Əntiqə Camalqızı



Yüklə 1,4 Mb.
səhifə5/42
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#38458
1   2   3   4   5   6   7   8   9   ...   42
Bircə damcı haramla

Bir ümman yoxa çıxar.

Bircə damcı haramla

Asiman yoxa çıxar.
Süleyman Sani Axundov “Qan bulağı” Süleyman Rəhimov “Kəsilməyən kişnərti” əsərləri ilə bir daha təsdiq edir ki, hansı əsər öz mayasını folklordan, xalq əfsanələrindən alırsa, ölməzlik qazanır. Yazıçının qələmə aldığı əsəri ölməz abidəyə çevirir.

İlyas Əfəndiyev öz yaradıcılığında əfsanələrə daha geniş yer vermişdir. “Apardı sellər Saranı”, “Qarı dağı”, “Qoca qartal, cavan qartal” xalq arasında daha geniş yayılmış əfsanələrdir.

Rəsul Rzanın “Alagöz” hekayəsi Kəpəz, Göygöl və Nizamı haqqında yaradılmış ölməz bir abidədir.

Mən bir qədər Zöhrabbəyovun “Odlu diyar” əsərindəki “Od qız” əfsanəsi haqqında danışmaq istəyirəm. Əfsanədə qız qalasının ikinci tayı olan Səbayel qalasının yenidən abadlaşdırılması bizdə maraq doğurur. Əfsanədə deyilir: “Min-min illər bundan əvvəl, burda, odur ha, Bayıl burnunun qarşısında Səbayel adlı bir şəhər vardı. Bu şəhəri məlikə Bilqeys Səba bina eləmişdi və özü də oranın hökmdarı idi. Eh... o günlər nə xoş günlərmiş!”

Əfsanələrdə bir nişanə də, bir daş da, bir kərpic də tarix üçün gərəklidir. Hər detalın izinə düşmək, öyrənmək hər birimiz üçün vacibdir.

Burada adlarını qeyd etdiyimiz əsərlər dünən-lə bu gün arasında əlaqə yaradır. Dünənimizə arxa-lanaraq gələcəyimizə daha yeni şüurla, yeni ağılla yanaşaraq, sabaha daha açıqgözlə baxmalıyıq. Dünə-nimizlə öyünüb, bu günümüzə güvənib, sabaha daha aydın baxışlarla getməliyik. Dünənimiz olan XX əsrə, onun tədqiqatlarına baxmaqla öz işimizi bitmiş hesab etmirik. XXI əsrə tədqiqatlarımızın istiqa-mətini, yönünü dəyişməklə getməliyik.

Yuxarıda adlarını çəkdiyim poema və hekayələrdə mövzu kimi alınan əfsanələrdən başqa bizim küll halında əsatir və afsanə kitablarımız yox idi. Əfsanələrin toplanması XX əsrin yetmişinci illə-rindən başlayır. Azərbaycan əfsanələrinin toplan-ması, nəşr etdirilməsi və tədqiq olunması mənim taleyimə yazılmışdır. Azərbaycanın ayrı-ayrı bölgə-lərini, qonşu respublikaları, Dağıstanı, Qazaxıstanı və Orta Asiyanı oymaq-oymaq gəzərək əfsanələri toplamağa başladım. Hər bir topladığım əfsanəni həmin bölgələrdə çap etdirdim. Sual edilər: bəs mən Qazaxstanda və Orta Asiyada nə üçün Azərbaycan əfsanələrini gəzirdim. Məlumdur ki, 1931-37-ci illərdə söz bilən, söz qanan el müdriklərini sovet dövründə güllələmiş və yaxud da Qazaxstana, Orta Asiyaya, Dağıstana, hətta, bir qismini də Sibirə sürgün etmişlər. Mən Qazaxstanı və Orta Asiyanı gəzərkən qəriblikdə adamlarımızın sinələrində nağıllar və əfsanələrimizi, dastanlarımızı necə qoruyub saxladıqlarının şahidi olmuşam. Qürbətə gedib çıxmış xalq ədəbiyyatı örnəklərini göz yaşı tökə-tökə yazıya almışam. Mən hələ qürbətdə könüllərdə yaşayan bayatılarımızı nəşr etdir-məmişəm. Bir bayatını sizin üçün nümunə verirəm.


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin