##book id=201//book name= Ümumi, yaş və pedaqoji psixologiya


##num=7//level=1// sumtest=18 //name= diqqət//



Yüklə 0,93 Mb.
səhifə7/24
tarix27.02.2020
ölçüsü0,93 Mb.
#102188
1   2   3   4   5   6   7   8   9   10   ...   24

##num=7//level=1// sumtest=18 //name= diqqət//


1. Eyni vaxtda iki müxtəlif və daha artıq işin yerinə yetirilməsini təmin edən psixi proses necə adlanır?

A) Təfəkkür

B) Hafizə

C) Diqqət

D) Qavrayış

E) Duyğular

2. Diqqətin hansı xüsusiyyəti insanın eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirməsini təmin edir?

A) Diqqətin paylanması

B) Diqqətin konsentrasiyası

C) Diqqətin həcmi

D) Diqqətin keçirilməsi

E) Diqqətin mərkəzləşməsi

3. Diqqəti digər idrak proseslərindən fərqləndirən cəhətlər hansılardır?

A) Diqqət iradi xarakter kəsb edir.

B) Diqqət xüsusi məzmuna malikdir

C) Diqqət xüsusi məzmuna malik olmasa da, digər idrak proseslərinin dinamik cəhətlərini təşkil edir

D) Diqqət emosional xarakter kəsb edir.

E) Diqqət psixi xassədir.

4. Diqqətin növlərini təsnif et:

A) İxtiyari, qeyri - ixtiyari , seçici

B) İxtiyari, ixtiyaridən sonrakı diqqət, emosional diqqət

C) Qeyri - ixtiyari, xarici, daxili

D) İxtiyari, qeyri - ixtiyari, ixtiyaridən sonrakı diqqət

E) Seçici, ixtiyari, emosional

5. Dominantlıq prinsipini kim irəli sürüb?

A) Pavlov

B) Seçenov

C) Lange

D) Bexterev

E) Uxtomski

6. Diqqətin tərəddüdü müddəti nə qədərdir?

A) 5 - 6 saniyədən 16 saniyəyədək

B) 2 - 3 saniyədən 12 saniyəyədək

C) 4 - 5 saniyədən 14 saniyəyədək

D) 7 - 8 saniyədən 12 saniyəyədək

E) 6 - 7 saniyədən 12 saniyəyədək

7. “İxtiyaridən sonrakı diqqət” terminini kim işlətmişdir?

A) Qebels

B) Vıqotski

C) Dobrınin

D) Pavlov

E) Seçenov

8. Diqqətin funksiyalarını təsnif et:

1 - seçmə;

2 - ləngitmə,

3 - saxlama;

4 - təhriketmə;

5 - nəzarət;

6 - koqnitiv;

7 - semantik

A) 4, 5, 6

B) 1, 2, 4

C) 2, 4, 6

D) 3, 4, 7

E) 1, 3, 5

9. Diqqətin növlərini təsnif et:

1 - qeyri – ixtiyari;

2 - idrakı diqqət;

3 - ixtiyari diqqət;

4 - xarici diqqət;

5 - ixtiyari diqqətdən sonrakı diqqət;

6 - mərkəzləşmiş diqqət ;

7 - daxili diqqət

A) 3, 6, 7

B) 4, 5, 7

C) 2, 3, 6

D) 1, 3, 5

E) 2, 4, 6

10. Bu tərəflərdən hansını diqqətə aiddir:

1 - diqqət emosional xarakter kəsb edir;

2 - diqqət şüurun müəyyən obyekt üzərinə yönəlməsidir;

3 - diqqət yeni obrazların yaradılmasıdır;

4 - diqqət fəaliyyətin müvəffəqiyyətli icrasıdır;

5 - diqqət bütün idrak proseslərinin dinamik cəhətini təşkil edir;

6 - diqqət varlığın vasitəli inikasıdır;

7 - hisslərin təzahür formasıdır;

8 - maneələrin aradan götürülməsidir.

A) 1, 3, 8

B) 1, 3, 6

C) 1, 3, 7

D) 3, 6, 8

E) 2, 4, 5

11. Bu anlayışlardan hansı diqqətin funksiyasıdir?

1 - Seçmə;

2 - təhriketmə;

3 - ləngitmə;

4 - saxlama;

5 - istiqamətləndirmə;

6 - nəzarətetmə;

7 - koqnitiv;

8 - kommunikativ.

A) 3, 5, 8

B) 2, 3, 7

C) 3, 5, 7

D) 2, 3, 5

E) 1, 4, 6

12. Diqqətin mənfi cəhətini nə təşkil edir:

1 - dalğınlıqı;

2 - yayınması;

3 - paylanmsı;

4 - mərkəzləşmə;

5 - həcmi;

6 - davamlılığı

A) 3, 4

B) 1, 2

C) 4, 5

D) 4, 6

E) 3, 6

13. Diqqətin fizioloji mexanizmlərinə aid olanları seçin:

1 - bələdləşmə refleksi;

2 - əksilik assosiasiyası;

3 - optimal oyanma ocağı ;

4 - oxşarlıq assosiasiyası;

5 - dominantlıq prinsipi;

6 - qonşuluq assosiasiyası

A) 4; 5; 6

B) 2; 4; 6

C) 1; 2; 6

D) 2; 3; 5

E) 1; 3; 5

14. Aşağıdakı anlayışlardan hansı diqqətin xüsusiyyətlərinə aid deyil?

1 - emosionallıq;

2 - həcm;

3 - ümumiləşdirmə;

4 - paylanma;

5 - kommunikativlik;

6 - davamlıliq ;

7 - mərkəzləşmə;

8 - keçirilməsi.

A) 2, 4, 6

B) 1, 3, 5

C) 2, 6, 7

D) 4, 6, 8

E) 6, 7, 8

15. Uyğun olanları göstər:

1 - Diqqətin xüsusiyyətlərindən biridir.

2 - Diqqətin funksiyalarından biridir.

3 - Diqqətin növlərindən biridir.

a - diqqətin paylanması;

b - nəzarət;

c - ləngitmə;

d - diqqətin sabitliyi;

e - ixtiyari diqqət;

ə - idraki diqqət.

A) 1 - e; 2 - b; 3 - d

B) 1 - d; 2 - c; 3 - ə

C) 1 - a; 2 - b; 3 - e

D) 1 - b; 2 - a; 3 - b

E) 1 - c; 2 - ə; 3 - a

16. Diqqətin xüsusiyyətlərinə uyğun olanları seçin:

1 - Eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir.

2 - Eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında ifadə olunur.

3 - Eyni zamanda 2 və ya daha çox fəaliyyət növünü (və ya müxtəlif işləri) həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur.

4 - Şüurlu surətdə diqqəti bir obyektdən digər obyektə, bir fəaliyyət növundən digərinə keçirməkdə təzahür edir.

5 - Bu zamanı şüurumiz yalnız bir obyekt və ya fəaliyyətə yönəlir.

a - diqqətin həçmi;

b - diqqətin davamlılığı;

c - diqqətin paylanması;

d - diqqətin keçirilməs;

e - diqqətin mərkəzləşməsi

A) 1 - e; 2 - a; 3 - b; 4 - c; 5 - d

B) 1 - c; 2 - d; 3 - e; 4 - a; 5 - b

C) 1 - d; 2 - e; 3 - a; 4 - b; 5 - c

D) 1 - a; 2 - b; 3 - c; 4 - d; 5 - e

E) 1 - b; 2 - c; 3 - d; 4 - e; 5 - a

17. Diqqətin pozulması hallarına uyğun gələnləri seçin:

1 - müəyyən fəaliyyət zamanı diqqətmizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir.

2 - insanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur.

3 - hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri - ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir.

a - diqqətin tərəddüdü; b - dalğınlıq; c - diqqətin yayınması

A) 1 - b; 2 - c; 3 - a

B) 1 - c; 2 - a; 3 - b

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - a; 2 - b; 3 - c

E) 1 - a; 2 - c; 3 - b

18. Diqqətin fizioloji mexanizmlərinə uyğun gələnləri seçin:

1 - Adətən, qarşılaşdığımız hər bir yeni cisim və ya hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir. Ona görə də diqqətimizi özünə cəlb edir.

2 - Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərinin induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahəsində ləngimə yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur.

3 - Dominant oyanma sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə fərqlənir. Belə dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngdir, həm də onların hesabına güclənir.

a - bələdləşmə refleksi; b - optimal oyanma ocağı ; c - dominantlıq prinsipi

A) 1 - a; 2 - b; 3 - c

B) 1 - c; 2 - a; 3 - b

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - b; 2 - c; 3 - a

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin