وَ رَفَعْنَا لَكَ ذِكْرَك
“Adını sənin üçün (aləmlərdə) ucaltdıq.” 1
Rəvayətlərin birində belə buyurulur:
“Gizlində edilən zikrin savabı aşkarda edilən zikrdən yetmiş dəfə çoxdur.”2
Yenə də həmin kitabın 283-cü səhifəsində zikrin mərtəbələrini sayaraq onu dörd hissəyə ayırır:
Aşkar zikr.
Gizli zikr.
Qəlb zikri.
Allahı həmişə göz önündə hazır bilmək ki, bu hiss günahın tərk edilməsinə və itaətə səbəb olsun.
Bəziləri namazın ucadan qılınmasının fəlsəfəsi barəsində belə demişlər: “Namazda oxunan qiraət sanki Quranın qiraəti ilə eynidir. Həmçinin namazdan əlavə zikrlər də ucadan deyilsin ki, Allaha diqqətdən həm dil, həm qəlb və həm də qulaq öz məhbubunun kəlamını eşidərək ləzzət alsın. Azanı uca səslə demək möminlərə ruhi ləzzət bəxş edir.
Lakin namazın astadan qılınması yuxarıda qeyd olunan incəliklərdən məhrumsa da əvəzində iki boru ilə axan suya bənzəyir. Belə ki, əgər onlardan biri bağlansa, digərinin cərəyanı artacaq. Bu cəhətdən də namaz qılınanda beyinə verilən güc artır və namaz qılanın qəlbinin diqqəti güclənir. Namaz qılan istəyir ki, uca səslə bütün bədən üzvlərinə namazın əhəmiyyətini çatdırsın.
Cəbrayıl mələk vasitəsilə imtahana çəkilən həzrət İbrahim (əleyhissalam) Allahın mübarək adını eşitmək üçün bütün var-dövlətini fəda etdi.3
Dostları ilə paylaş: |