Bismilləhir Rahmənir Rahim


يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ إِذَا نُودِىَ لِلصَّلَوةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ



Yüklə 0,74 Mb.
səhifə10/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
#102366
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ إِذَا نُودِىَ لِلصَّلَوةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ


“Ey iman gətirənlər, cümə günü namaza nida olunduğu (əzan verildiyi) zaman Allahı yad etməyə tələsin.”1

TƏKBİRLƏRİN FƏLSƏFƏSİ


Namazın başlanğıc hissəssi olan təkbiri dilə gətirməklə bütün adi işlər insana haram olur. Necə ki, imam Əli (əleyhissalam) bu barədə belə buyurur:

Allahın Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: “Namazın müqəddiməsi dəstəmazla, bütün adi işlərin haram olması təkbirlə və halal olması isə namazın sonundakı salamladır.”2

Təkbirlərin3 istər azanda və iqamədə, istərsə də namazın əvvəlindən sonuna kimi zikr olunmasının fəlsəfəsi budur ki, insanlar Allahın əzəmətini yada salıb, dünyanı və maddiyatı kiçildərək Yaradana olan diqqəti daha da gücləndirsinlər. Dünyəvi işlərdən uzaqlaşaraq namazda hüzuri-qəlb tapmaqla ilahi heybətə ürəklərində yer versinlər.

“Təkbiratul-ihram” (niyyətdən sonra vacib olan təkbir) namazın rüknündən sayılır. Namazın həqiqəti məbudun əzəmətini izhar etməkdən ibarətdir. “Əllahu Əkbər” kəlməsi də bu həqiqəti aşkar şəkildə xatırladır. Təkbirin mənası budur ki, “Allah Böyükdür,” təsəvvür olunan hər bir şeydən ucadır. “Əllahu Əkbər”, yəni Allahın əzəməti və böyüklüyü bizim mərifət, düşüncə və təsəvvürümüzün fövqündədir.


Ey xəyaldan uzaq, oxşarsız olan,

Haqqında dedilər biz də eşitdik.

Əfsus ki, ömrümüz çatmaqda sona,

Sənin vəsfin üçün axı nə etdik!
Əlləri qulaqların müqabilində qaldırıb təkbir deməyin mənası budur ki, Allahdan başqa hər şeydən uzaqlaşıb, hüzuri-qəlblə və kamil diqqətlə Onunla ünsiyyətdə (namaz vaxtı) rahatlıq tapmaq istəyirəm.

QİYAMIN FƏLSƏFƏSİ


Namazın vacibatlarından biri də qiyamdır. Qiyam (ayaq üstə durmaq) namazın mühüm hissələrindən və rüknündən sayılır. Qiyamda zəlillik, xuzu və xuşu özünü büruzə verir. Böyüklərin hüzurunda ayaq üstə durmaq ədəb və hörmət, onlardan icazəsiz oturmaq isə ədəbsizlik əlamətidir. Qiyam və namazın ruhu da deyilənlərə işarədir.

Müstəhəb namazları ayaq üstə qılmağın savabı oturaq halda qılmaqdan çoxdur. Ayaq üstə oxunan xütbə və ya moizənin də üstündür. Belə ki, cümə namazında, fitr və qurban bayramları namazlarında xütbə yalnız ayaq üstə oxunmalıdır. İslam oturaq halda xütbə oxunmasını qəti surətdə qadağan edir. Onu da qeyd edək ki, İslam tarixində oturub xütbə oxuyan şəxs Müaviyə olmuşdur.1

Namazda qiyam halında durmaq məşhər günündə sıraya düzülüb əməllərə görə cavab verəcəyimizi xatırladır. Qurani-Kərim bu barədə buyurur:

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبّ‏ِ الْعَالَمِين‏


“O gün ki, insanlar aləmlərin Pərvərdigarı üçün ayağa qalxarlar.”2

Başqa bir ayədə isə belə buyurulur:


يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلَئكَةُ صَفًّا لَّا يَتَكلََّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَانُ وَ قَالَ صَوَابًا


“O gün ki, ruh və mələklər sıraya düzülərək ayağa qalxarlar və (Allahın izni olmadan) danışmazlar.”3

Bu kimi ayələrin nümunəsi camaat namazında özünü büruzə verir. Belə ki, namaz qılanlar pişnamazın arxasında sıraya düzülməklə danışıq ixtiyarını əldən verir, sakit halda onun qiraətinə qulaq asırlar. Zahiri qiyam həqiqi qiyama işarədir. Yəni səbir edib ayaq üstə durmaq əsl hədəfə çatmaq üçündür.

Məsələn, zalım əməvi hökümətinə qarşı vuruşan imam Hüseynin (əleyhissalam) qiyamı və ya İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) küfrə qarşı qiyamı əsl hədəfə çatmaq üçün idi. Bu sayağı qiyam hədəfə kamil iman nəticəsində çatır. Necə ki, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) Allaha və əvvəlki peyğəmbərlərə, mələklərə,

kitablara imanı vardı. Quran ayəsi bu nöqtəyə işarə edir:


ءَامَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ


“Peyğəmbər Pərvərdigarı tərəfindən ona nazil olana iman gətirmişdir.”4

Lakin nəzəriyyə və fərziyyəyə əsaslanan alimlərin məqsədi iman və yəqinə əsaslanmır. Buna misal öz əqidəsinin əleyhinə çıxan Qalileyi göstərmək olar. İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) isə bu sözləri “Hər nə istəsən sənə verərik, bir şərtlə ki, bizim tanrılarımızla işin olmasın!”-deyən müxaliflərin cavabında belə buyurur:

“Əgər günəşi sağ, ayı sol əlimə versəniz, heç vaxt əqidəmdən dönmərəm.”1

İmam Hüseynin (əleyhissalam) də Yezidə beyət etməsi üçün onun nümayəndələri tərəfindən buna oxşar vədlər verilirdi. Amma imam cavabında buyururdu:

“Mənim kimisi heç vaxt zalım və fasiqin birisinə beyət etməz. Mən bir şəxslərin ətəyində tərbiyə almışam ki, onları qorxutmaq və ya şirnikdirməklə heç vaxt hədəflərindən ayıra bilməzdilər.”

Həzrət Əli (əleyhissalam) Hüneyn müharibəsində azsaylı mücahid möminlərlə birlikdə dözüm və müqavimət göstərərək düşmən qoşununu yarıb İslam Peyğəmbərini (səllallahu əleyhi və alihi və səlləm)

müdafiə edirdi. Peyğəmbərin uca boylu əmisi Abbas fərarilərə üz tutub uca səslə deyirdi: “Ey ağacın altında Peyğəmbərə (səllallahu əleyhi və alihi və səlləm) beyət edənlər! Hara qaçırsınız?”

Həmçinin Ühüd döyüşündə səhabələrin əksəriyyəti canlarının qorxusundan qaçmağa üz tutdular. İmam Əli (əleyhissalam) və Həmzə Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) qorumaq üçün düşmənlə qızğın vuruşurdular. Nəhayət, Həmzəni şəhid etdilər. İmam Əli (əleyhissalam)

təkbaşına Allahın elçisini müdafiə edirdi. O, mübarək bədəninə dəyən qılınc yaralarına baxmayaraq öz hədəfindən əl çəkmirdi. Allah-Təala da buna xatir Öz qələbəsini o həzrətə əta edi. Quran bu barədə belə buyurur:

إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزََّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ


“Həqiqətən, Allah bizim Pərvərdigarımızdır deyən, sonra isə müqavimət gostərən kəslərə mələklər nazil olar.” 1.

Allah-Təala haqq yolda səbir və müqaviməti mədh etmiş, həmçinin onlara (səbir və müqavimət) görə böyük bir mükafat təyin edərək Öz Peyğəmbərinə dözüm, müqavimət əmr edir.2

“Şura” surəsinin 15-ci ayəsundə buyurulur:


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin