Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə80/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   76   77   78   79   80   81   82   83   ...   187

Günəş, ay və ulduzlar


Yə`qub çox hörmətlə qarşılanıb, ailəsi ilə birgə böyük çadıra daxil oldu. Onlar Misrin Əzizini gözləyirdilər. Yə`qub iyirmi illik ayrılıqdan, əziyyət və ağlamaqdan sonra səbirsizliklə övladı Yusifin görüşünü gözləyirdi.

Yusif iti qaçışlı atların çəkdiyi xüsusi faytonla gəlirdi. Atlar yolu böyük sürətlə qət edirdilər. Elə bil onlar da Yusifin ata-anasının görüşünə olan şövqünü dərk edirdilər.

Yusif çatdı. Çadıra daxil oldu. O, iftixar və ucalıq paltarı geyinmişdi. Üzündən nur saçırdı. Hamısı Misrin Əzizinin hörməti üçün ayağa qalxdılar. Sonra isə onun əzəmət və cəlalı qarşısında baş əydilər. Yusif o anda iyirmi il əvvəl gördüyü yuxunu xatırladı. O vaxt günəş, ay və on bir ulduzun ona səcdə etdiklərini görmüşdü. Yusif ata-anasını qucaqladı. Əllərini tutdu. Özünün padşahlıq taxtında əyləşdirdi. O, atasına dedi:

-Atacan! Bu, qabaqca gördüyüm yuxunun təbiridir. Allahım onu həyata keçirtdi. O mənə yaxşılıq etdi və məni zindandan çıxartdı. Sizi o biyabandan bura gətirdi. Şeytan mənimlə qardaşlarımın arasında fəsad yaratdı. Amma, Allahım istədiyi bəndəsinə qarşı lütf sahibidir. Çünki, o, elmli və hikmətlidir.

Yusif əllərini göyə qaldırdı və verdiyi nemətlər üçün Allaha şükr etdi:

-İlahi! Öz hakimiyyətinin böyük hissəsini mənə bağışladın. Məni yuxu təbiri elmi ilə tanış etdin. Ey göylərin və yerin yaradanı! Sən dünya və axirətdə mənim ağam və rəbbimsən. Məni müsəlman öldür və salehlərə qovuşdur.

Ey Yusif! Ey mömin cavan! Sən nə qədər pak fitrətlisən!

Yusif bütün iyirmi illik dərd və ağrılarını unutdu. Qardaşlarını mehribancasına qarşılayıb dedi:

-Şeytan mənimlə sizin aranıza nifaq və ayrılıq salmışdı.

Biz burada Yusifin pak vücudunda və mehriban qəlbində nə qədər böyük əzəmətin yatdığına şahid oluruq.

Beləliklə Yə`qub və onun övladları xeyir və bərəkətli torpaq olan Misirdə, ədalətli sultanın hakimiyyəti sayəsində yaşadılar. Yusif Misri o zamanın ən ağır iqtisadi böhranından xilas etmiş və onu ucaltmışdı.

Yə`qub orada yaşadı. Nəvələri artdı. Sonralar onlar Bəni-İsrail (Yə`qubun oğlanları) adı ilə məşhur oldular.

Yusifin harada dəfn olunduğunu, cəsədinin necə Fələstinə köçürüldüyünü gələcəkdə oxuyacağıq. Musa peyğəmbərin əhvalatında Nil çayının yarılması mövzusunu mütaliə edəndə bu mövzu ilə tanış olacağıq.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin