Sual: 404. Zühur əlamətləri dəyişə bilərmi?
Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, zühur əlamətləri iki qisimdir:
Onlardan bəziləri qətidir və dəyişə bilməz (“bəda”), bəziləri isə şəraitdən asılı olaraq dəyişə bilər. Davud ibn Əbül-Qasim deyir: “Biz Əbu-Cəfər Məhəmməd ibn Əli Rizanın (ə) yanında olduğumuz vaxt söhbət Süfyaninin xürucundan düşdü. Rəvayətlərdə bildirilir ki, bu hadisə qətidir. Əbu-Cəfərdən bu hadisənin dəyişə biləcəyi haqqında (“bəda”) soruşdum. Həzrət buyurdu: “Bəli”. Ərz etdim ki, biz Qaimin zühurunda da dəyişiklik (“bəda”) olacağından qorxuruq. Həzrət buyurdu: “Qaim hadisəsi Allahın vədlərindəndir və Allah öz vədinə xilaf çıxmaz.”1
Dəyişməz əlamətlərin bəzi nişanələri ilə tanış olaq: “Rəvayətlərdə bu əlamətlərin qəti bəyanı; andla təkid; “labüd” sözü ilə təkid; “Lam” hərfi ilə təkid; “innə” hissəsi ilə təkid; təkrarla təkid.
Dostları ilə paylaş: |