Quzğunun sahilində pək qocaman,
Bir yanı, əski sirrlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitcə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarımyumuş.
Hər yan altun, bəzəkli şən yapılar.5
Unudulmuş bir poema6
Azərbaycan sovet hakimiyyətinin qələbəsindən sonra xalqımızın tarixi keçmişinə aid həqiqi faktlar, əfsanə və rəvayətlər geniş ölçüdə öyrənilir və yazıya köçürülürdü. Bu işdə 1923-cü ildə yaradılmış “Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti” də xeyli iş görmüşdür. O zaman yazılı abidələr çap olunur, folklor materialları toplanılır, Azərbaycanın müxtəlif qəzalarına tez-tez elmı ekspedisiyalar göndərilir, arxeoloji qazıntılar aparılırdı.
20-ci illərdə bədii ədəbiyyatda da tarixi mövzuya maraq artmışdır. Cəfər Cabbarlı məhz həmin illərdə “Qız qalası” poemasını yazmış, “Od gəlini” dramını yazmaq üçün axtarışlar aparırdı. Oxuculara “Qız qalası” poemasının mövzusu,, ideya bədii süjetləri çoxdan tanışdır. Poema 1923-cü ildə ilk dəfə “Maarıf və mədəniyyət” jurnalında çap olunmuş, sonralar təkrar çap olunmuşdur. “Qız qalası” süjetində bir sıra sənət əsərləri, balet, təsviri sənət əsərləri və s. yaradılmışdır. Lakin müasir oxucuya az məlum olan faktlardan biri odur ki, “Azərbaycanı tədqiq və tətəbbö” cəmiyyəti tərəfin-dən Mixail Larsskinin “Qız qalası” (Şərq əfsanəsi) poemasını kitabın sonundakı qeydə görə 1924-cü ilin 15 may ilə 27 sentyabr arasaında Bakıda yazmış və 1925-ci ildə Bakı şəhərində rus dilində 3000 tirajda çap olunmuşdur. Kitab çox nəfis tərtib olunmuş və üz qabığında Qız qalasının möhtəşəm şəkli verilmişdir.
Poemanın əhəmiyyəti haqqında ilk fikri gör-kəmli yazıçı, drammaturq Ə.Haqverdiyev söylə-mişdir.
“Azərbaycanı tətbiq və tətəbbö cəmiyyəti”nin tarix etnoqrafiya bölməsinin sədri Əbdürrəhimbəy Haqverdiyevin M.Larsskinin “Qız qalası” poema-sına yazdığı kiçik müqəddiməsində deyilir: “Mixail Larrskinin “Qız qalası” poeması son dövrdə Azərbaycan xalqının tarixi keçmişinə aid ilk iri bədii əsərdir.
Bir çox kütləvi Şərq əfsanəsi çoxdan bəri diqqəti cəlb etsə də, hələ heç kim tərəfindən ədəbi-bədii əsər kimi işlənməmişdir.
Həmin poema Şərq üslubunu tam şəkildə saxlamaqla, gözəl səslənən, ahəngdar şeiriyyətlə yazıldığından asan və həvəslə oxunur.
Poemada canlandırılmış şəxslər: xan, xan qızı, vəzir və başqaları o qədər təbii və canlı, hadisələr isə elə məntiqi ardıcıllıqla cərəyan edir ki, əsər tarixin həqiqi təsviri təsiri bağışlayır.
Həmin poema həqiqi bədii əsər kimi qoca Şərqin əfsanələrini sevənlərin diqqətinə tövsiyyə olunur”.
C.Cabbarlı ilə Mixail Larsskinin poema-larında süjet yaxınlığı vardır. Hər iki poemada öz qızlarını sevən Bakı xanlarının faciəsi romantik boyalarla qələmə alınmışdır. M.Larsski öz poema-sında Bakı xanlığı ilə Şirvan xanlığı arasındakı dostluğu ön plana çəkmişdir. Onun sevimli arvadı Zibeydə də Şirvan xanlığındandır. Zibeydədən doğu-lmuş yeganə qızı Gülcahanı sevən də Şirvan xanlığından göndərilmiş səfir – Davud xandır. Poemada Cahangir xan müxtəlif mənəvi psixoloji vəziyyətlərdə təsvir olunur. Bu qaniçən hökmdarın yalnız qısa müddət davam edən sevgi macəraları çirkin əməllərindən çəkindirir. Sevimli arvadı Zibeydənin vaxtsiz vəfat etməsinə də o müqəssirdir. Çünki o, özünə varıs oğul istədiyi halda Zibeydədən qız – Gülcahan doğulmuşdur. Gülcahanın doğulması, xanın ondan soyuması günahsız ananı saraldıb-soldurur, məhv edir.
Cahangir xan öz qızına məhəbbət elan etməklə onun da faciəsinə yol açır. Gülcahanın arzusu ilə Qız qalası ucaldılır. Poemada Davud xanla Gülcahanın nakam məhəbbətinə maraqlı səhifələr həsr olunmuşdur.
Göründüyü kimi M.Larsski C.Cabbarlıda olduğu kimi eyni xalq əfsanəsindən istifadə etmişdir. M.Larsskinin “Qız qalası” poemasını hörmətli aka-demik Həmid Araslı məndən alıb öz kitabxanasına qoymuşdur. Həmin poemayla maraqlananlar hör-mətli akademik H.Araslının kitabxanasına müraciət edə bilərlər.
* * *
Yurdumuzun hər güşəsində qız qalaları ilə oğlan qalaları cütdür. Naxçıvanda “Oğlan qala, qız qala”, Bakının özündə “Oğlan qala, qız qala”, yəni, oğlan Səbayel qalası cütdür. Qız qala Nahidi – su ilahəsini, oğlan qala Atarı – yəni, Odu – Günəşi təmsil edir.
Azərbaycanda əsatir və əfsanələrdən danışar-kən uzun bir zamanı, dövrü əhatə edən zərdüştiliyi qətiyyən yaddan çıxarmaq olmaz. Bizim ən məhşur əsatirlərimiz Aldədə ilə, yəni, Dədə Günəşlə, onun yenilməz qəhrəmanı olan Aldədə ilə bağlıdır. İstər Azərbaycan, istər Türkmən Koroğlularında (Qoroğ-lularında) bizim qəhrəmanlarımız ərəb Reyhanla vuruşur. Bu vuruş Zərduştiliklə müsəlmançılıq arasındakı döyüşdür. Zərdüştilik səhnədən gedir, meydana İslam dini gəlir. Bu döyüşdə meydanda görünən ərəb Reyhandır və yaxud da Reyhan Əlidir. Məlumdur ki, Həzrət Əlinin adının biri Qəşəm-şəmşəm, ikinci adı isə Reyhanəlidir. Zərdüştiliyə qarşı meydanda İslamın qılınc oynadanı Həzrət Əlidir. Səhnədən getməkdə olan Zərdüşt dininə və ya qəhrəmanına üstünlük verilmir. Çünki, bundan sonra meydan İslam dininindir. Onu müdafiə edən də Həzrəti Əlinin qılıncıdır.
Seyid Hüseyn “Ağ at, ağ çuxa” hekayəsini yazır. Səməd Vurğun da “Aslan qayası”nda eynu mövzuya toxunur. Seyid Hüseynin “Ağ at, ağ çuxa” hekayəsində və Səməd Vurğunun “Aslan qaya-sı”nda xan qızı Mahnigar öz sevgisinə qovuşmaq üçün ağlının köməkliyi ilə Aslanı yarışa gedəcək ağ ata öyrədir, özünün toxuduğu ağ çuxanı da xəlvətcə onun boy-buxununa uyğun tikir.
Seyid Hüseyn obrazlı bir dillə, Səməd Vurğun isə Aslan qayasını böyük pafosla, şeir dili ilə bizə söyləyir.
Səməd Vurğunun poemaları içərisində bulaq əfsanəsi böyük maraq doğurur. Məlumdur ki, Nizaminin “İqbalnamə”sində dirilik çeşməsi üçün İsgəndər zülmətə gedir. Orada qurumuş balıq suya düşür və yenidən dirilir. Bununla bilirlər ki, bu, dirilik çeşməsidir. Xızırın məsləhəti ilə İsgəndər dirilik çeşməsindən içməyib zülmətdən qayıdır.
Səməd Vurğun bulaq əfsanəsini daha başqa bir tərzdə təsvir və tərənnüm edir. O, dirilik çeş-məsini zülmətdə deyil, Şirvanda təsvir edir. Səməd Vurğun əfsanənin əski mövzusundan çox fərqli olaraq öz siyasi baxışını ifadə etmək üçün qəh-rəmanını Şamaxıya gətirir, bulağın suyundan içməyə qoymur, lakin, fateh Şirvan torpağından əliboş getmir, ölkənin sərvətini karvana yükləyib aparır.
Əslində əfsanənin yurdu belədir: İsgəndər Şirvana gəlir. Dirilik çeşməsini tapır, suyu doldurub içmək istəyərkən, bir quş uçub su dolu piyaləni daşa çırpır. İsgəndər yay-oxunu çəkib quşu vurmaq istəyir. Diribaba qayadan səslənir. Ey İsgəndər, mən də sənin kimi bir hökmdar idim. Dirilik çeşməsini tapıb suyundan doyunca içdim. Min illərdir, sağ qalıb bu qayada zarıyıram. Həmyaşıdlarım məhv olmuş, nəslim yeddi göbəkdən keçmiş, övladım, nəvəm, nəticəm, kötücəm, iticəm, mənicəm və yadicəm ölüb getmişlər.
Əlbəttə, demək olmaz ki, Səməd Vurğun əfsanəyə nə üçün bu şəkildə yanaşmışdır. Şair mövzu seçməkdə sərbəstdir. Hər bir sənətkarın öz yaradıcılıq konsepsiyası var. Bizim üçün maraqlı olan şairin əfsanələrə yanaşma metodudur. S.Vurğun Nizamidən fərqli olaraq hər əfsanəvi poemanın sonunda bir ricət verir, həmin ricətlərdə öz siyasi baxışını ifadə edir.
Səməd Vurğunun “Ayın əfsanəsi”, “Qız qayası” əfsanələri də bizə bitgin, yaddaqalan, gözəl əsər təsiri bağışlayır.
Mikayıl Müşviq də çoban əfsanə mövzusunda “Çoban” poemasını yazmışdır. Əsərin qəhrəmanı olan Mərcan qızlarla birlikdə çobanın qavalına heyrətlə vurulur. Çobanın qavalına diqqətlə qulaq asan Mərcan çobana bildirir ki, “sənin çaldığın havalar xəyal deyil, bir həqiqətdir”.
Məmməd Rahim “Qırx qız” poemasını yazarkən qədim bir əfsanə qaynağından istifadə etmişdir.
M.Seyidzadənin “Gözəllik bulağı” poetik bir dillə yazılmış əsərdir. “Səbayel gözəli” poeması bizi daha qədimlərə aparır. Cəfər Cabbarlının “Qız qalası”nin bir qanadı olan Səbayel qalasını yada salır. Səbayel gözəli laldır, bunun rəmzi mənası vardır. Səbayel gözəlinin dilini XX əsrdə bir gənc bir bilməcə sayəsində açır. Şair bununla demək istəyir ki, həyatda mücərrəd və çaşqın görünən hadisələrin hər biri bir bilməcədir. Əgər həyat sirrlərini açmaq, öyrənmək istəyirsənə, həyatın mürəkkəb bilmə-cələrini öyrən və qıfıllı dilləri aç.
İslam Səfərli “Oğlan qala, qız qala” əfsanəsi ilə yurdumuzda olan oğlan, qız qalalarından bir nümunəni göz önünə gətirmişdir. Qalanı Arpa çayı-nın sahilində təsvir edir. “Oğlan qala, qız qala”da Arpa çayının adını xatırlayarkən Saranın adını dilə gətirir. “Apardı sellər Saranı” ilə yanaşı, Fərhadın da sevgi macərasını araya gətirir. Eyni zamanda, Fərhadla Şirinin sevgi macərasını da göz önündə canlandırır.
“Gəlindaş” lövhələrində də daş gəlindən söhbət açır.
Hüseyn Hüseynzadə “Durugöl” əfsanəsində qeyd edir ki:
Dostları ilə paylaş: |