Bismilləhir Rahmənir Rahim


قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فىِ صَلَاتهِِمْ خَاشِعُون ‏



Yüklə 0,74 Mb.
səhifə9/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
#102366
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فىِ صَلَاتهِِمْ خَاشِعُون ‏


“Həqiqətən, möminlər nicat tapdılar. (Onlar) o kəslərdir ki, namazlarında muti olub boyun əyərlər.” 3
Aydınlaşdırıcı bir nöqtə:
“Nur və elm” jurnalında gəlmiş bir məqalənin xülasəsini nəzərinizə çatdırıram:

“Əgər hər bir şəxs öz mövqeyinin zəifliyini və acizliyini bütün aləmlərin Yaradıcısı olan Allah-Təalanın əzəməti qarşısında dərk etsə, şübhəsiz həmin şəxsin vücudunda xuzu və xuşu haləti özünü biruzə verəcək. Bu iki mərhələni daha dərindən tanıyan insanda acizlik hissi (əlbəttəki yalnız Allah qarşısında) güclənəcək.. Necə ki. Quran buyuyrur:


إِنَّمَا يخَْشىَ اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَؤُا


“Bəndələrin arasında yalnız alimlər Allahdan çəkinərlər.”1

Bu cəhətdən də din xadimləri Allahı tanımaqla yanaşı həmişə öz acizliklərini və zəifliklərini etiraf etmiş, qorxu və ümid, xuzu və xuşu halları vücudlarında yüksək səviyyədə cilvələnmişdir.

Allahın əziz Peyğımbəri (səllallahu əleyhi və alihi və səlləm) namazda öz məhbubuna elə məftun olurdu ki, dünya dağılsaydı belə o həzrətə heç bir təsir göstərməzdi.

İmam Zeynəlabidin (əleyhissalam) namaz qılarkən titrəyər və mübarək gözlərindən sel kimi yaş axıdardı.

Görəsən, nə üçün biz belə bir məqama çata bilmirik? Çünki biz hələ Allah-Təalanı lazım olduğu kimi tanımamış və bəndəliyin əsl həqiqətini dərk etməmişik.

Adi bir adam uca bir məqam sahibinin və ya vəzifədə olan bir şəxsin hüzuruna çağırılıb onun qəbuluna daxil olduqda diqqətini cəmləşdirib ədəb qanunlarına riayət etməyə çalışır. Halbuki, həmin məqam sahibi Mütəal Allahın açiz və zəif bəndələrindən hesab olunur. Onlara əta olunan qüdrət, məqam, var-dövlət Allah-Təala tərəfindəndir. Elə isə Allah-Təalanın dərgahına üz tutan şəxs aləmlərin Yaradıçısı və bütün sultanların Sultanı qarşısında diqqətini daha da cəmləşdirməli, ədəb qanunlarını ciddi surətdə yerinə yetirməlidir.


XUZU VƏ XUŞUYA SƏBƏB OLAN ƏMƏLLƏR


1.Namazda kimin müqabilində durduğumuzu, kiminlə söhbət etdiyimizi, həmçinin qiraət, ruku və səcdə barəsində düşünək.

2.Namazın hər kəlməsinin mənasına diqqət yetirək.

3.Qiraət edərkən tələsmədən və aram vəziyyətdə, hüzuri-qəlblə qiraət edək.

4.Qəlbimizə kənar fikirlər gələndə onlardan uzaqlaşıb Allahı yad etməyə çalışaq. Əgər belə etməsək, müxtəlif dünyəvi fikirlər qəlbimizə sürətlə hücum edib bizi namazın həqiqi faydasından məhrum qoyacaq.

5.Ətrafa baxmamağımız, hisslərimizin cəmləşdirilməsi, həmçinin xuzu və xuşu əldə edilməsi üçün səcdə olunan məkana, ya möhürə diqqət yetirək. Bu barədə rəvayətlərdə belə buyurulmuşdur:

“Ruku halında pəncələr arasına, səcdədə burunun yanlarına, qunut tutarkən əllərin içinə və oturaq vəziyyətdə libasa (ətəyə) baxılmalıdır”.

Yuxulu, süst, mədəmiz dolu olduqda, əsəbi, narahat və s. vəziyyətdə namaz qılmayaq. Çünki belə hallarda diqqətimizi bir yerə cəmləşdirə bilmirik. Hədislərin birində belə buyurulur:

“Süst və yuxulu halda namaz qılmayın!”

Qurani-Kərim buyurur:

لَا تَقْرَبُواْ الصَّلَوةَ وَ أَنتُمْ سُكَارَى‏


“Məst halında namaza yaxınlaşmayın.”1

Namazın faydası o zaman kamil olur ki, namazqılan fikrindən dünyəvi işləri çıxarıb diqqətini yalnız məbdəyə (Allaha) yönəltsin. Bu barədə “Maun” surəsinin 4 və 5-ci ayələrində belə buyurulur:


فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏


“Vay olsun, o namazqılanlara ki, namazlarında səhlənkarlıq edirlər.”

Namaza diqqət o qədər əhəmiyyətlidir ki, məsumlar (əleyhimussalam) dəfələrlə bu nöqtəni vurğulamış, bu barədə çoxlu hədislər nəql etmişlər. Hədislərin birində belə buyurulur:

“Qəlbin diqqəti olmadan qılınan namaz namaz deyil”.

İslam Peyğəmbəri həzrət Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm)

buyurur:

“Bəndə namaza durduğu zaman onunla Allah arasında olan (pərdə) ortadan qalxır və Allah-Təala ona nəzər salır. Mələklər onunla bərabər namaz qılaraq duasının müstəcəb olması üçün “Amin” deyərlər. Asimandan onun üçün xeyir və bərəkət nazil olar. Sonra bu nida eşidilər: Əgər bilsəydin kiminlə münacat edirsən, diqqətini namazdan başqa bir şeyə yönəltməzdin.”

Başqa bir rəvayətdə isə belə buyurulur:

“Cismi ilə qəlbini birlikdə namaza hazır etməyən şəxsə Allah-Təala nəzər salmaz.”

İmam Baqir (əleyhissalam) buyurur:

“Nafilə namazları vacib namazlarda hüzuri-qəlbə varid olan nöqsanları aradan qaldırmaq üçün tövsiyə olunmuşdur.”

Möminin qəlbi kompasın əqrəbi kimi olmalıdır. Belə ki, kompas istənilən istiqamətə döndərilsə, onun əqrəbi yenə də öz təbii halına qayıdaraq cənuba üz tutacaq. Namazqılanın da diqqəti Allahdan yayınsa, cəld yenidən diqqətini əvvəlki halına qaytarmalıdır.

Namazda diqqət və hüzuri-qəlb əldə etmək çox çətindir. Çünki insanın fikri dünyəvi işlərlə məşğuldur və dənizin üzərindən ötüb səs-küy salan dalğalara bənzəyir. Bundan əlavə fikirləri azdırmaq və ələ keçirmək üçün pusquda durmuş şeytan münasib fürsət axtarır. Ürək bir anlığa Allahdan qafil olduqda şeytan qoşunu hücum edərək qəlb səngərini ələ keçirir. Lakin qəlbin qəflətdən ayıldığını hiss edən şeytan qoşunu çarəsiz olaraq qaçmağa üz tutur. Şair bu barədə belə deyir:


Könül əğyarların lat yeri deyil,

Div çıxsa, mələklər gələsidir bil.

AZAN VƏ İQAMƏNİN FƏLSƏFƏSİ


Azan kilsə zəngi müqabilində dayanan ən böyük İslam şüarıdır. Onların müqayisəsini pak vicdanlı oxucuların öhdəsinə buraxırıq. Azanın cümlələrinin mənasına diqqət insanı qəflət yuxusundan oyadır, bizi cəlbedici maddi aləmdən uzaqlaşdırıb diqqətimizi mənəvi aləmə doğru yönəldir. Bəzən Peyğəmbəri-Əkrəm (səllallahu əleyhi və alihi və səlləm) dünyəvi işlərdən uzaqlaşmaq üçün azanı xatırladıb buyurardı:

يا بلال ارحنا


“Ey Bilal! Bizi feyzə çatdır!”

Müəzzin azan verən zaman xalis tohid nidası və sonuncu Peyğəmbərin nubuvvəti ictimai fəzada bir daha işıqlanır. Bu ən böyük bir şüar olmaqla yanaşı, müsəlmanların, o cümlədən qeyri- müsəlmanların ruhiyyəsinə və qəlbinə nüfuz edərək dərin bir iz buraxır.

Azanda Allah-Təalanın əzəmətinə, Onun yeganəliyinə, nübüvvətə və namazın sifətlərinə (nicat tapmaq, ən yaxşı əməl) iqrar edilir.

Azan qiyamət gününün bərpası üçün İsrafil mələyin üfürəcəyi birinci sura işarədir. (Birinci sur ruhların bədənlərdən ayrılmasına, ikinci isə ruhların yenidən bədənə qaytarılmasına işarədir).

Azan və iqamənin faydaları, həmçinin savabı barəsində bir çox rəvayətlər nəql edilmişdir.

Azan kazarmada xidmətdə olan əsgərlər üçün səslənən şeypura bənzəyir. Əsgərlər şeypurun səsini eşidən kimi cəld lazım olan ləvazimatı (güllə, silah və s.) götürüb müəyyən olunmuş mərkəzdə sıraya düzülməklə xidmətə hazır olduqlarını bildirirlər.

Həmçinin müsəlman azanın səsini eşitdikdə mənəvi aləmlə əlaqə yaratmaq məqsədilə bütün diqqətini Allah-Təalaya yönəldərək özünü tələsik namaz qılınan məkana çatdırır. Quran bu barədə belə buyurur:


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin