BizKlub-BakuTel



Yüklə 15,16 Kb.
tarix04.06.2018
ölçüsü15,16 Kb.
#52616

BizKlub-BakuTel“ tirajlı, stimullaşdırıcı lotereyasının iştirak şərtləri


  1. İştirakçılar



“Internal Azercell”, “Azercell Ailə tarif paketi”, AzerOnline Tariff Model” tarif paketlərin istifadəçiləri istisna olmaqla “BakuTel” sərgisinə gələn “Azercell Telecom” MMC-nin “BizKlub” üzvləri.


  1. İştirak şərtləri

Abunəçi, BizKlub stendinə yaxınlaşıb Azercell GSM nömrəsini operatora təqdim etdikdən sonra, nömrə sistemə daxil edilir və abunəçi lotereyanın iştirakçısı olmaq hüququ əldə edir. İştirakçıların qeydiyyatı 03.12.2014 - 04.12.2014 tarixlərində saat 10:00-dan 18:00-dək və 05.12.2014 tarixində saat 10:00-dan 15:00-dək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı—Aeroport Yolu, 9-cu km., 1 ünvanında yerləşən “Baku Expo Center”-də keçiriləcək.




  1. Lotereyanın həyata keçirilməsi mexanizmi:

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə «ABC Konsult» MMC tərəfindən 05.12.2014 tarixində, həftənin cümə günü keçiriləcək 1 (bir) tiraj təşkil olunur. Qaliblərin seçilməsi saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı—Aeroport Yolu, 9-cu km., 1 ünvanında yerləşən “Baku Expo Center”-də keçiriləcək.

Tirajlarin keçirilməsinə 5 (beş) nəfərdən ibarət olan tiraj komissiyası nəzarət edəcək.

Hər bir abunəçi www.BizKlub.azercell.com saytına və www.facebook.com saytında “Azercell Telecom” MMC-nin rəsmi səhifəsinə daxil olmaqla iştirak şərtləri barədə məlumat ala bilər.

Tirajda, 03.12.2014 - 04.12.2014 tarixlərində saat 10:00-dan 18:00-dək və 05.12.2014 tarixində saat 10:00-dan 15:00-dək sistemə daxil edilmiş və bu qaydalara uyğun olaraq tirajda iştirak edə bilən nömrələr iştirak edir.
05.12.2014-cü il tarixli tirajda xüsusi kompyuter proqramının funksiyasını aktiv etməklə, təsadüfi seçim prinsipi ilə ardıcıllıqla seçilmiş 10 abunəçinin GSM nömrəsi qalib nömrə hesab olunur. Elan olunan birinci abunəçinin GSM nömrəsi Apple İphone 6 Silver – 16 GB və 100 AZN dəyərində hədiyyə kuponu, ikinci abunəçinin GSM nömrəsi Apple İpad Air Wi-Fi 4G White - 64 GB və 100 AZN dəyərində hədiyyə kuponu, üçüncü abunəçinin GSM nömrəsi Samsung Galaxy Note 4 N910 - 32 GB və 100 AZN dəyərində hədiyyə kuponu, dördüncü abunəçinin GSM nömrəsi Apple İphone 5S Silver – 16 GB və 100 AZN dəyərində hədiyyə kuponu ,beşinci abunəçinin GSM nömrəsi Apple İpad Mini Retina Wi-Fi Black – 32 GB və 100 AZN dəyərində hədiyyə kuponu,altıncı abunəçinin GSM nömrəsi Apple İphone 6 Silver – 16 GB və 100 AZN dəyərində hədiyyə kuponu, yeddinci abunəçinin GSM nömrəsi Apple İpad Air Wi-Fi 4G White - 64 GB və 100 AZN dəyərində hədiyyə kuponu, səkkizinci abunəçinin GSM nömrəsi Samsung Galaxy Note 4 N910 – 32 GB və 100 AZN dəyərində hədiyyə kuponu, doqquzuncu abunəçinin GSM nömrəsi Apple İphone 5S Silver – 16 GB və 100 AZN dəyərində hədiyyə kuponu və onuncu abunəçinin GSM nömrəsi Apple İpad Mini Retina Wi-Fi Black – 32 GB və 100 AZN dəyərində hədiyyə kuponunun qalibi hesab olunur.


  1. Uduş fondu

Uduş fondunu:

- 2 ədəd – Apple iPhone 6 Silver, 16 GB - toplam dəyəri-1798 AZN

- 2 ədəd – Apple iPad Air Wi-Fi 4G White, 64GB - toplam dəyəri-1238 AZN

- 2 ədəd – Samsung Galaxy Note 4 N910, 32 GB - toplam dəyəri 1398 AZN

- 2 ədəd – Apple iPhone 5S Silver, 16 GB - toplam dəyəri -1198 AZN

- 2 ədəd – Apple iPad Mini Retina Wi-Fi Black, 32 GB - toplam dəyəri 900 AZN

- 10 ədəd “BizKlub” Partnyor Şəbəkəsində istifadə etmək üçün nəzərdə tutulan 100 AZN dəyərində hədiyyə kuponları - toplam dəyəri -1000AZN


Uduşların dəyəri pul ekvivalenti ilə əvəz edilə bilməz.


  1. Uduşları necə almaq olar?

«ABC Konsult» MMC tiraj keçirildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq qaliblərin sənədlərinin (şəxsiyyətini təsdiq edən sənəd və GSM müqaviləsi) qəbuluna başlayır.  Qaliblər, 90 iş günündən gec olmayaraq müraciət edib, lotereyada oynanılan uduşları ala bilərlər. Uduş, onun verilməsi (ödənilməsi) barədə lotereya iştirakçısının tələbi irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü müddətində verilir (ödənilir).



  1. Vergilər və digər icbari ödənişlər

« ABC-Konsult » MMC və «Azercell Telekom» MMC uduşların verilməsi ilə bağlı hər hansı vergi, rüsum və xərclərin ödənilməsinə görə məsuliyyət daşımır.


  1. Lotereya haqqında məlumatların açıqlanması

Lotereyanın qaydaları www.BizKlub.azercell.com saytında və www.facebook.com saytında Azercell səhifəsində yerləşdiriləcək.


  1. Fors major

Fors major halı kimi aşağıdakı fövqəladə xarakterli hadisələr başa düşülür: yanğın; təbii fəlakət; epizootiya; blokada; telekommunikasiya, GSM və elektrik şəbəkəsində baş verə biləcək nasazlıqlar və sıçramalar və ya aradan qaldırıla bilinməyəcək hallar.


Əlavə məlumat üçün:

Telefon: 012  533 01 01
Yüklə 15,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin