Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 107,45 Kb.
tarix22.10.2017
ölçüsü107,45 Kb.
#10544
növüYazı

Nazim Hikmət: Olduğu kimi – II


Mövzuya zəruri qayıdış

Akif ƏLİ,

filologiya elmləri namizədi,

yazıçı-publisist

——————————–

T a r i x


Hələ neçə il əvvəl Türkiyənin “Tarix dərgisi”ndə Kazım Gültəpənin “Nazim Hikmət Borzeski şarlatanlığı və düşündürdükləri” adlı məqaləsini oxumuşdum. Nazim Hikmətin əsil siması göstərilirdi. Sovetlərin vaxtında bizimkilərə “qan qardaşı, türk soydaşı, doğma şair” və s. bu kimi məhrəmanə epitetlərlə təqdim olunan, yaddaşlarda “Gülhanə parkındakı jeviz ağajı”nın həsrət motivləri ilə qalan bu şair Türkiyənin özündə vətən xaini, türklüyün düşməni, Türkiyədə də sosialist quruluşu görmək eşqi ilə yaşayan şarlatan, Kreml aşiqi, Lenin-Stalin məddahı kimi ifşa olunurdu.

Onsuz da heç zaman xüsusi simpatiya duymadığım Nazim Hikmət  mövzusunu elə həmin curnalın arasında qapadıb arxivə atdım getdi.

Bu ilin əvvəllərində məlum oldu ki, Azərbayjan Yazıçılar Birliyi Nazim Hikmətin 100 illik yubileyini qeyd etmək üçün xüsusi komissiya yaradıb, ijlas keçirib, yubiley tədbirləri üçün geniş plan tutub. Sonra Azərbayjan Yazıçılar Birliyinin və AYB yubiley komissiyasının  sədri yuxarı instansiyalara məktub göndərərək Nazim Hikmətin yubileyinin Azərbayjanda dövlət səviyyəsində qeyd olunmasını, bunun üçün bir sıra təşkilati tədbirlərin görülməsini xahiş edib.

Anjaq bir halda ki, artıq kommunizm arxivə gömülüb və Azərbayjan daha Moskvadan asılı siyasət yürütmür, onda nədən yenə Kremlin yetirdiyi kommunizm aşiqi ən yüksək səviyyədə şərəfləndirilməlidir?! Və bir halda ki, Nazim Hikmətin əqidə dönüklüyünə Türkiyənin özündə də  münasibət bəllidir, onda bizimkilər öz yubiley tədbirləri ilə Türkiyə-Azərbayjan strateci dostluq əlaqələrinə hansı yardımı göstərmiş olajaqlar? Üstəlik, özümüzün istər klassik, istər müasir ədəbiyyatımızda dəyərləndirilməyə layiq istedadlı adam tapılmırmı!

Bu sayaq mülahizələrlə mən “Papadan artıq katolik görkəminə düşməmək” üçün (bu-Azərbayjan Prezidenti Heydər Əliyevin sərrast ifadələrindən biridir) Kazım Gültəpənin sözügedən məqaləsini arxivdən çıxarıb azəri türkjəsinə uyğunlaşdırmaqla hörmətli oxujulara təqdim etdim (bax: “Yeni Azərbaycan” qəzeti, №83,   2 may 2001-ci il).

*  *  *

K a z ı m  G ü l t ə p ə   n ə   y a z ı r ?


O, yazır ki:

“Nazim Hikmət Borzeski Rusiyaya qaçdıqdan sonra yəhudi əsilli bir polyak olduğunu söyləyib, bundan qürur duyduğunu açıqlamış,Türkiyəyə və türklüyə  hüjumlar etmişdir…

Türkiyənin Nazirlər Kabineti 1951-ji ildə ardıjıl olaraq məmləkəti əleyhinə işləyən, Türkiyənin hökumət quruluşunun və hökuməti idarə edənlərin əleyhinə təbliğat kampaniyası başlayaraq  kommunizmi yaymaq məqsədi güdən yazıları ilə  Sovet hökumətinin tapşırıqlarını ijra edən qatı kommunist Nazim Hikmət Ranı Türk vətəndaşlığından çıxarmaq barədə qərar qəbul etmişdir…

Yüz minlərlə türkün  qatili, insan qəssabı, fikirlərimin atası, gözümün nuru dediyi  Stalinin ölümünə çox üzülərək mərsiyə oxuyan Nazim Hikmət heç vaxt Atatürkün ölümünə, ya başqa bir Türk böyüyünə belə həyəjanlı misralar həsr etməmişdir. Əksinə, Atatürkə həqarət edən Nazim Hikmət Borzeski həmişə Lenini göylərə qaldırıb, ona şerlər qoşub…

1921-ji ildə  Türk milləti Milli azadlıq müjadiləsi apararkən Nazim H.Borzeski Moskva Radiosu ilə türkjə -Təslim ol, Mehmet!- deyirdi…

Yunanıstanda güllələnmiş kommunistlərə ajıyaraq ağılar qoşan  Nazim H.Borzeskinin 255 min Türk övladının şəhid olduğu Çanaqqala, Sakarya, Dumlupınar barədə bir misra şeri yoxdur…”  və s. və i.

*  *  *

D i s k u s s i y a


Azərbaycan mətbuatında ilk dəfə Nazim Hikmət haqqında alternativ mövqe ortaya qoyan bu yazı “Yeni Azərbaycan”da dərj olunduqdan sonra mövzu ətrafında müxtəlif mülahizələr söyləndi.

Geniş şifahi disputlarla yanaşı, Nazim Hikmətin tədqiqatçısı, şair haqqında dissertasiya və kitablar yazmış, özü ilə şəxsən yaxından tanış olmuş filologiya elmləri doktoru Aqşin Babayev “Nazimin bədxahlarına” javab vermək məqsədilə mətbuatda “Nazim Hikmət taleyi” başlıqlı geniş məqalə ilə çıxış etdi. (bax: “İki sahil” qəzeti, №94,  16 may  2001-ji il).

Bəzi sual doğuran məqamlara öz münasibətimi bildirmək məqsədilə diskussiyanı davam etdirmək qərarına gəldim.

*  *  *

B i r   c e v i z  a ğ a c ı n ı n   m e y v ə s i


Bəri başdan deyim ki, Nazim Hikmət haqqında konkret faktlara istinadən söylənmiş tənqidləri təkzib etmək məqsədilə yazılan javab məqaləsində tutarlı əks-arqumentlərə rast gəlinmir. Javabda əsasən “Bu ağ yalandır”, “Nazim belə söz deməyib” kimi ümumi mülahizələr yürüdülür, inandırıjılığı təmin etmək məqsədilə ara-sıra “Nazimin ürək ağrıları”, “Nazim həsrəti”, “şairin iztirabları”, “Nazimin nifrəti, qəzəbi, injikliyi”, “türk oğluna bir inamsızlıq vardı” və s. bu kimi emosiyaların ehtizazına hesablanmış titrək sözlərdən istifadə edilir.

Anjaq neçə min illik bəşər tarixində Vətəni, Dövləti və Xalqı düşmənə satmaqdan böyük şərəfsizlik qeydə alınmadığından, sonrakı bütün peşimançılıqlar, ürək ağrıları, iztirablar, nisgilli misralar, etiraflar, göz yaşları-filan elə Gülhanə parkındakı jeviz ağajının tək bir meyvəsi dəyərindədir.

Müəllif haqlı olaraq Nazimə münasibət məsələsində son sözün ayrı-ayrı adamlara yox, bütün xalqa məxsus olduğunu desə də, anjaq bəs nədən adamın əsil həyatı, əqidəsi və əməlləri barədə həqiqətlərin tam bir əsr ərzində həmin o “son sözün sahibi” olan xalqdan gizlədildiyini izah etmir.

* * *

                  N ə  o l a r, n ə  o l m a z ?


Təkzib məqaləsinin başlıja ritorikası bu jümlədə əksini tapıb: “Nazim Hikmətin  bütün kommunist ruhlu şerlərini kitablarından çıxarıb atsaq, ona şair demək olmazmı?!”

Allah, Allah! Olar, niyə olmur ki? Anjaq onda:

… məsələn, Zori Balayanın da Azərbayjan əleyhinə yazdığı üfunətləri kitablarından çıxarıb atmaqla görkəmli yazıçı-publisist kimi Bakıda yubileyini keçirmək olar.

Silva Kaputikyan, İgityan, Hambarsumyan, Ağambekyan və başqalarını da sterilizə etmək olar. Vaxtilə bir çox azəri həmkarlarının jan-jan dediyi bu adamların da elmi-bədii yaradıjılığı var axı!

Hələ Lenini, Stalini, Kirovu, Şaumyanı, Mikoyanı, Avakyanı, Sitaryanı qoyaq bir kənara, götürək Mixail Qorbaçovu. Vaxtilə ölkəmizin başçısı olmuş Qorbinin Azərbayjana və azərbayjanlılara nifrətini, Dağlıq Qarabağı satmasını, bizi qırdırmasını və s. xain əməllərini bioqrafiyasından çıxarıb atmaqla qalan siyasi fəaliyyətini respublikamızın dövlət idarəçiliyi akademiyasında tədris etmək olar.

Baqramyan dursun qıraqda, heç olmasa marşal Yazovun 1990-jı ilin Yanvarında Bakıda keçirdiyi əməliyyatı yadımızdan çıxarıb atmaqla qalan sərkərdəlik fəaliyyətini hərbi akademiyalarda kursantlara öyrətmək olar.

Lap elə özümüzünkülərin arasından da axtarıb son illərdə xəyanət, dövlət çevrilişi, düşmənə satqınlıq, separatçılıq kimi bəd əməllər törədənlərin həmin bəd əməllərini çıxarıb atmaqla onların hamısını meydan müjahidləri adlandırmaqla yenə yuxarı tribunaya qaldırmaq olar.

Və s. və i., bu siyahı bitib-tükənməz.

Əgər prinsiplərdən əl çəkiriksə, onda nədən birinə şamil olunan “təmizləmə” düsturu hamıya aid edilməsin? Kimliyin nə fərqi var ki?

Anjaq ulu Tanrı bu dünyada məntiq adlı gözəl bir şey yaratmışdır. Və məhz məntiqin ardıjıllığı sayəsində nizamlanan səbəb-nətijə əlaqələri yaşadığımız dünyada bizim istəyimizdən asılı olmayaraq, haqqın nahaqqı üstələməsinə imkan vermir. Böyük Nəsirəddin Tusidən öyrəndiyimiz kimi, Böyük Yaradanın insan zatındakı vəkili olan ədalət qüvvəsi həmişə hakim mövqeyə keçib müvazinət, tarazlıq və bərabərlik yaradır ki, hərəyə öz haqqı çatsın, artıqlıq nətijəsində əmələ gələn intizamsızlıq aradan çıxsın.

Dünyanın əbədiyyət qanunudur bu…

Sərsəm kommunaçılıq ideyasının banisi Karl Marksın da haçansa Şah İsmayıl Xətai haqqında hikkəylə dediyi birjə “qəsbkar” kəlməsi ujbatından bu böyük dövlət xadimi Sovetlər dönəmində anafemaya verilmişdi. Heç kim də onun adını çəkməyə jürət etmirdi. Anjaq Tanrının həmin nizamına görə kimlərinsə istəyindən asılı olmayaraq bu gün artıq nə Marks var, nə onun qurama kommunaları, nə də Sovetləri. Görkəmli sərkərdə və şair Şah İsmayıl Xətai isə yenə də öz xalqının arasındadır.

* * *

İ l a h i  s e v g i


Maraqlıdır, bəs hansı munis bağlar əski quruluşun “unudulmuş yad adamını” reanimasiya edərək müstəqil Azərbayjanda mütləq geniş yubileyini keçirmək eşqini alovlandırır? Məgər komissiya üzvləri yığışıb öz aralarında sevgili şairin əsərlərini qiraət etməklə eşq atəşini səngidə bilməzlər? Müəllifin özünün də yazdığı kimi, əgər Nazim Hikmət: “Nə böyük eşşəklik etmişik, niyə gəldik buralara?” – deyibsə, onda “buralardakıları” hansı tələbat vadar edir ki, ölkədə ziyalıların qatıla biləjəyi bu qədər dərd-sər, problem ola-ola, milli mədəni, ideoloci aspektdə görülməli işlərimiz dura-dura, imperiyadan,  Sovetlərdən, leninizm-stalinizmdən, bolşevizmdən əzab-əziyyət çəkmiş yüzlərlə ziyalımızın haqqının qaytarılması üçün tam münbit şərait yarandığı vaxtda, yenə dövrə vurub qayıdırlar geriyə və Türkiyənin düşməni, Kremlin aşiqi, sədaqətli Leninçi-Stalinçi olan bir “böyük eşşəyə” yubiley şənliyi keçirmək istəyirlər?

Bu xalqın xas kişiləri bəzən şərəf və ləyaqəti qorumaq naminə hətta qanı-qanından olan öz doğma jiyərparəsini də kəsib atıb. Bəs çoxdan dövranını sürüb getmiş Nazim Hikmət sevgisi nə ilahi sevgiymiş?!

* * *

V a c i b  m ə q a m


Nazim Hikmətin kommunizmə, Moskvaya, Stalinə mədhiyyələr söyləməsi ilə o müdhiş dövrdə yaşayıb-yaratmış bir çox Azərbaycan ziyalısının analoci fəaliyyətini eyniləşdirmək istəməzdim. Bizdə nə qədər vijdanlı adam bəlkə də əqidənin yox, taleyin girovu idi. Öz Vətənlərində  min bir tellərlə bağlandıqları ev-eşikləri, qohum-əqrabaları, ailələri, sevdikləri adamları, oğul-uşaqları ilə birlikdə girov düşmüşdülər. Və mən əminəm ki, məsələn, dahi bəstəkar Üzeyir bəy Hajıbəylinin, böyük mütəfəkkir Rəsul Rzanın, fitrətdən istedadlı şair Səməd Vurğunun və b. bu jür seçilən ziyalıların dövrün tələblərindən doğan məjburi passacları ilə Nazim Hikmətin sevdası bir tərəziyə qoyulmamalıdır. Bizim görkəmli yaradıjılarla qol-boyun şəkil çəkdirməklə daha çox özünü qiymətə mindirən o gəlmə adam tamam fərqli bir  amala, ideya və ideala tapınmışdı. Sırf əqidə naminə yaşadığı Türkiyədən qaçıb xoşluqla Kremlə girmişdi. Nazim Hikmət Türkiyəni sevməyə bilərdi, ölkədən çıxıb gedə bilərdi, Fransaya, Yaponiyaya, ABŞ-a, Almaniyaya, İtaliyaya və s. yerlərə mühajirət etməkdə sərbəst idi. Anjaq o məhz Moskvaya qaçmaqla “xüsusi statusa” üstünlük verdi. Çünki o əqidəylə sadalanan ölkələrin heç birinə ayaq basa bilməzdi. Qoymazdılar. Demək, bu adam şair istedadına deyil, başqa “istedadına” güvənib özünə bazar axtarırdı. Budur məsələ.

Nazim Hikmətin iyirminji illərdə ilk kitabının Bakıda çap olunması, onun hərdən-bir Bakıya gəlib-getməsi, azəri türkləri ilə oturub-durması, teatra, konsertə bərabər ekskursiyaları və s. göstərijilər isə hələ heç də nazimsevərlərin iddia etdiyi kimi, “bir baxıma elə bizim öz sənətkarımız olması” demək deyildi. Nə qədər ajı da olsa, bu – hər şeydən əvvəl o demək idi ki, Sovet KQB-si (yaxud QPU-su, NKVD-si) Türkiyəli “obyektini” sədaqətli Sovet Azərbayjanının “kurasiyasına” vermişdi. Sovet KQB-si Nazim Hikmətlə məşğul olmaq səlahiyyətlərini inandığı adamlara etibar edirdi. Yoxsa Sov. İKP-nin, KQB-nin, Qlavlitin “dobrosu” olmadan SSRİ-nin heç bir nöqtəsində “kakoy-nibud Nazım Xikmet”in nəinki kitabı, heç qəzetdə birjə misrası da çap oluna bilməzdi.

İndiki tam demokratiya, söz və mətbuat azadlığı şəraitində yaşayan adamlar məgər həmin diktatura və total nəzarət recimini görüb gəlməyiblərmi?

* * *

P o e z i y a   y o x,  p o l i t o l o g i y a


Nazim Hikmət faktını qiymətləndirmək üçün, sadəlövhjəsinə poetik axtarışlara yox, politoloci araşdırmalara üstünlük vermək həqiqəti daha tez aşkarlayar. Axı, 1920-ji ildə Azərbayjanda milli hökuməti qan içində boğan Kreml başbilənləri bütün digər sələfləri və xələfləri kimi Dəli Petronun “strateci vəsiyyətlərinə” sadiq idilər, qırmızılığından və ya ağlığından asılı olmayaraq imperiyanın sərhədlərini genişləndirmək, “isti dənizlərə” çıxmaq, o jümlədən İstanbulda çəkmələrini yumaq  sevdası ilə yaşamaqda idilər. Şimali Azərbayjanın xəritəsi isə imperiyanın Baş dəftərxanasında yalnız xammal bazası və Şərqə çıxış plasdarmı kimi masanın üstünə gətirilib. Bizim kasıb-kusubun mənafeyinin müdafiəsi, xoşbəxt həyat qurujuluğu, xariji düşmənlərimizə qarşı birgə mübarizə, dostluq, qardaşlıq, bərabərlik və s. isə məqsədə gedən yolda gözə kül üfürmək,  boş başaldatmalardır.

Bu həqiqətləri görmək üçün recimin mahiyyətini görə bilmək lazımdır. Sovet jəmiyyəti üçün Moskvada müəyyən ideoloci ştamplar və stereotiplər hazırlayıb mütəmadi dövriyyəyə buraxmaq taktikası, güman edirəm ki, elə nazimsevərlərin özlərinə də yaxşı məlumdur. Yüz milyonlarla insanın başını qatmaq, onları dəmir çəpərlər arasında farağat saxlamaq asan məsələ deyildi.

“Türk kommunisti Nazim Hikmət” də Moskvada hazırlanmış ideoloci modeldən başqa bir şey deyildi. Bu model dünyanın dörd tərəfinə jaynaq atan bədheybət monstra ona görə lazım idi ki, içəridəki “pantürkistlərə” hətta türklərin də oraları bəyənməyərək bu tərəfə keçdiyini şəstlə nümayiş etdirsin və dünya inqilabının tezliklə Türkiyədə də qələbə çalajağı ideyasını əyani göstərsin. Türkiyəli kommunist şairin timsalında böyük rus xalqına pənah gətirmiş bir nüsxə çox yaxşı nümunə idi. Sovet təbliğat maşınının bütün qüdrəti ilə şişirdilən bu obraz Qafqaz türklərinə də, Orta Asiya türklərinə də yararlı idi. “Pantürkist” damğası ilə ziyalı qaymağının məhv edilməsinə kompensasiya kimi “Türkiyəli arkadaş” ara-bir Mosvadan türksoylu azərilərin yanına xidməti ezamiyyətə göndərilirdi. Onu arada bir transporant kimi Orta Asiya respublikalarına da aparırdılar. O da təlimata uyğun olaraq əkələrə kolxoz quruluşunu tərifləyir, “Siz kolxoz qurmusunuz, biz də qurajağız” – deyə boğazdan yuxarı sloqanlar atır, sadə adamların beynini zəhərləyirdi.

Əvəzində isə alqışlar, gül çələngləri, pullar, mükafatlar, təriflər qazanır, şöhrətlənirdi. Çünki Moskva yapdığı modelin zəif damarını da bilirdi… Və bu gün kimlərinsə yaddaşında yaşayan Nazim Hikmət şöhrəti bax həmin şöhrətin qalıqlarıdır.

* * *

İ s t e d a d  s o r a ğ ı n d a ?


Nazimsevərlər deyir: o istedadlı şair idi.

Məgər Sovetlərə Nazim Hikmətin poetik istedadı lazım idi? Yoxsa başqa dəyərlər Kreml üçün daha gərəkli idi?

Baxaq: 20-30-40-50-ji illərdə “istedadlı türk şairi Nazim Hikmət” SSRİ-də yaşayıb-yaradaraq  mütəmadi alqışlananda, şöhrətlənəndə, boynuna çələnglər taxılanda, kitabları basılanda, pyesləri oynananda, ijlaslarda yuxarı başa qaldırılanda, rahat mənzili, yaşayışı, isti iş otağı, rus sevgilisi olanda…

…Ondan heç də az istedadlı olmayan başqa türk şairi Mikayıl Müşfiq dəniz kənarındakı zirzəmidə doğranıb balıqlara yemə atılırdı. İstedadlı türk şairi Almaz İldırım qürbətdə “Azərbayjan, mənim baxtım, oy!” deyib sızım-sızım sızıldayırdı. Çox istedadlı türk şairi Əhməd Javad təqib olunaraq məhv edilirdi. İstedadlı türk ədibi Yusif Vəzir Çəmənzəminli sıxışdırılıb aradan götürülürdü. Dahi türk şairi Hüseyn Javid Sibirin soyuğunda-sazağında çürüdülürdü. İstedadlı türk yazarı Mirzə Bala Məmmədzadə azadlıq müjadiləsini davam etdirmək üçün qürbətdə çırpınırdı. Daha neçə istedadlı şairlər, nasirlər, publisistlər, habelə Azərbayjanın müstəqilliyi uğrunda əvəzsiz mübarizlər mühajirətin, sürgünün, qurşunun ajılarını çəkirdilər. Beləjə yüzlərlə, minlərlə  istedadlı azəri türkü Nazim Hikməti sığallayan Krasnaya Moskva tərəfindən pərən-pərən salınır, injidilir, qovulur, güllələnir, öldürülürdü…

Yəni doğrudanmı Sovet hökuməti istedad  axtarırdı?

* * *

Y e n i  d ö v r , k ö h n ə   d ə y ə r l ə r


Budur, aradan uzun illər keçib. Zaman dəyişib, quruluş dəyişib, dünya dəyişib… Bu günkü Azərbayjanın yolu  1918-1920 -ji illərdə mövjud olmuş milli hökumətin yolunun davamıdır. Bayraq da həmənkidir, himn də, gerb də. Siyasi orientir totalitarizmdən, kommunizmdən demokratik dövlət qurujuluğuna yönəlib. İqtisadiyyat mərkəzləşdirilmiş planlı təsərrüfatdan azad bazar prinsiplərinə keçib. Parlamentdə milli mənafelərə müvafiq özəl qanunverijilik sənədləri hazırlanır…

Bəs belədə niyə ədəbiyyatımız, mədəniyyətimiz köhnə ruhlardan xilas olmamalıdır?

Axı, Nazim Hikmətin yubileyinin dövlət səviyyəsində keçirilməsini təklif etmək ya bütün ijtimai-siyasi-iqtisadi sistem dəyişikliklərinə biganəlik, ya da konservatizm əlamətlərindən başqa bir şeyə oxşamır. Çünki belə jəhdlər mənəvi-etik problemlər yaratmaqla yanaşı, bəyan etdiyimiz çağdaş dövlətçilik kursunun məntiqinə də uyğun gəlmir. Ölkədə bütün sahələr üzrə işlər yenidən qurulursa, niyə ədəbi-mənəvi-mədəni məkanda da əski dönəmlərdə haqsız injidilmiş, unudulmuş şəxslər ilk növbədə yada salınmasın? Vaxtilə burcuaziyanın nökərləri, irtijaçı yazıçılar, pantürkistlər və s. damğalarla boykot edilən ziyalılarımız – “Türkləşmək, islamlaşmaq və Avropalaşmaq” ideyası ilə üçrəngli bayrağımızın təməl prinsiplərini kəşf etmiş Əlibəy Hüseynzadə, “Azərbayjanın bütün türk dünyasına vermiş olduğu böyük şəxsiyyətlərdən biri” Əhməd bəy Ağaoğlu, “Bir kərə qalxan bayraq bir daha enməz” deyərək müstəqil Azərbayjan dövlətçiliyinə ömrünü fəda etmiş Məmməd Əmin Rəsulzadə kimi aydınların haqqını qaytarıb qurtardıqmı ki, yenə növbə bolşevik trafaretinə yetişdi? Sovet xalqları bərabərdir şüarı deyə-deyə hətta körpə balalarımızı da “ikinji sort” adıyla rus uşaqlarından fərqləndirən adamların üstümüzdə hökmranlıq etdiyi Sovet imperiyasının mahiyyətini nə tez unudub mənafelərimizi 100 yaşlı vətən xaininin qurama obrazına qurban veririk?

20-ji ildə Nazim Hikmət, 30-ju ildə Nazim Hikmət, 40-jı ildə Nazim Hikmət, 50-ji ildə Nazim Hikmət, 60-jı ildə Nazim Hikmət…və 2001-ji ildə yenə də Nazim Hikmət?!

Bəs hanı Jeyhun Hajıbəyli, Hüseyn Baykara, Əlimərdan bəy Topçubaşov, Əhməd Jəfəroğlu, Əbdülvahab Yurdsevər, Kərim Odər, Sürəyya və Səməd Ağaoğlular, Məmməd Sadıq Aran,  Kərim Yayjılı, Alazan Bayjan, Araz Almaz, Gültəkin…kimi yüzlərlə istedadlı, üstəlik də qeyrətli, vətənpərvər qələm sahibləri?

Axı adları çəkilən və çəkilməyən milli ziyalıların hər biri bu xalq üçün 100 yaşlı kosmopolitdən 100 qat artıq iş görüblər! Təzada bax ki, Sovet recimi onları yurddan çıxdaş edib yad bir şairi bu şairlər yurduna soxmuşdu. Moskvanın pərən-pərən saldığı türklər gedib Türkiyədə sığınajaq tapdığı halda, Türkiyədən qaçan Nazim Hikmət gəlib Moskvanın qoynuna girmişdi.

Bütün bunların  fərqində olaqmı, olmayaqmı?!

* * *

P r i n s i p l ə r


Yəqin ki, prinsipsiz adam olmaz.

Şəxsən mənim üçün də kiməsə yubiley şənliyi keçirib-keçirməmək heç vaxt prinsipial məsələ olmayıb. Anjaq prinsipial olan odur ki, imperiya jaynaqlarından qurtulmuş azad, müstəqil Azərbayjan Prezidentinin Fərmanı ilə Bakıda uzun illərdir ayrı salınmış Türkiyə-Azərbayjan dostluq əlaqələrinin yaxınlaşmasına xidmət edəjək Atatürk Kültür Mərkəzi yaradıldığı halda, daim Atatürkə və Türklüyə həqarət edən, Atatürkün hakimiyyətinə nifrət bəsləyən, Türkiyəni sataraq düşmənin qujağına sığınan Nazim Hikmət kimi əski imperiya məhsullarını poetik bürünjəklər altında reanimasiya edib təzədən bu xalqa sırımaq yaramaz!

Və ümumiyyətlə, prinsipial məqamlardan biri də odur ki, hər şeydən önjə qoynunda yaşadığımız bu Vətən uğrunda, bu xalq, bu millət və bu  azad, müstəqil respublika uğrunda janlarını fəda etmiş adamların haqqı verilməli, xatirəsi əzizlənməlidir!

——————————



28 may 2001

 
Yüklə 107,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin