Bismillahir-Rəhmanir-Rəhim


Sual: 389. Sahibəzzaman üçün haralarda dua oxumaq tövsiyə olunur? Cavab



Yüklə 1,7 Mb.
səhifə324/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   320   321   322   323   324   325   326   327   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 389. Sahibəzzaman üçün haralarda dua oxumaq tövsiyə olunur?

Cavab: Rəvayətlərə əsasən, bəzi müqəddəs məkanlarda imam üçün dua oxumaq xüsusi tapşırılmışdır. O cümlədən: Məscidül-həram; Müqəddəs sərdabə; Kufə, Səhlə, Səə, Cəmkəran məscidləri kimi həzrətə aid yerlər; imam Hüseynin (ə) hərəmi; imam Rizanın (ə) hərəmi; imam Əsgərinin (ə) (və imam Hadinin (ə)) hərəmi; ümumi şəkildə imamlardan birinin hərəmi; Vüquf məhəllində (Ərəfatda)
Sual: 390. Sahibəzzamana təvəssülün fəlsəfəsi nədir?

Cavab: Təvəssül insanın özü ilə məhbubu arasında vasitə qərar verməsidir. Vasitə iki növdür: Bu vasitə bəzən maddi olur, bəzən isə mənəvi. Məsələn, su susuzluğu aradan qaldırmaq üçün maddi vasitədir. Bəzən isə peyğəmbər və məsumlar günahın bağışlanması üçün bəndə ilə Allah arasında vasitə olur.

Dünya səbəblərin, nəticələrin, vasitələrin nəzmi əsasında bəşəriyyətin təkamülü üçün yaradılmışdır. İnsanın təbii ehtiyacları adi vasitələrlə ödənir. Amma hidayət, bağışlanma kimi mənəvi feyzlər yalnız xüsusi vasitələrlə insana çata bilər.

Yer üzünün günəş vasitəsi ilə işıqlanması təəccüb doğurmadığı kimi, günahların ilahi övliyalar vasitəsi ilə bağışlanması da təəccüblə qarşılanmamalıdır.

Şəhid Mütəhhəri buyurur: “Allahın feli, gördüyü işlər nizam əsasındadır. Varlıq nizamını saya salmayan insan yolunu azmışdır. Bu səbəbdən də Allah günahkarlara buyurur ki, peyğəmbərin qapısına gedib bağışlanmaları üçün dua istəsinlər.1

Quran və rəvayətlərdə təvəssül haqqında çoxsaylı buyruqlarla rastlaşırıq. Allah-tәala buyurur: “Ey möminlər! Təqva yolunu seçin, ona çatmaq üçün vasitə istəyin.”2 Təvəssülün digər faydalarından biri budur ki, insanlar təvəssül yolu ilə öz problemlərini həll etdikdə peyğəmbər və imamların uca məqamına əmin olurlar.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin