2-ci Komponent.İcmanın fəaliyyətində və qərarların qəbul edilməsində kənd qadınlarının iştirakını gücləndirmə: maarifləndirmə, potensialın inkişaf etdirilməsi və şəbəkə yaratma; məlumatlılığı artırma, potensialı inkişaf etdirmə və şəbəkə yaratma. Komponentin məqsədi sınaq ərazidə qadınların icma həyatında aktiv iştirakının faydalarına dair əhalini maarifləndirmək, icma həyatında və qərarların qəbul olunmasında aktiv iştirak etmək üçün kənd qadınlarının potensialını inkişaf etdirmək və sosial baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərməkdən ibarətdir.
Fəaliyyət 2.1Kənd ərazilərində qadınların sosial həyatda iştirakının gücləndirilməsi üzrə təlim kurslarının hazırlanması və keçirilməsi və İlkin Planın bir mərhələsi kimi hazırlanan təşviqat materiallarını yayımlamaqla qadınların icmanın iştirakına köməyi və qadınların sosial həyatda aktiv iştirakı ilə bağlı Azərbaycan ənənəsinə dair kənd qadınları və qızlar arasında məlumatlılığın artırılması.
Fəaliyyət 2.2 Maraq göstərən qadınlara QHT-lərin təsis edilməsi və idarə olunmasının əsaslarına dair təlim keçmə.