Bismillahir-Rəhmanir-Rəhim


Sual: 86. Məhdəviyyətə etiqad İslam cəmiyyətindəki siyasi təzyiqlərin nəticəsində yaranmamışdırmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə79/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   75   76   77   78   79   80   81   82   ...   410
Sual: 86. Məhdəviyyətə etiqad İslam cəmiyyətindəki siyasi təzyiqlərin nəticəsində yaranmamışdırmı?

Cavab: Bəzi qərb yönümlü müsəlman ziyalıları iddia edirlər ki, Məhdəviyyət inancı cəmiyyətdəki siyasi təzyiqlərdən qaynaqlanır.

Şərqşünas Fan Floten deyir: “Abbasilərin zülm-sitəmi əməvilərin zülm-sitəmindən az olmamışdır. Sıxıntılar nəticəsində əzilən sinif özünü ümidvar etmək istəyi ilə Məhdəviyyət inancına bağlanmışdır. Onlar bu yolla ruhi sarsıntılarını yüngülləşdirməyə çalışmışlar...”1

Digər bir şərqşünas Donaldson deyir: “Çox ehtimal ki, Bəni-üməyyə hakimlərinin ciddi siyasi sıxıntıları nəticəsində Məhdəviyyət nəzəriyyəsi formalaşmışdır.”2

Əhməd Əmin Misri deyir: “Məhdəviyyət əqidəsinin əsas yaranış amili həzrət Əlinin (ə) şəhadətindən və Müaviyənin hakimiyyətə gəlməsindən sonra şiələrin üzləşdiyi sıxıntılar olmuşdur. Bu sıxıntı Həsən ibn Əlinin (ə) Müaviyəyə beyəti və Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra daha da güclənmişdir. Həmin vaxt şiələr taktikanı dəyişərək aşkar dəvətdən çəkinmiş və zülmə qarşı gizli mübarizə yolu seçmişlər...”3

Məhəmməd Əbdül-Kərim Ətfəm deyir: “Əslində Mehdiyə etiqad imamın qeybindən öncə yaranmışdır. Bu əqidə Kərbəla hadisəsindən sonra, əməvi hökumətinin şiələri sıxıntıya salması nəticəsində ortaya çıxmışdır. Bütün bu sıxıntılar şiələrin Məhdəviyyət əqidəsi üçün zəmin hazırlamışdı. Məhdəviyyət şiələri mövcud vəziyyətdən qurtarsa da, bir arzu olaraq onların həyatına mənfi təsir göstərmişdir.”1

İradlarımızı bildirək:

1. Tarix boyu istər müsəlman, istər qeyri-müsəlman məzlumlar siyasi təzyiqlərə məruz qalmışlar. Amma bu o demək deyil ki, sıxıntı keçirənlər Məhdəviyyət etiqadını uydurmuşlar. Əksinə, Allah-tәala Öz məsləhətinə uyğun olaraq, yer üzündə ədaləti bərpa etmək üçün Öz xilaskarının zühurunu müəyyənləşdirmişdir.

2. Öncə qeyd etdiyimiz kimi, Məhdəviyyət mövzusu bəşər fitrətinin tələbidir. Əql, Quran və rəvayətlər bu həqiqəti təsdiqləyir və müsəlman icması, bəzi qərb yönümlü ziyalılar istisna olmaqla, Məhdəviyyətə inanırlar.

3. Məhdəviyyət və həzrət Mehdinin (ə) zühuru intizarı kamil şəkildə dərk olunduqda heç bir mənfi təsirə malik olmur. Bu inancın yetərincə müsbət təsirləri var. İntizar insanda ümid ruhiyyəsi yaradır, cəmiyyət həzrətin zühuru üçün münasib zəmin yaratmağa çalışır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin