Əntiqə Camalqızı



Yüklə 1,4 Mb.
səhifə6/42
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#38458
1   2   3   4   5   6   7   8   9   ...   42
Mən aşiqəm, göy nədi,

Yaşıl nədi, göy nədi.

Vətən yadıma düşdü

Can qürbətdə göynədi.
Mənim bu gün kitablara gətirdiyim əfsanələri oxuyanlar elə zənn edirlər ki, damcı-damcı, gilə-gilə, yarpaq-yarpaq toplanan bu nümunələr asanlıqla əldə edilmişdir. Bir əfsanə üçün çaylar keçmiş, dağlar aşmışam. Zamanın istisinə, soyuğuna dözmüşəm. Lakin mənim marağım məni qorumuş, səbrimi sındırmamışdır. Qədirbilən xalqımız mənim xidmə-timi hər addımbaşı qiymətləndirmişdir. Azərbaycan əfsanəsinin qaranquşu sayılan “Yaşayan əfsanələr” 1973-cü ildə nəşr olundu. Bu kitab haqqında alim-lərimiz, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlərində, “Elm və həyat”, “Qobustan” jurnallarında saysız-hesabsız məqalələr yazdılar. Bütün bunlar məni sevincə qərq etmişdir. Məni obaları gəzməyə, əfsanələri topla-mağa çağırmışdır. İrəvan mahalında “Şirin qala” adlı əfsanəmiz insanları vəcdə gətirdi, redaksiyalara dalbadal məktublar yazmağa ruhlandırdı. O dövrdə mən demək olar ki, hər gün onlarla təşəkkür məktubları alırdım.

“Yaşayan əfsanələrin ayağı sayalı oldu. Onun arxasınca 1976-cı ildə “Yurdumuzun əfsanələri”, 1978-ci ildə “Yanardağ əfsanələri” kitablarım ərsəyə gəldi. 1985-ci ildə “Azərbaycan xalq əfsanələri” kitabını nəşrə hazırladım. Yazıçı nəşriyyatı həmin kitabı 50 min tirajla çap etdirdi. Mən bundan sonra Qazaxstan və Orta Asiya xalqlarının, Türkiyənin xalq əfsanələrini toplamağa başladım. Həmin yurdların alimləri mənlə görüşdülər, məsləhətləşib yola çıxdılar. Türkiyədə yeni-yeni əfsanə kitabları meydana çıxdı. Həmin alimlər qədirbilənlik edərək mənim adımı bir folklorşünas, əfsanəşünas kimi dönə-dönə qeyd etdilər, yaradılan əfsanələri saxladılar.

Bundan sonra əfsanələr haqqında nəzm əsərləri meydana çıxdı. “Nizami və xalq əfsanələri” elmi monoqrafıyam sərhədləri aşdı, Qərbə və Şərqə yayıldı. “Azərbaycan xalq əfsanə və rəvayətlərinin ədəbi abidələrlə müqayisəli tədqiqi” adlı monu-mental, 300 səhifədən yuxarı monoqrafiyam türk dilinə tərcümə olundu. İndi həmin əsər seçmə fənn kimi Türkiyənin universitetlərində, Avstriyada BON universitetində tədris olunmaqdadır. Amerika jurnallarında, Almaniya əsərlərində əfsanə haqqında yazdığım elmi məqalələr müntəzəm olaraq yayılmaqdadır. www.pirsultanli.info. saytında alt-mışa yaxın kitabım, çox sayda elmi məqaləm mənim haqqımda yazılmış, deyilmiş sözlər özünə yer almış, eyni zamanda dövlət xadimləri, elm adamları ilə çəkdirdiyim şəkillər saytın səhifələrində yerləş-dirilmişdir. Məni bir folklorşünas kimi şöhrət-ləndirən, adımı uzaqlara yayan Azərbaycan xalq əfsanələridir. Mənim xalqımın iqtisadi, coğrafı məkanı əfsanələrdə yer alan fantaziyası insanları heyrətdə buraxır.

Nəhayət əfsanə kitablarımı cəmləşdirib 2009-cu ildə “Azərbaycan türklərinin xalq əfsanələri” adlı geniş həcmli kitabımı çapdan çıxartdım. Həmin kitab dərhal türk dilinə tərcümə olundu. Kitab bu yaxınlarda işıq üzü görəcəkdir. Əfsanə sərgisinə tamaşa etdikdə Azərbaycan əfsanələrinin nə qədər rəngarəng, nə qədər zəngin olduğunu görürsən. Bununçün təkcə “Azərbaycan türklərinin xalq əfsanələri” kitabının bölgülərinə diqqət yetirmək kifayətdir: Dağ-daş və qayalar, bulaq, çay və dəniz, çiçək və gül əfsanələri, ay gün və Dədə Günəş əfsanəsi, qədim qalalar, Dədə Qorqud əfsanələri, Nizami mövzusu ilə səsləşən əfsanələr, Koroğlu əfsanələri və Sara haqqında əfsanələri.

Təkcə şair və yazıçılarımız deyil, film çəkənlər, senaristlər bu əfsanələrdən əzəmi dərəcədə faydalana bilərlər. “Çənlibel”, “Fərhad əfsanələri, Dədə Günəş və Aldədə əfsanələri “Əriyən qaya” haqqında məhəbbət əfsanəsi “Nəsim qardaşlar” əfsanələri ayrı-ayrılıqda hər biri bir filmin, bir romanın dünya şöhrəti qazanacaq mövzusudur.

İstər şifahi, istər yazılı ədəbiyyatda əfsanə mövzularını imkanım daxilində yetərincə başa çatdırdım. “Azərbaycan türklərinin xalq əfsanələri ilə yanaşı duracaq böyük həcmə malik “Xalq rəvayətləri” kitabını yaxın müddətdə çapa təqdim edəcəyəm. Ömür vəfa qılsa Çin, Misir, Hind əsatirləri ilə yanaşı duracaq Azərbaycan əsatirlərini ərsəyə gətirəcəyəm. Hər hansı xalqın mükəmməl əsatiri yoxdursa, o xalq özünün qədimliyi haqqında o qədər də cəsarətlə danışa bilməz. Azərbaycanda mifaloji mətnlər “Əsatir, əfsanə və rəvayətlər” adı ilə (mənim iştirakım olmaq şərtilə) çapdan çıxmışdır. Lakin bu qaneedici deyildir. Doğrudur, əfsanə və rəvayətlərin toplanmasında, nəşrində, tədqiqində Zaqafqaziyada Azərbaycan filalogiyası çox qabaq-dadır. Biz yurdumuzu dönə-dönə gəzməli, qədim qayalarımız, kahalarımız, pirlərimiz, qədim çayla-rımız, əzəmətli dağlarımız haqqında olan əsatirləri səbrlə, təmkinlə, ağılla, dərin düşüncə ilə toplayıb “Azərbaycan əsatirləri” kitabını meydana gətir-məliyik.

İllərlə topladığım əfsanələr içərisində qələmə alınmamış, mətbuatda işıqlandırılmamış elə əsatirlər yazıya almışam ki, onların hər birini bir xəzinə, tükənməz xalq sərvəti hesab edirəm. Bunları etmək üçün fərdi təşəbbüslə yanaşı, Dövlət qayğısına, Dövlət yardımına da böyük ehtiyac vardır. Mən bu yardımı Azərbaycan Respublukasının Prezidenti İlham Əliyev cənablarında görmüşəm.

Mən şair və yazıçılarımız tərəfindən qələmə alınmış poemaları, povest və hekayələri oxucuların ixtiyarına buraxıram. Yəqin ki, oxucular bu əfsanə mövzusunda yazılmış poema, povest və hekayələri oxuyub böyük zövq alacaqlar. Burada Azərbaycan yazarlarının əfsanə nümunələri bütün oxucuları sevindirəcəkdir. Sərhədləri aşaraq bu kitab dünya oxucularını yeni mənəvi sərvətlərlə tanış edəcəkdir.

İndidən əminəm ki, “Azərbaycan yazarlar aləmində əfsanə inciləri” oxucuların ən çox sevdiyi stolüstü kitabı olacaqdır.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin