Bismilləhir Rahmənir Rahim


أَ لَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُواْ أَن تخَْشَعَ قُلُوبهُُمْ لِذِكْرِ اللَّهِ ‏



Yüklə 0,74 Mb.
səhifə18/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
#102366
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

أَ لَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُواْ أَن تخَْشَعَ قُلُوبهُُمْ لِذِكْرِ اللَّهِ ‏


“Görəsən, möminlərin qəlblərinin Allah zikrinin və nazil olanın (Quran) bərabərində boyun əyməyinin (itaət etmək) vaxtı çatmadımı.” 1 Bu ayə tövbə ayələrindən biri sayılır. Mehriban Allah günahkarlara belə buyurmaq istəyir:

“Ey Pərvərdigarından uz çevirib qaçan fərarilər! Məndən uzaqlaşmağınız bəs etməzmi? Mən sizin yolunuzun intizarındayam. Günahlardan, azğın həvəsdən əl çəkməyin və Allaha tərəf qayıtmağın vaxtı çatmadımı?”

Şair demişkən:

Qayıt, haqqa qayıt! Hər nəsən qayıt,

Fərqi yox, kafirsən, yoxsa bütpərəst.

Ümidini qırma, qapımız açıq,

Yüz yol büdrəsən də axtar mərhəmət.

Bu ayəni eşidən Fuzəylin daxilində güclü bir çevriliş baş verdi. Vücudunu sanki atəş bürüydü və pis əməlləri gözləri önündə canlandı. Pak vicdanı ona əziyyət verirdi. Qəlbinin dərinliklərindən kükrəyən çevriliş onu həqiqi tövbəyə doğru çəkirdi. Elə bil ki, ayədən bir qığılcım sıçrayıb onun nəfsani və şeytani çirkinliklərini yandırdı. Qəlbi paklaşaraq riqqətə gəldi, gözlərindən yaş axıtmağa başladı. Bədəni lərzəyə düşdü, üzünü Allah dərgahına tutub yalvarışla dedi:“İlahi! Etdiyim bütün günahlara görə Öz əzəmətinlə tövbəmi qəbul edirsənmi? Pərvərdigara! Əgər məni Öz rəhmət qapından qovsan, hara gedim, hara pənah aparım? Quran buyurur:


رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِِين‏


“Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətən, ziyan çəkənlərdən olarıq.”1 Fuzəylin qəlbi riqqətə gəlmişdi. O, doğrudan da keçmiş əməllərindən peşiman idi. Fuzəyl pis əməllərinin əvəzini ödəmək məqsədilə əvvəllər ələ keçirdiyi haram malları öz sahiblərinə qaytardı. Zülm etdiyi şəxslərdən bir-bir halallıq almağa başladı. Nəhayət iş o yerə gəlib çatdı ki, adı dillərə düşdü, zahid və abid bir mömin kimi tanındı. Həmçinin, ariflər arasında məşhur olan Bişr Hafinin başına gələn hadisəni nəzərinizə çatdırmaq istərdik: Bir gün imamətin yeddinci günəşi Musa Kazim (əleyhissalam)

Bişrin evinin yanından ötüb keçirdi. Evdən gələn tar, ud səsləri və kənizlərin rəqs, mahnı sədaları küçəni bürümüşdü. Bişr fasiq və sərvətli bir şəxs idi. O, həmişə evində şərab, meyxana və s. günah məclisləri qurardı. Kənizlərdən biri ehtiyac ardınca evdən çölə çıxarkən imam Kazim (əleyhissalam) ondan soruşdu: “Bu evin sahibi quldur, ya azad?” Kəniz cavab verdi: “Azad”. Həzrət buyurdu: “Bəli, görünür ki, azad insandır. Əgər qul olsaydı, belə işlər görməzdi”. Kəniz evə daxil olub imamın (əleyhissalam) sözlərini sahibinə dedi. Bunu eşidən Bişrin halı dəyişdi. Sonra ayaqyalın bayıra atılıb həzrətin ardınca qaçmağa başladı. İmama (əleyhissalam) çatıb özünü onun ayaqları altına atdı. Nəhayət, həqiqi tövbə etdi və adı camaat arasında dillər əzbəri oldu.”


TƏBİƏT ALƏMİNDƏ MAHİYYƏTİN DƏYİŞMƏSİ


Atom mütəxəssisləri atom nüvəsinin partlayışı zamanı ondan fövqəladə bir enerji ayrılması barəsində bir çox məlumatlar əldə etmişlər. Bu məsələ mahiyyətin dəyişməsini və onun gerçəkliyini kamil surətdə isbat edir. Alimlər atom nüvəsinin partlayışı barəsində deyirlər: “Atom1 zərrəciklərinin tarazlığı onun neytronlarının tarazlığı ilə eynidir. Əgər onların sayı azalıb-çoxalsa, nüvə parçalanır və enerjisi ayrılır. Sonra isə protonlar və neytronlar ətrafa yayılmağa başlayır.”2

Xaricdəki bir neytronu atom nüvəsinə daxil edən kimi tarazlıq ani sürətdə pozulmağa başlayır və partlayış baş verir. Bu hadisə ipi qırılıb dənələri ətrafa səpələnən təsbihə bənzəyir. Atom bombası uran adlanan maddədən hazırlanır. Uran atomunun həm elektronlarının, həm də protonların sayı 92-dir. Əgər başqa bir neytronu uran atomuna daxil etsələr, həmin atomun tarazlığı pozular. Nəticədə barium və kripton (uranın ən sadəsi) əmələ gələcəkdir. Ondan səpələnmiş artıq neytronlar başqa bir atoma daxil olur və yenidən atomun tarazlığını biri-birinə vurmaqla təzə partlayış əmələ gətirir. Bu tərtiblə atom bombasının partlayışı hasil olur və zəncirvari davam edir. Belə olduqda atomlar bir-bir partlayır və öz qüvvəsini xaricə ötürür.Həmin itən qüvvədən isə yeni barium və kripton atomları düzəlir. Materialist alimlərin bəzisi hidrogeni aləmdə ilk yaranmış element sayır. Belə ki, zaman ötdükcə bu hidrogen başqa tərkibə çevrilmişdir. Yəni ya hidrogenin atom nüvəsi bir yerə cəm olub oksigen atomu əmələ gətirir,1 ya da ki, iki hidrogen atomu bir yerə cəmləşib bir helium atomu yaradır. Bu fərziyyəni bir çox materialist alimlər qəbul etmir və bugünkü elmin inkişafı onu rədd edir. Beləcə Bətlamusun, Darvinin, Lamarkın, Laplasın və s. materialist alimlərin nəzəriyyələrini müasir dövrün elmi bilikləri ilə müxtəlif yollarla rədd etmək mümkündür. Hətta bu nəzər sahiblərinin özləri belə irəli sürdükləri fərziyyələrə çox da inanmamışlar. Lakin bu alimlərin davamçıları onların yersiz xəyallarını “vəhy” kimi qəbul edirdilər.


RUKU VƏ SƏCDƏNİN FƏLSƏFƏSİ


Namazın ən mühüm ruknlarından sayılan ruku və səcdə Allaha daha da yaxınlaşmaqda üçün böyük rol oynayır. Ruku Allah qarşısında əyilib ehtiram göstərməklə bərabər Məbuda təzim edib Onun böyüklüyünü etiraf etməkdən ibarətdir. Necə ki, keçmişdə adi camaat padşahlara təzim əlaməti olaraq onların qarşısında əyilir, sonsuz ehtiramlarını bildirirdilər. Səcdə isə əbdin (bəndə) alnını torpağa qoyub Məbudun (Allah) qarşısında zəlilliyini göstərməsi, özünün sonsuz dərəcədə zəif və fəna olduğunu bildirməsindən ibarətdir. “Məbuda təzim” və “əbdin zəlilliyi” ibadətin ruhunu göstərir. Bu iki dəyər hər hansı bir ibadətdə cəm olsa, həmin ibadət kamil və həqiqi sayılar. Allah-Təala ictimai ibadət olan namazda ruku və səcdəni cəmləşdirib onların vasitəsilə namazın qədr-qiymətini daha da çoxaltmışdır. “Munhəcussadiqin” kitabında deyilir: “Bəni Səqif” tayfası həzrət Məhəmmədin (səllallahu əleyhi və alihi və səlləm) yanına gəlib xahiş etdi ki, Allah-Təaladan namazdan ruku və səcdənin götürülməsini istəsin. Çünki cahiliyyət dövründə yaşamış bu təkəbbürlü və lovğa insanlara Yaradanın qarşısında təzim etmək ağır gəlirdi. Həzrət fikrə dalıb bu barədə vəhyin nazil olmasını gözlədi. Nəhayət, “İsra” surəsinin 74-cü ayəsi nazil oldu:

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin