Bismilləhir Rahmənir Rahim


Qurani-Kərimə diqqətin artması



Yüklə 0,72 Mb.
səhifə50/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   46   47   48   49   50   51   52   53   ...   120
Qurani-Kərimə diqqətin artması;

Bizim məzhəbi kitabımız olan Qurani-Kərim Allah elçisinin (səllallahu əleyhi və alihi və səlləm) ən böyük möcüzəsi sayılır. Onun mühüm bir hissəsi1 isə namazın oxunuşuna aiddir. Buna görə də Quran hər bir təhrifdən amanda qalmalıdır. Namazın ərəbcə oxunuşu və ona aid olan ayələrin qiraəti bu həqiqəti təsdiqləyir.

5) İslam dünyasının biri-birilə vəhdət bərqərar etməsi;

Əlaqə və rabitə yaratmaq üçün Yer kürəsinin hər hansı bir nöqtəsində yaşayan müsəlmana beynəlmiləl bir dil bilməsi zəruridir. Xüsusilə kiçik bir evə bənzəyən bugünkü dünyada insanların biri-birilərini anlaması üçün vahid bir dil olmalıdır ki, hər fərd öz məqsədini aşkar surətdə çatdıra bilsin.2

Beynəlmiləl bir dil kəşf etmək istəyən və bunun üzərində çox zəhmət çəkmiş doktor Rematov adlı birisi “Esperanto” xəttini kəşf edir. Bu xəttin başqa dillərdən asan olmasını düşünən doktor bir çox fəaliyyətdən sonra müsbət bir nəticə əldə edə bilmir.

Lakin on dörd əsr bundan qabaq İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) bu həqiqəti nəzərə alaraq fəsahətli və zəngin olan ərəb dilini beynəlmiləl dil kimi bütün dünyaya tanıtdırmışdır. Buna görə də müsəlmanların müqəddəs kitabı olan Quran hər gün oxunmalı və onun qanunlarına əməl edilməlidir. Əlbəttə ki, vacibatlardan ən mühümü və Quran dilində olan namaza birinci növbədə əhəmiyyət verilməlidir. Buna görə də bütün dünya müsəlmanları ərəb dilini öyrənməyə çalışır, Quran və namazın mənasını bilmək istəyir. Belə ki, bu dil beynəlmiləl bir dilə, İslam vəhdəti xəyala yox, həqiqətə çevrilib xaricdə öz əksini tapsın.

Dayaz düşüncəli Kəsrəvi adlı birisi dini münasibətləri kənara qoyaraq fars dilini beynəlmiləl bir dilə (özünün dili ilə desək, “pak dil”) çevirmək istəyirdi.

Amma dərin düşüncəli və uca məqamlı İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) məqsədi bu idi ki, ərəb dili vasitəsi ilə bütün dünya müsəlmanları arasında sıx əlaqə yaratsın.

İslam dini qiyamətə qədər bərqərar olduğu kimi ərəb dili də əsrlər boyu yaşayasıdır.

Məşhur məsihi bir yazıçı deyir: “İslam Peyğmbərinin (səllallahu əleyhi və alihi və səlləm) əzəmətini dərk etmək üçün onun ərəb dilini yaşadıb onu öyrənməyi bütün İslam davamçılarına vacib bilməsi kifayət edər. Çünki irqindən və milliyyətindən asılı olmayaraq hər bir müsəlmana vacibdir ki, namazı Allah dili (yəni, onların məzhəbi və asimani kitabının dili) olan və dinin rəsmi dili sayılan ərəb dilində qılsın.”

Qəzetlərin birində bildirilir ki, Avropa məktəblərində ərəb dili dərs proqramına daxil edilmişdir. Lakin İslamın və Quranın ziddinə olan Kəsrəvi kimiləri ərəb dili ilə qatı düşmənçilik etməklə bir sıra bəhanələr irəli sürüb deyirlər: “Biz öz ana və əsl olan fars dilimizi yad ərəb lüğətindən təmizləyib nicat verməliyik. Ümumi şəkildə fars dili zinətlənməli və ona qarışmış ərəb lüğəti çıxarılmalıdır.”

Kəsrəvinin məqsədi qədim dili yaşatmaq yox, Quran və ərəb dilini aradan götürməkdir. O, başqa bir məqamda deyir: “Fars xətti latın xəttinə çevrilməlidir.”



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin