Sual: 393. Həzrət Mehdinin (ə) ömrünün uzunluğuna sünnə əhli etiraz edirmi?
Cavab: İmamiyyə şiələri qəti dəlillər əsasında inanırlar ki, həzrət Mehdinin (ə) imaməti 255-ci ildən hazıradək davam edir. Bu etiqada əsasən insan 1000 ildən artıq yaşaya bilməlidir. Sünnə əhli isə buna şübhə ilə yanaşır və etiraz edir ki, insan bir bu qədər yaşaya bilməz. Onlar əslində şiələrin imamət və Məhdəviyyət etiqadını qəbul etmədiklərindən həzrət Mehdinin (ə) ömrünün uzunluğunu bəhanə gətirirlər. Onlar bu münasibətləri ilə əslində şiələrin Məhdəviyyət inancını sual altına alırlar. Saih Əli Hüseyn Məğribi deyir: “Sünnə əhli həzrət Mehdinin (ə) 1000 ildən çox yaşamasını tənqid edir və deyirlər: “Bəşəriyyətin bir bu qədər yaşaması görünməyib və buna heç bir dəlil yoxdur.”1 Bu məsələni doktor Əhməd Mahmud Sülhi də etirazla qarşılamış və demişdir: “Mehdinin (ə) 1000 ildən artıq diri qalması Məhdəviyyət (ə) inancını zəiflədən səbəblərdəndir.”