Əntiqə Camalqızı


Səndən bu əfsanə gizli qalmasın



Yüklə 1,4 Mb.
səhifə3/42
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#38458
1   2   3   4   5   6   7   8   9   ...   42
Səndən bu əfsanə gizli qalmasın,

Bir gün cadugərlik edən bir qadın

Yoluna tulladı güzgü və daraq,

Daraq meşə oldu, güzgü də bir dağ.3
Nizami yaradıcılığı şair və yazıçılarımız üçün bədii yaradıcılıqda əsatir və əfsanələrdən istifadə etmək təcrübəsi və üslubu bir örnək olaraq tarixi əhəmiyyətini bu gün də saxlamışdır. “Nizami və xalq əfsanələri” əsəri hər kəs üçün nümunə ola bilər.4

XX əsrdən əfsanə mövzularına qayıdış möhkəm bir ənənəyə çevrilmişdir. Cəfər Cabbarlı, Seyid Hüseyn, Y.V.Çəmənzəminli, Səməd Vurğun, Mikayıl Müşviq, M.Rahim, M.Seyidzadə, İslam Səfərli, H.Hüseynzadə, S.S.Axundov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Rəsul Rza, A.Zöhrab-bəyov, M.Hüseyn, M.İbrahimov və başqaları qədim əfsanələrimizə müraciət edərək əfsanə mövzularında öz poemalarını, povest və hekayələrini yaratmışlar.

Çəmənzəminlinin əsərləri xüsusi ilə “Qızlar bulağı” romanı əsatir və əfsanələrlə ətə-qana gəl-mişdir. Çəmənzəminlinin qələmə aldığı əfsanələrin hər biri yaddaqalan, sevilən, tarixə xidmət edən əsərlərdir. “Gültəkin” əfsanəsi ürəklərdən silinməz bir əsərdir.

Həmin sənətkarların yaradıcılıq taleləri sovet dönəminə düşdüyündən, yaradıcılıq yollarını müəy-yənləşdirməkdə bəzən çətinliklər çəkmişlər, gerçək-likdən qaçmağa çalışmışlar. Bu baxımdan Cəfər Cabbarlının romantik poema adlandırılmış “Qız qalası” milli mentalitetimizə uyğun olmayan yad baxışlarla birlikdə oxucularımıza təqdim edilmişdir. Daxili tərəddüdlərə məruz qalan gənc Cəfər Cabbarlı elə bil qara nöqtələrin altından cizgilər çəkmişdir. Qızın adı Durnadır, bu quş çox uzaqlardan gəlir. Qızın atasının adı Qanteymurdu, məlumdur ki, Tey-mur daş deməkdir. Mənası budur ki, ay daş ata, qan. Bununla yanaşı, poemanın daxilində Bakının qədim-liyi, oradakı tayfaların qədimliyi Xəzərin əzəməti Qız Qalasının möhtəşəmliyi çox yüksək bir bədii dillə təsvir edilmişdir. Azərbaycanda çox yayılmış qız qalalarının süjeti belədir ki, müəyyən bir hökm-darın, bəyin, xanın arvadı öldükdə öz başmağını çıxarıb ərinə verir və deyir: “Mən bilirəm ki, sən evlənəcəksən, al bu başmaqları, olar kimin ayağına olsa, onu al”. Başmaq adətən qızlarının ayağına olur. Xanım öz başmaqlarını nümunə göstərməklə, hökmdarlara evlənməyi məsləhət görməmişdir.

Azərbaycanda insanı heyrətə gətirəcək bir əfsanə vardır: Kürün qırağında bir qardaşla bir bacı yaşayırdı. Oğlan bir gün bacısına bildirdi ki, biz evlənməliyik. Qız dedi, mən razıyam, bu şərtlə ki, qarpız tağlarını Kürün bu sahilindən o biri sahilinə keçir, əyər qarpızlar bar verərsə, mən razı. Oğlan qarpız tağlarını Kürün o sahilinə keçirdi. Bostana baxanı dəhşət bürüyürdü. Qarpızlar o qədər iri və gözəgəlimli idi ki, gəl görəsən. Oğlan dedi, bacı, gördün, mən dediyimi elədim. Qız dedi, qardaş, qarpızın birini tağdan ayır və xəncərlə tən böl. Oğlan qarpızı kəsərkən içərisinin qan ilə dolu olduğunu gördü. Bacısı dedi. ikinci qarpızı kəs. Bu qarpızın da içərisindən irin çıxdı. Qız bildirdi ki, qardaş, sənin düşündüyün bu sevda qan-irindir, məhəbbət deyil.

Cəfər Cabbarlı bu qan-irinlə yoğrulmuş qız qalasındakı məhəbbəti dilə gətirsə də, poemanın əvvəlində və sonunda tarixi həqiqətdən qaça bilməmişdir . Qız qalası poeması belə başlayır:



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin