir vətəndaşları dünyanın bir tərəfində bir qələt eləmiş və bir neçə nəfər qəzəblənib başına bir bəla gətirmişsə, bütün dünyaya səs salırlar. Çünki özlərinə heç bir bəşər övladına tanımadıqları həyat haqqını tanıyırlar. Bu, dünyanın indiki istismarçı sistemində mövcud olan hegemonkuqdur.
Biz bütün dünyaya elan etmişik ki, İslam inqilabı istismarçı sistemə müxalifdir.
Dostları ilə paylaş: |