Bismillahir-Rəhmanir-Rəhim


Sual: 296. Dövrün imamını inkar edənlərin hökmü nədir? Cavab



Yüklə 1,7 Mb.
səhifə261/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   257   258   259   260   261   262   263   264   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 296. Dövrün imamını inkar edənlərin hökmü nədir?

Cavab: Sahibəzzaman İshaq ibn Yaquba cavablarından birində buyurur: Allah-tәala ilə kimsə arasında heç bir qohumluq yoxdur. Məni inkar edən məndən deyil. Bu şəxs Nuhun övladının yolunu tutmuşdur.”4

Bu hədisi şiə və sünnilərin nəql etdiyi rəvayətlər təsdiqləyir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Ona süvar olan nicat tapar, ondan üz çevirən qərq olar.”1


Sual: 297. İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz nədir?

Cavab: Sahibəzzaman Şeyx Müfidə məktubunda yazır: “Hər biriniz sizi məhəbbət və dostluqda bizə yaxınlaşdıracaq işlər görməli, bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.”2

Aydın məsələdir ki, Əhli-beytə (ə) məhəbbət şəxsi, fərdi bir məsələ deyil. Bu, ilahi bir meyardır. Buna görə də Əhli-beyt məsumları şiələrin pis işdən çəkinib, yaxşı iş gördüklərini müşahidə etdikdə xoşhal olurlar.

Əgər Sahibəzzamanın məhəbbətini qazanmaq istəyiriksə, onu narazı salacaq işlərdən çəkinməliyik. Digər bir tərəfdən, çalışmalıyıq ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin