Sual: 205. Əqli dəlillər müəyyən bir imamın mövcudluğunu sübut edirmi?
Cavab: 1. Əqli dəlillər kamil bir insanın mövcudluğunun zəruriliyini təsdiqləyir. Bu dəlillərin həmin şəxsin məhz imam Mehdi (ə) olması ilə əlaqəsi yoxdur. Amma uyğun dəlillər imamiyyə şiələrinin məsum bir imamın mövcudluğuna etiqadını təsdiqləyir. Beləcə, uyğun dəlillər yalnız şiələrin baxışına uyğundur.
2. Ustad Həsənzadə Amuli deyir: “Bu məqamda iki mövzuda danışmaq lazımdır: Külli və şəxsi mövzularda. Külli mövzu dedikdə daimi mövcud olan höccətin varlığını sübut edən dəlillər nəzərdə tutulur. Şəxsi mövzu dedikdə isə qaimin konkret kimliyi ilə bağlı dəlillərdən danışılır. Fərdin kamilliyini tanımaq üçün isə mütəvatir hədislərə və vəhyə müraciət etmək lazımdır.”2
3. İslam irfanı məqsədə çatmaq üçün şeyx və ustadın varlığını şərt sayır. Bu şərt də iki qisimdir: “Ümumi ustad və xüsusi ustad. Ümumi ustad odur ki, sırf hidayət məsuliyyəti daşımasın və ona məlumat almaq üçün müraciət olunsun.
Xüsusi ustad isə sırf hidayət məsuliyyəti daşıyan şəxsdir və həqiqət yolunu gedən kəs heç bir halda bu ustaddan kənar düşməməlidir.3
Bu məsələlər sünnə əhli arifləri tərəfindən də qəbul olunur. Çünki onlar da iki ustadın mövcudluğunu şərt sayır. Onlardan biri mürşid, digəri ilahi feyz daşıyıcısı olan ustaddır. Əgər bu ustad dünyada olmasa, dünya dağılar. Bu səbəbdən də aləmin sabitliyi bu şəxsin varlığından asılıdır. Sünnə əhli arifləri dünyanın belə bir ümumi ustada ehtiyacını qəbul edirlər. Uyğun həqiqəti qəbul edənlər arasında Əbdül-Vəhhab Şərani, Mühyiddin ibn Ərəbi, Cami Hənəfi, Əttar Nişapuri, Cәlаlәddin Rumi diqqəti cəlb edir.
Başqa sözlə, qeyd olunan dəlillər məsum imamın varlığının zərurətini göstərir. Ariflər bu şəxsi imkan dairəsinin qütbü adlandırırlar. İrfanda hər zamanın yalnız bir qütbü ola bilər. Bir neçə qütbün olması mümkünsüzdür. Bu qütb bütün səhv və nöqsanlardan pakdır.1 Bunu da qeyd etməliyik ki, ayə və rəvayətlərdən də bu sayaq anlayışlar əldə olunur. Qütb anlayışı həmin anlayışlardandır. Əmirəlmöminin (ə) Şiqşiqiyyə xütbəsində özünü qütb adlandırır: “And olsun Allaha! Əbu-Qəhafənin oğlu Əbu-Bəkr mənim xilafətdəki yerimin dəyirman daşı oxunun (qütbünün) dəyirmandakı yeri kimi olduğunu bildiyi halda xilafət əbasını geyindi.”2
Dostları ilə paylaş: |