GDU nəşriyyatı - 2010
EL 03 000010 8
0011.11.07.2010
SƏDNİK PAŞA PİRSULTANLI
Ön söz
Əsatirin əmələ gəlməsindən bəhs edən Marks çox doğru qeyd edir ki, əsatirdə qədim insanların təbiət, həyat haqqında təsəvvürlərinin izləri hifs olunur. Yunan əsatirindən bəhs edən Marks yazır ki, “Misir mifalogiyası heç bir zaman Yunan incəsənəti üçün bir zəmin və ya ana qucağı ola bilməzdi.1 Hər şeydən əvvəl bu o deməkdir ki, bir xalqın mənə-viyyatı başqa bir xalqın mənəviyyatını əvəz edə bilməz. Deməli, Azərbaycan xalqının mənəvi dünyasını başqa bir xalqın mənəvi dünyası əvəz edə bilməz.
Belinski çox haqlı olaraq qeyd edir ki, “Zən-gin mifalogiyası olan xalqların yazılı ədəbiyyatı da çox erkən yaranmış və geniş şöhrət qazanmışdır”.2
Dahi söz ustadı Nizami Gəncəvinin əsatir və əfsanələrlə süslənmiş yaradıcılığı doğrudan da çox erkən yaranmış yazılı ədəbiyyat nümunəsidir. Əfsa-nələr həqiqətən əsatirin törəmələri kimi meydana çıxmışdır. K.Marksın dediyi kimi “Təsəvvürdə və təsəvvürün yardımı ilə yaranan əsatirlər fantaziyanın gücünə arxalanır”. Əsatirlər epikləşmədən süjetli əfsanə və rəvayətlərə çevrilə bilməz. Deməli, bizim yazılı ədəbiyyatımız Nizaminin timsalında böyük təcrübə qazanmış və onun ədəbiyyatımızda çox gərəkli ənənələri yaranmışdır.
Bizim əsatir və əfsanələrin yaradıcıları dağın ətəyindən başlayıb dağın başına dırmanmağa, əlavə əziyyət çəkməyə, zaman ayırmağa, əsatir və əfsanə zirvəsinə qalxmağa haqq qazanmışdır. Nizamidən bəri keçən dövr ərzində əsatir və əfsanələrə ara-sıra maraq göstərilsə də, müəyyən əsrlərdə bu sahəyə maraq daha da artmışdır. Nizamı əfsanələrə müraciət edərkən bir çox əsatiri keyfiyyətləri özündə sax-lamağa və yaşatmağa çalışmışdır. Masallıdakı Yanardağda sal bir daşın üstdən keçən darağını və güzgüsünü ataraq güzgüsündən bir dağ, darağından bir meşə yarandığını görən Fatma nənənin göz yaşlarından Viləş çayı yaranmışdır. Nizamı o hadisəni, böyük süjetə malik əfsanəni dörd misra daxilində elə poetik bir dillə bizə çatdırır ki, onun təsiri bütün varlığımıza işləyir. “Xosrov və Şirin” poemasında Nizami həmin əfsanəni belə dilə gətirir:
Dostları ilə paylaş: |