12. Sözün mənasını yaxşı bilmək və onu düzgün işlətmək hansı nitq normasının tələbidir ?
A) fonetik
B) leksik - fonetik
C) leksik
D) morfoloji
E) qrammatik
13. “Çatışmamazlıq, görməməzlik”sözlərində hansı norma pozulub?
A) morfoloji
B) sintaktik
C) fonetik
D) leksik
E) üslubi
14. Ədəbi dilin tələffüz normalarını şifahi dil üzərində qurmağı kim irəli sürmüşdür ?
A) Ö. F. Nemanzadə
B) C. Məmmədquluzadə
C) N. Vəzirov
D) M. F. Axundov
E) Ü. Hacıbəyov
15. Məntiqi vurğu haqqında deyilmiş fikirlərdən biri düzgün deyil.
A) məntiqi vurğulu söz yalnız xəbərin əvvəlində gəlməlidir və sabit vurğudur.
B) məntiqi vurğulu söz cümlənin mənaca fərqlənən vahididir.
C) məntiqi vurğulu söz danışanın məqsədini qabarıqlaşdıran vahiddir.
D) məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması deməkdir.
E) məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşəndə xüsusi məna çaları əmələ gətirir.
16. Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün göstərilən qaydalardan biri yanlışdır.
A) ki ədatı ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.
B) cümlədə həmcins üzvlərin hər biri məntiqi vurğu qəbul edir.
C) umumiləşdirici sözlər məntiqi vurğu ilə deyilir.
D) xitablar məntiqi vurğulu olur.
E) xüsusiləşmələr məntiqi vurğu ilə oxunur.
17. Bunlardan biri məntiqi vurğulu sözün göstərilməsində istifadə olunan qrafik üsula aid deyil.
A) məntiqi vurğulu sözün xəbərin əvvəlinə keçirilməsi
B) fərqləndirilən sözün seyrək xətlə göstərilməsi
C) məntiqi vurğulu sözün dırnaqda göstərilməsi
D) məntiqi vurğulu sözün altından xətt çəkilməsi
E) sözün xüsusi kursivlə verilməsi
18. Məntiqi vurğunun müəyyənləşməsinə aid qaydalardan biri düzgün deyil.
A) Tərzi - hərəkət zərfləri çox vaxt məntiqi vurğulu olur.
B) Da, də bağlayıcıları ilə işlənən sözlər məntiqi vurğu ilə tələffüz olunur.
C) Sual cümlələrindəki sual əvəzlikləri məntiqi vurğulu olur.
D) Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğulu olur.
E) Sual cümlələrindəki sual ədatları ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.
19. Əgər cümlədə məntiqi vurğunu göstərmək üçün qrafik və leksik vasitələr yoxdursa , məntiqi vurğulu söz hansı olur ?
A) xəbərdən əvvəlki söz
B) zərflikdən əvvəlki söz
C) mübtədadan əvvəlki söz
D) təyindən əvvəlki söz
E) tamamlıqdan əvvəlki söz
20. Bunların ikisi ədəbi tələffüzün məzmununda xüsusi əhəmiyyət daşıyır.
1 - vurğu, intonasiya
2 - vurğu, leksik məna
3 - intonasiya, tembr
4 - tembr, vurğu
5 - diksiya, leksik məna
A) 4, 5
B) 2, 5
C) 1
D) 3, 4
E) 1, 2
21. Ədəbi dilin bu normasında sözlərin məna dəqiqliyi, çoxmənalılıq, məna dəyişmələri, məna qruplarına və sairəyə dair normalar nəzərdə tutulur.
1 - semantik norma
2 - frazeoloji norma
3 - morfoloji norma
4 - fonetik norma
5 - onomastik norma
A) 1
B) 3, 5
C) 4, 5
D) 3
E) 1, 3
22. Qədim yer adlarının, qəbilə, tayfa, xalq, şəxs, dağ, dərə və s. adlarının düzgün yazılış və tələffüz formalarının sabitləşməsi bu normanın başlıca əlamətidir.
1 - onomastik norma
2 - semantik norma
3 - orfoqrafik norma
4 - sintaktik norma
5 - uslubi norma
A) 3
B) 2
C) 4, 5
D) 1
E) 1, 2
23. Əgər mədəni nitqdə “dilçilik” termini əvəzinə “lisaniyyat” işlənərsə, hansı norma pozulmuş sayılır?
2 - ədəbi dilin ədəbi - mədəni səciyyəliliyi оnun yüksək əlаmətlərindəndir
3 - ədəbi dil nоrmаlаşdırılmış ünsiyyət vаsitəsidir
4 - ədəbi dil tаriхən əldə оlunmuş ümummədəni nаiliyyətlərin sахlаnılmаsındа хüsusi əhəmiyyət kəsb еdir
5 - ədəbi dil şifаhi və yаzılı fоrmаlаrа mаlikdir.
A) 5
B) 2
C) 1
D) 3
E) 1, 2
28. Ədəbi dilin nоrmаlаrının müəyyənləşdirilməsində əsаs götürülən mеyаrlаrdаn biri səhvdir:
1 - könüllülük
2 - təbiilik
3 - işləklik
4 - sаbitlik
5 - zərurilik
A) 2
B) 2, 5
C) 4
D) 1
E) 1, 2
29. Vurğuya dair normalarla bağlı fikirlərdən biri yanlışdır.
1 - Azərbaycan ədəbi dilində orfoepik normalardan biri kimi vurğu sözün son hecasına düşmür
2 - alınma sözlərdən vurğunun düzgün işlədilməsi ədəbi dil normalarına daxildir
3 - dünya dillərində vurğu özünü müxtəlif şəkildə büruzə verir
4 - vurğu normalarına əməl olunması ən zəruri nitq mədəniyyəti əlamətidir
5 - alman və rus ədəbi dilinin vurğu normalarına görə vurğu sərbəstdir
A) 1
B) 5
C) 4, 5
D) 2, 4
E) 2
30. Aşağıda verilmiş fikirlərdən birini semantik normanın prinsipinə aid etmək olmaz.
1 - sözlərin və qrammatik şəkilçilərin ardıcıl işlənməsi
2 - sözlərin əsas mənadan əlavə bir neçə mənalarda işlənməsi
3 - sözlərin yeni mənada işlədilməsi
4 - hər bir söz, məfhumu dəqiq şəkildə ifadə etməlidir
5 - sözlər yeni məna kəsb edərkən mənanın daralması, genişlənməsi və dəyişməsinin baş verməsi
A) 1
B) 2
C) 5
D) 2, 4
E) 1, 3
31. Aşağıdakı fikirlərdən hansı düzgün deyil?
1 - orfoqrafik norma xalq tərəfindən müəyyən edilir
2 - orfoqrafiyada üç prinsip əsas götürülür
3 - orfoqrafik qaydalar vahiddir
4 - orfoqrafik qaydalar mümkün qədər sabit olur
5 - orfoqrafik qaydalara riayət etmək hamı üçün məcburidir
A) 1
B) 2, 3
C) 5
D) 2, 4
E) 1, 2
32. Hansı bənddə sintaktik norma pozulmayıb?
1 - Maralın təzə ot qoxusu verən nəfəsi onun nəfəsinə qarışmışdı.
2 - Dən gəzirsən saçlarımın dənində.
3 - Yol azmışam bu payızın çənində.
4 - Elə bilirsən ki, donacaq zaman.
5 - Dörd bir yana dağılmış türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları. . .
A) 2
B) 1
C) 5
D) 2, 4
E) 1, 2
33. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir. Söhbət hansı normadan gedir?
1 - sintaktik
2 - leksik
3 - onomastik
4 - fonetik
5 - orfoepik
A) 1
B) 2
C) 5
D) 2, 4
E) 1, 2
34. Üslubi norma kimi göstərilənlərdən biri yanlışdır
1 - sünilik
2 - təbiilik
3 - təmizlik
4 - axıcılıq
5 - yığcamlıq
A) 1
B) 2
C) 5
D) 2, 4
E) 1, 2
35. Bu normanın əsasını obrazlılıq, zənginlik, ifadəlilik, sadəlik, aydınlıq, ahəngdarlıq və s. nitq əlamətləri təşkil edir. Söhbət ədəbi dilin hansı normasından gedir?
1 - üslubi
2 - sintaktik
3 - morfoloji
4 - fonetik
5 - onomastik
A) 1
B) 2
C) 5
D) 2, 4
E) 1, 2
36. Ədəbi dilin normalarını ardıcıl düzün.
1 - qrammatik
2 - leksik
3 - fonetik
A) 3, 2, 1
B) 2, 1, 3
C) 1, 2, 3
D) 2, 3, 1
E) 1, 3, 2
37. Orfoqrafiyanın prinsiplərini ardıcıl düzün
1 - tarixi - ənənəvi
2 - morfoloji
3 - fonetik
A) 2, 1, 3
B) 2, 3, 1
C) 1, 2, 3
D) 3, 2, 1
E) 1, 3, 2
38. Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözləri mənşəcə ardıcıl düzün.
1 - Ərəb - fars sözləri
2 - Rus - Avropa sözləri
3 - əsl Azərbaycan sözləri
4 - Qafqaz mənşəli sözlər
A) 2, 3, 4, 1
B) 3, 1, 2, 4
C) 1, 2, 3, 4
D) 2, 4, 3, 1
E) 4, 1, 3, 2
39. Orfoepik qaydalara aid olan prinsipləri ardıcıl düzün.