Bismillahir-Rəhmanir-Rəhim


Sual: 20. İslamın təqdim etdiyi ümumdünyəvilik və ümumdünyəviləşmə prinsiplərinin hansı imtiyazları var? Cavab



Yüklə 1,7 Mb.
səhifə22/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   18   19   20   21   22   23   24   25   ...   410
Sual: 20. İslamın təqdim etdiyi ümumdünyəvilik və ümumdünyəviləşmə prinsiplərinin hansı imtiyazları var?

Cavab: Qeyd olunduğu kimi, İslamda uyğun mövzulara fərqli yanaşma mövcuddur. Ümumdünyəvilik və ümumdünyəviləşmə İslamda fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən bəzilərini nəzərdən keçirək:

1. Vahid ümumdünyəvi İslam hökuməti saleh, üstün dini şəxsiyyətə malik, məsum insanların rəhbərliyi ilə idarə olunur. Həmin cəmiyyətdə Allah qanunu hakimdir. Qərbin təqdim etdiyi ümumdünyəvi hökumətə isə hegemon qüvvələr rəhbərlik edəsidir.

2. İslam baxışına əsasən, cəmiyyətdəki bütün işlərin mehvəri Allah və Onun göstərişləridir. Qərbin ümumdünyəvi hökuməti isə bəşəri qanunlarla idarə olunur.

3. İmam Mehdinin (ə) ümumdünyəvi hökuməti əxlaq, cəmiyyət, əmin-amanlıq prinsipləri üzərində qurulmuşdur. Qərbin ümumdünyəvi hökumətində isə mənəviyyata heç bir yer ayrılmır.

4. İmam Mehdinin (ə) ümumdünyəvi hökumətinin xüsusiyyətlərindən biri elmi tərəqqidir. Qərbin qloballaşmasında isə mütərəqqi texnologiyalar yalnız supergüclərin inhisarındadır. Onlar digər ölkələrin daim onlardan asılı olmasında maraqlıdırlar.

5. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti həyatı və dini təlimlərə əsaslanan hökumətdir. Hansı ki, qərb qloballaşması nəzərdə tutulmuş və ya gözlənilməyən siyasi, iqtisadi, texnoloji tərəqqinin nəticəsidir və istismarçı hegemonlarla sıx rabitədədir.

6. Həzrət Mehdinin (ə) ümumdünyəvi vahid hökuməti canişinlik prinsipinə əsaslanır, Allah tərəfindən təsdiqlənir və haqq tərəfindən qəbul olunur. Qloballaşma isə yalnız bəşər istəyinə əsaslanır, eyni zamanda siyasi və iqtisadi fırıldaqçılıqla müşayiət olunur.

7. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti ağılın hakimiyyətidir. Qloballaşma isə nəfs istəklərinin üzərində qurulmuşdur. Zühur dövründə insanların ağılı kamala çatır.

İmam Baqir (ə) buyurmuşdur: “Bizim Qaim (həzrət Mehdi) qiyam etdiyi vaxt əlini xalqın başına qoyar, onların ağlını kamilləşdirib, düşüncələrini inkişaf etdirər.”

8. Həzrət Mehdinin (ə) ümumdünyəvi hökumətində bəşəriyyətin bilik və ağılı tərəqqi etdiyindən təbiətin bütün iqtisadi imkanları açılar, xalqın əlində geniş sərmayələr yaranar. Eləcə də, düzgün bölgü aparırlar...1 Hansı ki, dünyaya hakim olan iqtisadi quruluşlarda dəhşətli iqtisadi problemlər mövcuddur.

9. Həzrət Əlinin (ə) buyuruğuna əsasən, Həzrət Mehdinin (ə) ümumdünyəvi vahid hökumətində möminlər onun ətrafında toplanar, həmin hakimiyyətdə bir nəfər olsun kafir və azğın şəxs tapılmaz.2 Hansı ki, bugünkü qərb qloballaşmasında gerçək möminlərə yer yoxdur, hakimlərin ətrafında azğın insanlar toplaşmışdır.

10. Həzrət Mehdinin (ə) hökumətində zalım hakimlər, onların azğın ətrafları ciddi cəzalandırılar.3 Çünki həzrətin hökuməti ədalət prinsipi üzərində qurulasıdır. Qloballaşmada isə vəziyyət tam başqadır. Bu prosesdə cinayətkarlar sülhməramlı, ədalətsevərlər terrorist adlandırılır.

11. Ümumdünyəviləşmə prosesi sürətlə genişlənməkdə olsa da, onun qaranlıq nöqtələri çoxdur. Jan Mari Gino bu barədə deyir: “Ümumdünyəviləşmə təcrübəsində cəmiyyətin vəziyyəti qəfildən gözü açılan korun vəziyyəti ilə müqayisə oluna bilər... Fərdin qloballaşma ilə vasitəsiz qarşılaşması sərxoş edicidir...”4 Hansı ki, Mehdi hökumətinin xüsusiyyətləri rəvayətlərdə və hədislərdə dəqiqliklə sadalanır, bu hökumətin cəmiyyətlə bağlı proqramları yetərincə təsvir olunur. Bu hökumətə münasibətdə hansısa nöqsan tapmaq mümkünsüzdür.

12. Qərbin qloballaşması əslində qərb və Amerikanın dünyaya siyasi və iqtisadi hökmranlığından ibarətdir. Bu proses qarşıdurmalarsız və düşmənçiliksiz ötüşmür. Əslində heç bir millət bu prosesə qoşulmağa razı deyil. Hansı ki, Həzrət Mehdi (ə) hökumətinin məqsədi bütün yer üzündə qırğınların kökünün kəsilməsi və yer üzündə qırğınlara son qoyulmasıdır. Quranın buyurduğu kimi, “xalqın qorxusu əmin-amanlıq və asayişə çevriləcək.”1

13. İctimai və ideoloji baxımdan qloballaşma mədəniyyətlərin yaxınlaşmasından danışır. Amma aydın məsələdir ki, qərblilərin iddiasına zidd olaraq, dünya parçalanmaya doğru gedir. Mədəniyyətlərin savaşı, yeni ideologiyaların ortaya çıxması dünyanın simasını dəyişəcəkdir. Yaranmış qarşıdurmalar yer üzündə asayişi pozasıdır. Hansı ki, Həzrət Mehdinin (ə) zühuru dövründə insanlar ixtilafdan, mədəni və siyasi qarşıdurmadan çəkinəcək, xalq könüllü olaraq vahid bir mədəniyyəti qəbul edib, onun sayəsində asudə bir həyat sürəcək.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin