Sədnik Paşa Pirsultanlı “Azərbaycan yazarlar aləmində
əfsanə inciləri” Azərbaycan xalq əfsanələrini bir küll halında Sədnik Paşa Pirsultanlı ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixində toplamış, nəşr etdirmiş və tədqiqata cəlb etmişdir. “Yaşayan əfsanələr”(1973), “Yurdumuzun əfsa-nələri”(1976), “Yanardağ əfsanələri”(1978) və “Azərbaycan xalq əfsanələri” (1985) Azərbaycan Yazıçı Nəşriyyatı tərəfindən 50 min tirajla çapdan çıxmışdir. Sədnik Paşa Pirsultanlı bu əfsanə kitablarını nəşr etdirməklə yanaşı, əsatir və əfsanələrə dair mükəmməl tədqiqat əsərləri yazmışdır. Əfsanə və eposla, yazıçıların bədii yaradıcılıqları ilə əlaqəli “Nizami və xalq əfsanələri” (1983), “Azərbaycan eposunun əfsanə qaynaqları” (1969) nəhayət, ən monumental dünyaşöhrətli monoqrafiyası olan “Azərbaycan xalq əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” adli iri həcmli monoqrafiyasını tamam-layıb nəşr etdirmişdir. Bu elmi monoqrafiya çapdan çıxan kimi, Türk dilinə tərcümə olunmuş və hazırda Türkiyənin universitetlərində seçmə fənn kimi tədris olunur. Burada Nizami yaradıcılığında əfsanənin necə qiymətləndirildiyi, onların Nizami poemalarına necə daxil olduğu müşahidə olunur. Azərbaycan əfsanə-lərinin Azərbaycan ədəbiyyatı kontekstində öz yaradıcılıq həllini tam başa çatdırmaq üçün XX əsr Azərbaycan yazıçı və şairlərinin yazılı ədəbiyyat və əfsanə probleminə toxunmağı da məqsədəuyğun hesab edən alim imkan daxilində müasir Azərbaycan ədəbiyyatında əfsanələrin poemalarda və hekayələrdə öz yerini almasına da diqqət yetirmişdir. Əlbəttə, burada bütün şair və yazıçıların folklor əsərləri tam əhatə oluna bilməz. Qısmən əldə olunan da faydalıdır və yazıçı və şairlərin əsərlərinə diqqəti cəlb etməkdədir