BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə13/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

AYƏ 32:


﴿مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ﴾

TƏRCÜMƏ:


«Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına ( tarix boyu olacaq bütün millətlərə belə) yazdıq qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür ( azdırmışdır o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş ( hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad qan tökməyə başladılar

TƏFSİR:

İNSANLARIN QARŞILIQLI ƏLAQƏLƏRİ


Adəmin övladlarının hadisəsi qeyd edildikdən sonra, bu ayədə ümumi və insani nəticə alınır. Əvvəlcə buyurulur: Bu işin xatirinə Bəni-İsrailə yazıldı ki, hərgah bir insan başqasını bir kəsi qətlə yetirmədiyi, yaxud yer üzündə fəsad törətmədiyi halda qətlə yetirərsə, sanki bütün insanları öldürmüşdür və bir kəs başqa birisini ölümdən xilas etsə, sanki bütün insanları ölümdən xilas etmişdir.

Burada sual yaranır ki, bir insanın öldürülməsi bütün insanların qətlə yetirilməsinə, bir insana nicat verilməsi isə bütün insanların xilas edilməsinə necə bərabər ola bilər?

Cavabda demək lazımdır ki, Quran bu ayədə ictimai və tərbiyəvi bir həqiqəti xatırladır. Çünki bir adam əlini günahsız bir insanın qanına batırsa, deməli, onda digər günahsız insanları da qətlə yetirməyə hazırlıq vardır. O həqiqətdə bir qatildir və onun «yemi» də günahsız insanlardır. Bildiyimiz kimi, günahsız insanların arasında bu baxımdan heç bir fərq yoxdur.

Həmçinin, insanları sevən və insani atifə və duyğular xatirinə başqalarını ölümdən xilas edən şəxsdə bu insani məram və tədbirləri digərlərinin barəsində də yerinə yetirməyə hazırlıq vardır. Quranın «fəkəənnəha» (və elə bil ki,) deyə buyurmasından məlum olur ki, bir insanın öldürülməsi cəmiyyətin ölümü, bir insanın dirildilməsi də cəmiyyətin həyatı ilə bərabər olmasa da, bunların aralarında çox uyğunluq və oxşarlıq var.

Bunu da demək olar ki, hər bir insanda yeni bir nəslin və böyük bir cəmiyyətin yaranması qabiliyyəti vardır. Buna görə də bir fərdin məhv edilməsi bir nəslin qətlə yetirilərək məhv olunması ilə bərabərdir.

Bir nəfər bu ayənin təfsiri barəsində İmam Sadiqdən (ə) soruşduqda həzrət (ə) buyurdu: «Bu ayədə gələn «öldürmək» «ölümdən nicat vermək» dedikdə məqsəd ona yanğın, yaxud qərq olmaq bu kimi şeylərdən nicat verməkdir.» Sonra bir az sükut etdi, yenidən buyurdu: «Daha böyük məfhum əzəmətli təvil bundan ibarətdir ki, bir şəxs başqasını haqq, yaxud batil yola dəvət etsin, o da bu dəvəti qəbul etsin.»

Ayənin axırında Bəni-İsrailin qanunu pozmasına işarə olaraq buyurulur: Bizim peyğəmbərlərimiz onları düz yola hidayət etmək üçün aşkar dəlillərlə gəldilər, lakin onlardan çoxu ilahi qanunları pozdular və hədlərini aşmaq yolunu tutdular.

Lüğətdə «israf» kəlməsinin daha geniş mənası vardır və həddən keçməyin hər növünə aid edilir. Amma əksər hallarda xərclər və hədiyyələr barəsində işlədilir.




İNCƏ MƏTLƏBLƏR

1. İnsanlar müştərək həqiqətlərə, vahid ruhlara malik olub bir bədən üzvləri kimidir. Onlardan birinin qətlə yetirilməsi hamısının qətlə yetirilməsi kimidir.

2. Hər hansı bir əmələ, hədəf və məqsədlə əlaqədar dəyər verilir. Təcavüzkarlıq məqsədi ilə bir nəfəri öldürmək bir cəmiyyəti öldürməkdir. Amma bir kəsin qanuni qisas ünvanı ilə öldürülməsi cəmiyyətə yeni həyat verir.

3. Bir nəfərin ölümü, yaxud həyatı bəzən bir cəmiyyətin ölüm və həyatında təsir qoyur. Bəzən də fərdi qətl hadisələri kütləvi qırğınlara zəmin yaradır.

4. Canlı və donuq olmayan cəmiyyətin nişanə və əlaməti çətinlikdə olanlara kömək etmək, canları xilas etməkdir.

5. İntihar (özünü öldürmək), həmçinin uşaq saldırmaq «qətli-nəfsin» bariz nümunələrindən olub haram iş sayılır.

6. Bir şəxsin fərdi hüquqlarına təcavüz etmək bir cəmiyyətin təhlükəsizliyini təhdid edir.

7. İşləri insanları xilas etmək olan şəxslər, o cümlədən, həkimlər, tibb bacıları, yanğınsöndürənlər, təcili yardımçılar, dava-dərman hazırlayanlar və s. kimi şəxslər öz işlərinin də qədrini bilməlidirlər.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin