Bismillahir-Rəhmanir-Rəhim


Sual: 268. Həzrətin göstərişlərində səfirlər hansı rol oynamışdır? Cavab



Yüklə 1,7 Mb.
səhifə235/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   231   232   233   234   235   236   237   238   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 268. Həzrətin göstərişlərində səfirlər hansı rol oynamışdır?

Cavab: Uyğun göstərişlər (tоqiat) həzrətin qeydlərindən ibarət olsa da, bu işdə səfirlərin mühüm rolu var. Hər hansı sualla ünvanlanmış məktubu imama çatdıran, qısa bir müddətdə həzrətdən cavab alıb məktub sahibinə yetirən şəxs səfirdir. Səfiri bir növ bu işdə vasitə saymaq olar. İmamın bu sayaq səfiri olmasaydı, heç vaxt uyğun məktublar məqsədə çatmazdı.
Sual: 269. Uyğun göstərişlər hansı müddətdə həzrət tərəfindən həyata keçirilirdi?

Cavab: Bəzi rəvayətlərdən məlum olur ki, ünvanlanmış suallara 2-3 gün ərzində cavab verilirdi. Bəzi rəvayətlərdə deyilir: “Bir neçə gündən sonra ağam dedi ki, Əbu-Cəfərin yanına gedib cavabı soruşum.”1 Digər rəvayətdə isə belə qeyd olunur: “Səfir 3 gün sonra həzrətin cavabını çatdırdı.”2

Bəzən səfirin həzrətdən gətirdiyi cavab şifahi olurdu. Hüseyn ibn Ruh Növbəxtinin gətirdiyi bəzi cavablar bu qəbildəndir.3

Bəzən isə müəyyən səbəblərdən cavab verilmirdi. Məsələn, övladı olmayan bir şəxs bununla bağlı imamdan dua istədikdə, müəyyən səbəblərdən cavab almamışdı.4

Bəzən məktuba bir neçə saatda cavab verilir, bəzən isə məktubun mürəkkəbi qurumamış cavab gəlirdi. Nadir hallarda xəyalından hansısa sual ötüşən şəxs imamdan cavab almışdır.5



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin