Bismillahir-Rəhmanir-Rəhim


Sual: 477. Həzrət Mehdinin (ə) zühur dövründə yer üzündə qeyri-müsəlman qalacaqmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə380/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   376   377   378   379   380   381   382   383   ...   410
Sual: 477. Həzrət Mehdinin (ə) zühur dövründə yer üzündə qeyri-müsəlman qalacaqmı?

Cavab: Rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) hakimiyyəti dövründə qeyri-müsəlman olmayacaq.

İbn-Bəkir nəql edir ki, həzrət Əbül-Həsən “Ali-İmran” surəsinin 83-cü ayəsini təfsir edərkən buyurur: “Ayə Qaimin şənində nazil olmuşdur. Qaim zühur edən vaxt yəhudiləri, məsihiləri, sabiiləri, şərq və qərbin kafirlərini İslam dininə dəvət edər. Öz meyli ilə qəbul edənlərə namaz, zəkat və digər vacib əməllər əmr olunar. İslamı qəbul etməkdən imtina edənlərin boynu vurular. Şərq və qərbdə bir Allaha pərəstiş edənlərdən savay kimsə qalmaz...”2

Amma bəzi rəvayətlərdə bildirilir ki, yəhudilər və məsihilər qiyamət gününədək qalacaq.

Əbu-Bəsir deyir: İmam Sadiqdən (ə) zühur dövründə zimmə əhlinin, yəhudilərin və məsihilərin vəziyyəti haqqında soruşdum. Həzrət buyurdu: “Onlarla peyğəmbərsayaq rəftar olunar, onlar da itaət göstərib cizyə verərlər.”3

İmam Baqir (ə) buyurur: “Həzrət Qaim (ə) ona görə Mehdi adlandırılır ki, Tövrat və digər səmavi kitabları Antakiyadakı mağaradan çıxarıb yəhudilərlə Tövrat, məsihilərlə İncil, Zəbur əhli ilə Zəbur, Quran əhli ilə Quran əsasında rəftar edər.”1

Bu baxışı Quran ayələri də təsdiqləyir.2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin