Bismillahir-Rəhmanir-Rəhim


Sual: 397. Sünnə əhli rəvayətlərində uzun ömürlülüyə işarə olunmuşdurmu? Cavab



Yüklə 1,7 Mb.
səhifə330/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   326   327   328   329   330   331   332   333   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 397. Sünnə əhli rəvayətlərində uzun ömürlülüyə işarə olunmuşdurmu?

Cavab: Maraqlıdır ki, sünnə əhli həzrət Mehdinin (ə) mövludunu və varlığını məhz uzun ömürlülük baxımından qəbul etmir. Hansı ki, onların səhih rəvayətlərində uzun ömürlük haqqında ətraflı məlumat var. “Səhihe-Muslim”də nəql olunmuş “Cəssasə hədisi” nümunə göstərilə bilər. Bu hədisdə Dəccal adlı bir şəxsin varlığından danışılır. Rəvayətdə bildirildiyinə görə bu şəxs insanların nəzərindən uzaq bir adada tənha yaşayır və vaxtında batil inqilaba əl atasıdır.2
Sual: 398.Keçmiş ümmətlər arasında uzun ömürlülük olmuşdurmu?

Cavab: Tarixi mənbələrə müraciət etdikdə bir çox insanların uzun ömür yaşadığına şahid oluruq. Məsələn, 1000 il yaşayıb, hələ də sağ olan Xızır (ə); 3500 il yaşamış Loğman ibn Ad; 4000 il (bəzi mənbələrdə 1000) həkim Loğman; 2500 il yaşamış Nuh peyğəmbər; 912 il yaşamış Şeys ibn Adəm; 930 il yaşamış həzrət Adəm; 462 il yaşamış İdris peyğəmbər; 712 il yaşamış Süleyman peyğəmbər; 600 il yaşamış Sam ibn Nuh və başqaları.
Sual: 399. Uzun ömürlülük fəlsəfi və məntiqi baxımdan mümkündürmü?

Cavab: Fəlsəfi və əqli baxımdan uzun ömürlülüyə qarşı heç bir dəlil yoxdur.

Fəxr Razi Nuhun 950 il yaşadığını bildirən ayə ilə bağlı deyir: “Bəzi alimlər insanın 120 ildən çox yaşamasını mümkünsüz sayır. Amma ayə başqa söz deyir və ağıl da bunu təsdiq edir. Çünki insanın tərkibində zati baxımdan əbədilik mümkündür...”1

Şeyx Müctəba Qəzvini Xorasani insanın uzun ömürlülüyünü təsdiqləyən əqli və fəlsəfi dəlillər göstərir: “Fəlsəfə və hikmət qaydalarına əsasən, hər bir nöqsanlı təbiət üçün kamal yolu var. Bəşəriyyət arasında peyğəmbər kimi kamil fərdin olması da bu qayda əsasında sübuta yetirilir. Eyni qanun insanın uzun ömürlülüyünü təsdiqləyir. 1000 və ya 2000 ili insan üçün son ömür müddəti saymaq olmaz. İnsan bundan da çox yaşaya bilər...”2


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin