##num= 15// level= 1// sumtest=20 // name= // Təlim prosesinin optimallaşdırılması //
1. Pedaqoji psixologiya öyrətmənin ən yüksək səviyyəsini hansı psixoloji keyfiyyətlə əlaqələndirir?
A) Hafizənin inkişafı sayəsində idrak təcrübəsinin formalaşdırılması
B) Təfəkkürün proseslərinin inkişafı
C) Təlim fəaliyyətinin formalaşması
D) Məfhumların mənimsənilməsinə yönələn intellektual öyrətmə
E) Sensomotor öyrətmə
3. Pedaqoji psixologiya formalaşdırıcı təlim modelinin mahiyyətini necə izah edir?
A) Mənimsəmə mərhələlərinin ardıcıllığı əvvəlcədən müəyyənləşdirilir.
B) Elmi məfhumların mənimsənilməsinə böyük əhəmiyyət verilir.
C) Əqli işlərin formalaşdırılması məqsədilə əlaqədar bilik və bacarıqların mənimsənilməsi prosesinin məqsədəmüvafiq olaraq idarə olunması təmin edilir.
D) Əqli əməliyyatların formalaşdırılmasına xüsusi diqqət yetirilir.
E) Təlim prosesinin məqsədəmüvafiq olaraq idarə olunmasına nail olunur.
3. Məktəbdə aparılan pedaqoji prosesdə şagirdin özünü aktuallaşdırmasının mahiyyətinə dair hansı cavabı doğru sayırsınız ?
A) Şagirdin hərtərəfli inkişafının motivasiya sistemi formalaşır.
B) Şagird təlim prosesində əldə etdiyi istənilən nəticəni gələcək həyat mövqeyinin müəyyənləşməsi baxımından qiymətləndirir.
C) Şagird imkan və qabiliyyətlərinə realistcəsinə yanaşır.
D) Şagird davranış və fəaliyyəti idarə edir , onun məqsədyönlü tənzim olunmasına və səmərəliyinə nail olur.
E) Şagird aktual və real məqsədlərin həyata keçirilməsinə istiqamətləndirilir və onun potensial imkanları reallaşdırılır.
4. Şəxsiyyətə istiqamətlənən təlim modelində müəllimin şagirdlərlə münasibətində hansı psixoloji əlamət üstünlük təşkil edir ?
A) Müəllim – şagird münasibətləri qarşılıqlı inama əsaslanır və işgüzar xarakter daşıyır.
B) Müəllim şagirdlərə fərdi yanaşır.
C) Təlim prosesində təlim müvəffəqiyyətli baxımından zəif və qüvvətli şagirdlərin mənimsəmə imkanları nəzərə alınır.
D) Təlim prosesində çətinliklərlə qaşılaşan şagirdlərə fərdi yardım göstərilir.
E) Hər bir şagirdin şəxsi ləyaqət hissinə hörmətlə yanaşılır və əməkdaşlıq pedaqogikasının prinsiplərinə xüsusi əhəmiyyət verilir .
5. Təlimin şəxsiyyətə istiqamətlənən modelinin mahiyyətinə hansılar aiddir?
1 - Şagirdin hərtərəfli inkişafını təmin edən əqli, idraki imkanları formalaşdırılır
2 - Zəif və yaxşı mənimsəmə imkanlarına malik olan şagirdlər müəyyənləşdirilir
3 - Əqli keyfiyyətlərin inkişaf etdirilməsinə əhatəli diqqət yetirilir
4 - Mənimsəmə prosesində çətinlik çəkən və geri qalan şagirdlərə fərdi yardım göstərilir
5 - Şagirdlərin hərtərəfli inkişafına xidmət edən emosional - iradi, estetik imkanlarını formalaşdırır
A) 1, 4
B) 1, 5
C) 2, 3
D) 3, 5
E) 1, 3
6. Aktivləşdirici təlim modelinin mahiyyətinin izahına dair hansı cavab doğrudur?
1 - İdrak tələbatlarına və intellektual hisslərə əsaslanmaqla əqli fəaliyyətin aktivləşdirilməsi məqsədi qarşıya qoyulur
2 - Təlim üsullarının formalaşdırılması əsas məqsəd kimi qarşıda durur
3 - İntellektual hisslər formalaşdırılmaqla elmi təfəkkürün inkişaf etdirilməsi məqsədini qarşıya qoyulur
4 - Yaradıcı təfəkkürün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir
5 - İdrak tələbatlarının formalaşdırılmasına nail olunur
A) 1, 2
B) 1, 4
C) 3, 4
D) 1, 3
E) 1, 5
7. Təlim fəaliyyətinin əsas istiqamətlərini aşağıdakılardan hansılar səciyyələndirir?
1 - Təlim – fərdi aktivliyin özünəməxsus forması olmaq etibarilə biliklərin mənimsənilməsinə, vərdiş və bacarıqların formalaşdırılmasına və şagirdin özünün inkişafına yönələn bir prosesidir.
2 - Təlim – şagirdin bilik, bacarıq və vərdişlərin formalaşdırılmasına və özünüinkişafa yönələn bir prosesdir.
3 - Təlim – biliklər sisteminin seçilərək şagirdlərə aşılanmasının əsas forması kimi həyata keçirilir.
4 - Təlim – konkret şəraitdə çoxşaxəli məqsədlərin həyata keçirilməsini təmin edən psixopedaqoji amildir.
5 - Təlim – biliklər sisteminin mənimsənilməsi üsullarının formalaşdırılmasının əsas şərtidir .
A) 1, 4
B) 1, 3
C) 1, 2
D) 2, 3
E) 2, 5
8. Bunlardan hansılar təlimin mahiyyətinə aiddir?
1 - Bilik, bacarıq və vərdişlərə yiyələnməyə yönələn idrak fəaliyyətidir.
2 - Sosial təcrübənin öyrənilməsidir.
3 - Biliklərin mənimsənilməsi və obyektiv aləmin obyektlərinin, hadisələrinin mahiyyətinin dərk edilməsi prosesidir.
4 - Yaşlı nəslin təcrübəsinə yiyələnmə prosesidir.
5 - Məqsədyönlü psixi fəaliyyət formasıdır.
A) 1, 4
B) 1, 3
C) 3, 4
D) 4, 5
E) 2, 4
9. Tədrisin xüsusiyyətlərinə hansıları aid etmək olar?
1 - Tədris materialını və onun məzmununu, düzülüşünü
2 - Mənimsəniləcək bilik və bacarıqların müəyyənləşdirilməsini
3 - Sinif kollektivinin təşkilini
4 - Müxtəlif təlim üsullarının işlənilərək tətbiq edilməsini
5 - Təlimin səmərəli üsullarını, müəllimin hazırlığı və şəxsi keyfiyyətlərini
A) 1, 2
B) 1, 5
C) 4, 5
D) 2, 3
E) 3, 4
10. Sensomotor öyrətmənin mahiyyətinə dair aşağıdakı cavabların hansını doğru saymaq olar?
1 - Uşaq cisimlərin rəngini, formasını, səsini və digər əlamətlərini qavrayaraq qiymətləndirir.
2 - Uşaq ətraf şəraitə bələdləşməyi bacarır.
3 - Uşaq əşyaların yerini, fəzada vəziyyətini qavrayaraq qiymətləndirir.
4 - Uşaq müxtəlif predmetlərin funksiyaları ilə yaxından tanış olmağa meyl edir.
5 - Uşaq tədricən əşyavi işləri mənimsəməyə çalışır.
A) 1, 4
B) 1, 3
C) 3, 5
D) 2, 4
E) 2, 3
11. Təlimin aktivləşdirici modelinin mahiyyətinə dair aşağıdakı cavabların hansı doğrudur?
1 -İdrak tələbatlarına və intellektual hisslərə əsaslanmaqla əqli fəaliyyətin aktivləşdirilməsi məqsədini qarşıya qoyulur.
2 - Yaradıcı təfəkkürün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
3 - İdrak tələbatlarının ödənilməsi, yaradıcı, elmi təfəkkürün inkişaf etdirilməsi məqsədini qarşıya qoyur.
4 - Təlim üsullarının formalaşdırılması əsas məqsəd kimi qarşıda durur.
5 - İntellektual hisslər formalaşdırılır.
A) 1, 2
B) 1, 3
C) 1, 4
D) 3, 5
E) 4, 5
12. Şagirdlərin əqli fəaliyyətində mühüm əhəmiyyət kəsb edən fikri əməliyyatlara hansıları daxil etmək olar?
1 - Analiz, sintez, ümümiləşdirmə, konkretləşdirmə, müqayisə
2 - Nəql etmə, izah etmə, müsahibə
3 - Konkretləşdirmə, sistemləşdirmə, təsnifetmə
4 - Şərhetmə, mübahisə, əlaqələndirmə
5 - Nümayiş etdirmə, təcrübə qoyma, təcrübi iş
A) 1, 3
B) 2, 3
C) 1, 4
D) 3, 4
E) 4, 5
13. M. Həmzəyev öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillərin hansı ardıcıllığını vermişdir?
1 - təlim materiallarının çətinlik dərəcəsi
2 - təlim materiallarının həcmi
3 - təlim materiallarının emosionallığı
4 - təlim materiallarının əhəmiyyətliliyi
5 - təlim materiallarının məzmunu
6 - təlim materiallarının strukturu
7 - təlimin forması
8 - təlim materiallarının alışqanlığı
A) 2, 3, 4, 6, 1, 7, 8, 5
B) 1, 5, 7, 8, 3, 2, 6, 4
C) 5, 7, 1, 4, 8, 6, 2, 3
D) 6, 2, 1, 3, 4, 5, 8, 7
E) 1, 2, 3, 4, 5, 6, 7, 8
14. Təlimin psixoloji srtukturuna daxil olan kompanentlərin ardıcıllığını müəyyən edin
1 - tədris işləri
2 - təlim məqsədləri
3 - idrak tələbatları
4 - təlim vəzifələri
5 - təlim motivləri
A) 5, 2, 3, 4, 1
B) 2, 4, 3, 5, 1
C) 4, 3, 2, 1, 5
D) 3, 5, 2, 4, 1
E) 1, 2, 3, 4, 5
15. Xarakterinə və fəaliyyət prosesində oynadığı rola görə motivlərin pedaqoji psixologiyasında ardıcıllığını müəyyən edin
1 - şəxsin özünə doğru yönələn motivlər
2 - eqoistik əhəmiyyətli motivlər
3 - situativ motivlər
4 - fəaliyyətin nəticəsinə yönələn motivlər
5 - geniş motivlər
6 - ictimai əhəmiyyətli motivlər
A) 2, 1, 6, 5, 3, 4
B) 5, 3, 1, 4, 6, 2
C) 4, 3, 2, 1, 6, 5
D) 3, 5, 4, 1, 2, 6
E) 1, 2, 3, 4, 5, 6
16. Psixoloji məqsəddən asılı olaraq təlimin təsnifatının ardıcıllığını müəyyən edin
1 - fikri əməliyyatları formalaşdıran təlim
2 - təsəvvürləri formalaşdıran təlim
3 - bacarıqlar formalaşdıran təlim
4 - vərdişləri formalaşdıran təlim
5 - ideyaları formalaşdıran təlim
6 - məfhumları formalaşdıran təlim
A) 3, 2, 4, 5, 1, 6
B) 6, 4, 3, 2, 1, 5
C) 5, 3, 2, 1, 6, 5
D) 2, 6, 5, 4, 3, 1
E) 1, 2, 3, 4, 5, 6
17. A. Maslouya görə şəxsiyyət tələbatlarının iyerarxik səviyyəsinin ardıcıllığını müəyyən edin
1 - özünü aktuallaşdırma tələbatları
2 - yaradıcılıq tələbatları
3 - fizioji tələbatları
4 - təhlükəsizlik tələbatları
A) 2, 4, 3, 1
B) 4, 3, 1, 2
C) 3, 4, 2, 1
D) 1, 3, 2, 4
E) 1, 2, 3, 4
18. Pedaqogika tarixində ”Didaktika” anlayışının tarixən izahının ardıcıllığının göstər.
1 - K. D. Uşinski, P. F. Kapterev, O. Vilyam, M. Demkov
2 - A. A. Danilov, Y. K. Babanski, M. M. Mehdizadə
3 - V. Ratke, Y. A. Komenski.
4 - A. Nimeyer, F. Şleymaxer, İ. Herbart
5 - M. Maxmutov, M. N. Askatkin, Y. K. Babanski
A) 5, 2, 1, 3, 4
B) 1, 2, 3, 4. 5
C) 2, 4, 3, 1, 5
D) 3, 4, 1, 2, 5
E) 4, 3, 2, 5, 1
19. Psixi proseslərin ardıcıllığını müəyyən edin
1 - təfəkkür
2 - təxəyyül
3 - duyğu
4 - qavrayış
5 - diqqət
6 - hafizə
A) 5, 2, 1, 4, 3, 6
B) 4, 5, 2, 1, 3, 6
C) 3, 4, 5, 6, 1, 2
D) 2, 6, 1, 5, 4, 3
E) 1, 2, 3, 4, 5, 6
20. Təlimin mahiyyəti və qanunauyğunluqlarına aid olan uyğunluqları tapın.
I - Təlimin müvəffəqiyyətini təmin edən amillər
II - Təlimin psixoloji strukturunun komponentləri
III - Təlimin motivləri
1 - Nəyi öyrədirlər, kim və necə öyrədir
2 - İdrak tələbatları, təlim motivləri
3 - Geniş sosial motivlər
4 - Təlim vəzifələri, tədris işləri
5 - Təlim fəaliyyətində xarakterik və xüsusi motivlər
6 - Geniş sosial və idrak motivləri
7 - Maddi motivlər
8 - Təlim məqsədləri
9 - Kimi öyrədirlər
10 - İdealların formalaşdırılması problemləri
A) I - 1, 9; II - 2, 8; III - 3, 6
B) I - 1, 7; II - 8, 9; III - 3, 9
C) I - 9, 10; II - 4, 9; III - 6, 7
D) I - 5, 6; II - 4, 5; III - 7, 9
E) I - 1, 10; II - 2, 9; III - 3, 8
Dostları ilə paylaş: |