##book id=354//book name= Fərdi inkişafın biologiyası // ##fk=104//ks=03//fn=354// sumalltest= 307


##num= 12// level= 1// sumtest=28 // name= Hüceyrələrarası qarşılıqlı təsirlər xxx //



Yüklə 0,57 Mb.
səhifə12/15
tarix17.11.2018
ölçüsü0,57 Mb.
#83835
1   ...   7   8   9   10   11   12   13   14   15

##num= 12// level= 1// sumtest=28 // name= Hüceyrələrarası qarşılıqlı təsirlər xxx //


1. Adqeziya nəyi ifadə edir?

A) adqeziya hüceyrələrin bir - birinə və hüceyrəxarici matriksin komponentlərinə seçici yapışmasıdır

B) adqeziya müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerinin yaranmasıdır

C) adqeziya ixtisaslaşmış hüceyrə kontaktı olub, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir

D) adqeziya hüceyrələr arasındakı ion vəmetabolik qoşulmasını təmin edir

E) adqeziya spesifik və qeyri - spesifik faktorların təsiri altında hüceyrəvi baryerin əmələ gəlməsidir

2. Sinapslar hansı növ hüceyrələrarası əlaqələrə aiddir və mahiyyəti nədən ibarətdir?

A) ixtisaslaşmış hüceyrəarası kontakt olub, kommunikasion növə aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – neyromediatordur

B) ixtisaslaşmış hüceyrəarası kontakt olub, kommunikasion növə aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – inteqrinlərdir

C) ixtisaslaşmış hüceyrəarası kontakt olub, qapayıcı kontaktlara aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – inteqrinlərdir

D) ixtisaslaşmış hüceyrəarası kontakt olub, qapayıcı kontaktlara aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – neyromediatorlardır

E) ixtisaslaşmış hüceyrəarası kontakt olub, hüceyrəarası adqeziya əlaqələrinə aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – neyromediatorlardır.

3. Hüceyrəarası adqeziya əlaqələri haqda aşağıda deyilənlərdən hansı doğrudur?

A) hüceyrələri mexaniki olaraq əlaqələndirir, desmosomlar , yarımdesmasomlar və aralıq kontaktlar kimi formaları mövcuddur

B) hüceyrələri mexaniki olaraq əlaqələndirir, desmosomlar və yarımdesmasomlar kimi formaları mövcuddur

C) müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır , desmosomlar , yarımdesmasomlar və aralıq kontaktlar kimi formaları mövcuddur

D) müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır , desmosomlar və yarımdesmasomlar kimi formaları mövcuddur

E) müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır , aralıq və qapayıcı kontakt adlanan formaları mövcuddur.

4. İstənilən hormonun təsirinin mexanizminin ilkin həlqəsi nədən ibarətdir?

A) xüsusi fəza qurluşlu hormon –zülal molekulu

B) xüsusi fəza qurluşlu reseptor –zülal molekulu

C) xüsusi fəza qurluşlu hormon - lipid molekulu

D) xüsusi fəza qurluşlu hormon –ADF kompleksi

E) xüsusi fəza qurluşlu hormon - nukleotid kompleksi

5. Funksiyaların tənziminin hansı formalaı ayırd edilir?

A) orqanizmdə funksiyaıarın tənzimi kontakt və ya distant tənzimləyici siqnalın köməyi ilə həyata keçir

B) orqanizmdə funksiyaıarın tənzimi sinir sistemi və distant tənzimləyici siqnalın köməyi ilə həyata keçir

C) orqanizmdə funksiyaıarın tənzimi sinir və humoral siqnalın köməyi ilə həyata keçir

D) orqanizmdə funksiyaıarın tənzimi neyromediatorların və humoral siqnalların köməyi ilə həyata keçir

E) orqanizmdə funksiyaıarın tənzimi spesifik və q - spesifik tənzimləyici siqnalların köməyi ilə həyata keçir.

6. Nöqtəvi adqeziya kontaktı nədən ibarətir?

A) hüceyrələrin xarici matriksin adqeziya molekullarına yapışmasını təmin edir, hüceyrəxarici və hüceyrədaxili strukturları birləşdirən transmembran reseptorların –inteqrinlərin iştirakı ilə gedir.

B) hüceyrənin aralıq fiamentlərini plazmatik membranla birləşdirir, transmembran reseptorların –inteqrinlərin iştirakı ilə gedir.

C) plazmatik membranı hüceyrə xarici membranlararası material - (desmoqley) ilə birləşdirir, transmembran reseptorların –inteqrinlərin iştirakı ilə gedir.

D) hüceyrənin aralıq fiamentlərini plazmatik membranla birləşdirir, transmembran reseptorların –fosfoproteinlərin iştirakı ilə gedir

E) plazmatik membranı hüceyrə xarici membranlararası material - (desmoqley) ilə birləşdirir, transmembran reseptorların –fosfoproteinlərin iştirakı ilə gedir

7. Reseptor - zülal molekulu haqda deyilənlərdən hansı doğrudur?

1 - peptid tipli hormonların reseptorları mitoxondrilərdə yerləşir

2 - steroid hormonların reseptorları sitoplazmada yerləşir

3 - peptid tipli hormonların reseptorları sitoplazmada yerləşir

4 - steroid hormonların reseptorları səthdə yerləşir

5 - peptid tipli hormonların reseptorları səthdə yerləşir

6 - steroid hormonların reseptorları mitoxondrilərdə yerləşir

A) 1, 4

B) 2, 5

C) 3, 4

D) 5, 6

E) 3, 6

8. Toxuma strukturlarının formalaşması və fəaliyyəti nəyin əsasında baş verir?

A) siqnalların bir hüceyrədən digər hüceyrəyə ötürülməsi əsasında

B) kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerinin yaranması əsasında

C) hüceyrələrin bir - birini qarşılıqlı tanıması və qarşılıqlı adqeziya əsasında

D) hüceyrələr arasındakı ion və metabolik qoşulma əsasında

E) spesifik və qeyri - spesifik faktorların təsiri altında hüceyrəvi baryerin əmələ gəlməsi əsasında.

9. Desmosomlar haqda aşağıda deyilənlərdən hansı doğrudur?

A) qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir.

B) hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, bir tərəfdən hüceyrənin aralıq filamentləri ilə plazmatik membran arasında, digər tərəfdən isə plazmatik membran ilə hüceyrə xarici membranlararası materialı - (desmoqleyi) əlaqələndirir

C) hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, hüceyrənin aralıq filamentləri ilə plazmatik membran arasında əlaqə yaradır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir

D) hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, hüceyrənin plazmatik membranı ilə hüceyrə xarici membranlararası materialı - (desmoqleyi) əlaqələndirir, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir

E) qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - inteqrinlər iştirak edir.

10. Aralıq kontakt ixtisaslaşmış hüceyrələrarası münasibətlərin hansı növünə aiddir və mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?

A) qapayıcı kontaktlara aiddir, qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - inteqrinlər iştirak edir

B) hücyrələrarası kommunikasion kontaktlara aiddir, qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir

C) hücyrələrarası adqeziya əlaqələrinə aiddir, qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir.

D) hücyrələrarası adqeziya əlaqələrinə aiddir, hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, hüceyrənin aralıq filamentləri ilə plazmatik membran arasında əlaqə yaradır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir

E) hücyrələrarası kommunikasion kontaktlara aiddir, hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, hüceyrənin plazmatik membranı ilə hüceyrə xarici membranlararası materialı - (desmoqleyi) əlaqələndirir, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir.

11. Sinir tənzimi tənzimin hansı formasına aiddir və necə həyata keçir ?

A) kontakt tənzimə aiddir, tənzimləyici və tənzim olunan hüceyrələr sinapslarla əlaqələnir, siqnalın ötürülməsini presinaptik hüceyrədən ayrılan neyromediatorlar, siqnalın reqistrasiyasını isə postsinaptik membranda yerləşən molekulyar reseptorlar həyata keçirir

B) distant tənzimə aiddir, tənzimləyici və tənzim olunan hüceyrələr sinapslarla əlaqələnir, siqnalın ötürülməsini presinaptik hüceyrədən ayrılan neyromediatorlar, siqnalın reqistrasiyasını isə postsinaptik membranda yerləşən molekulyar reseptorlar həyata keçirir

C) kontakt tənzimə aiddir, tənzimləyici və tənzim olunan hüceyrələr sinapslarla əlaqələnir, siqnalın ötürülməsini postsiinaptik hüceyrədən ayrılan neyromediatorlar, siqnalın reqistrasiyasını isə presinaptik membranda yerləşən molekulyar reseptorlar həyata keçirir

D) distant tənzimə aiddir, tənzimləyici və tənzim olunan hüceyrələr sinapslarla əlaqələnir, siqnalın ötürülməsini postsinaptik hüceyrədən ayrılan neyromediatorlar, siqnalın reqistrasiyasını isə presinaptik membranda yerləşən molekulyar reseptorlar həyata keçirir

E) kontakt tənzimə aiddir, tənzimləyici və tənzim olunan hüceyrələr sinapslarla əlaqələnir, siqnalın ötürülməsini postsiinaptik hüceyrədən ayrılan inteqrinlər, siqnalın reqistrasiyasını isə presinaptik membranda yerləşən molekulyar reseptorlar həyata keçirir

12. Hidrofil molekullar hansı xüsusiyyətlərə malikdir?

A) hidrofil molekullar plazmolemmadan nüfuz edərək hüceyrənin daxilinə keçir, steroidlərlə komplaeks əmələ gətirir

B) hidrofil molekullar plazmolemmadan nüfuz edərək hüceyrənin daxilindəki reseptorlarla - nüvə reseptorları ilə birləşir

C) hidrofil molekullar plazmatik membrandan nüfuz edə bilmirlər və plazmolemmanın reseptorları - membran reseptorları ilə birləşirlər

D) hidrofil molekullar plazmatik membrandan nüfuz edə bilmirlər və membranın səthində yerləşən zülallarla birləşirlər

E) hidrofil molekullar plazmolemmadan nüfuz edərək hüceyrənin daxilinə keçir, zülallarla komplaeks əmələ gətirirlər.

13. Yagda həll olan molekullar hansı xüsusiyyətlərə malikdir?

A) yağda həll olan molekullar plazmolemmadan nüfuz edərək hüceyrənin daxilindəki reseptorlarla - nüvə reseptorları ilə birləşirlər

B) yağda həll olan molekullar plazmatik membrandan nüfuz edə bilmirlər və plazmolemmanın reseptorları - membran reseptorları ilə birləşirllər

C) yağda həll olan molekullar plazmolemmadan nüfuz edərək hüceyrənin daxilinə keçir, steroidlərlə kompleks əmələ gətirir

D) yağda həll olan molekullar plazmatik membrandan nüfuz edə bilmirlər və membranın səthində yerləşən zülallarla birləşirlər

E) yağda həll olan molekullar plazmolemmadan nüfuz edərək hüceyrənin daxilinə keçir, zülallarla komplaeks əmələ gətirirlər

14. Hidrofil molekullara hansıları göstərmək olar?

1 - neyromediatorlar

2 - liqandlar

3 - peptid hormonlar

4 - steroid hormonlar

5 - sitokinlər

A) 2, 3, 4

B) 2, 4

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 2

15. Qapayıcı kontakt hüceyrələrarası əlaqələrin hansı növünə aiddir və mahiyyəti aşağıdakı variantlardan hansında dqzgün ifadə edilmişdir?

A) ixtisaslaşmış hüceyrələrarası əlaqələrə aiddir, müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır

B) nöqtəli adqeziyaya aiddir, müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır

C) kommunikasion əlaqələrə aiddir, müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır

D) ixtisaslaşmış hüceyrələrarası əlaqələrə aiddir, qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəciklə əlaqə yaradır

E) ixtisaslaşmış hüceyrələrarası əlaqələrə aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – inteqrinlərdir.

16. Hədəf hüceyrələrdəki reseptorlar hansı xüsusiyyərlərinə görə təsnif olunur və hansı növləri vardır?

A) reseptorları liqandlarına uyğun olaraq təsnif edirlər, peptid və steroid reseptorları ayırd edilir

B) resptorlar hədəf hüceyrələrdə yerləşməsinə görə təsnif olunurlar, sitozol və və nüvə reseptorları ayırd edilir

C) resptorlar hədəf hüceyrələrdə yerləşməsinə görə təsnif olunurlar, membran və hüceyrədaxili reseptorlar ayırd edilir

D) reseptorları liqandlarına uyğun olaraq təsnif edirlər, polyar və apoilyar reseptorlar

ayırd edilir



E) reseptorları kimyəvi tərkibinə görə təsnif edirlər, qlikoprotein və lipoprotein formaları ayırd edilir.

17. Hüceyrəarası təsirlərin hansı formaları ayırd edilir?

1 - formaəmələgətirici

2 - distant

3 - kontakt

4 - informasion

A) 1, 3

B) 1, 2

C) 1, 4

D) 2, 3

E) 2, 4

18. Yarıq kontaktı hüceyrəarası kontaktların hansı növünə aiddir və mahiyyəti aşağıdakı variantlardan hansında dqzgün ifadə edilmişdir?

A) kommunikasion əlaqələrə aiddir, hüceyrələrin ion və metobolik təminatını yerinə yetirir, silindrik konfiqurasiyalı transmembran zülal konnekson iştirakı edir, Iki qonşu hüceyrənin konneksionu membranlararası fəzada birləşərək kanal əmələ gətirir

B) nöqtəli adqeziyaya aiddir, hüceyrələrin ion və metobolik təminatını yerinə yetirir, silindrik konfiqurasiyalı transmembran zülal konnekson iştirakı edir, Iki qonşu hüceyrənin konneksionu membranlararası fəzada birləşərək kanal əmələ gətirir

C) ixtisaslaşmış hüceyrələrarası əlaqələrə aiddir, siqnalların bir hüceyrədən digər hüceyrəyə birtərəfli ötürülməsini təmin edir, siqnal molekulu – inteqrinlərdir

D) ixtisaslaşmış hüceyrələrarası əlaqələrə aiddir, qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəciklə əlaqə yaradır

E) kommunikasion əlaqələrə aiddir, qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəciklə əlaqə yaradır

19. Relizinq hormonlar haqda düzgün məlumat hansı variantda verilmişdir?

1 - hormonların aktivliyini tənzim edən hormonlardır

2 - hormonlar ilə hədəf hüceyrələr arasında vasitəçi rol oynayan faktorlardır

3 - hormonların onları ifraz edən hüceyrələrdən azad olması faktorlarıdır

4 - hipofizdə

5 - hipotalamusda ifraz olunur

6 - böyrəküstü vəzin beyin maddəsində

A) 1, 4

B) 3, 5

C) 3, 6

D) 2, 4

E) 1, 6

20. İxtisaslaşmış hüceyrəarası kontaktların hansı formaları mövcuddur?

1 - desmosomlar

2 - qapayıcı kontaktlar

3 - sinapslar

4 - adqeziya

5 - aralıq kontaktlar

6 - kommunikasiya

A) 2, 3, 6

B) 1, 3, 5

C) 1, 3, 6

D) 2, 3, 5

E) 2, 4, 6

21. Funksiyaların kontakt tənziminin mahiyyəti aşağıdakı variantlardan hansında düzgün verilmişdir?

A) tənzimləyici və tənzim olunan hüceyrələr arasında əlaqə hədəf hüceyrələr tərəfindən həyata keçirilir

B) tənzimləyici və tənzim olunan hüceyrələr arasında əlaqə xüsusi aktiv maddə ilə həyata keçir

C) tənzimləyici və tənzim olunan hüceyrələr bir - biri ilə təmasda olur

D) tənzimləyici və tənzim olunan hüceyrələr arasında əlaqə reseptor zülallar tərəfindən həyata keçirilir

E) tənzimləyici və tənzim olunan hüceyrələr arasında əlaqə parakrin yolla həyara keçir.

22. Siqnal molekullar - liqandların fiziki - kimyəvi təbiətinə görə hansı formaları olur?

1 - polyar

2 - apolyar

3 - hidrofil

4 - hidrofob

5 - yağda həllolan

A) 1, 5

B) 3, 4

C) 1, 2

D) 2, 5

E) 4, 5

23. Lokal hormonlara hansılar aiddir?

1 - asetilxolin, serotonin, katexolaminlər

2 - serotonin

3 - qlükoqon

4 - katexolaminlər

5 - samotostatin

A) 2, 3, 4

B) 1, 3, 4

C) 1, 2, 4

D) 1, 3, 5

E) 2, 4, 5

24. Aşağıdakı variantlardan hansı doğrudur?

1 - yarıq kontaktı

2 - qapayıcı kontakt

3 - aralıq kontakt

a - kommunikasion əlaqələrə aiddir

b - ixtisaslaşmış hüceyrələrarası əlaqələrə aiddir

c - hücyrələrarası adqeziya əlaqələrinə aiddir

A) 1 - a; 2 - c; 3 - b

B) 1 - b; 2 - c; 3 - a

C) 1 - c; 2 - b; 3 - a

D) 1 - c; 2 - a; 3 - b

E) 1 - b; 2 - a; 3 - c

25. Lokal hormonlar haqda aşağıda deyilənlərdən hansı doğrudur ?

1 - iri molekullu fizioloji aktiv maddələrdir

2 - kiçik molekullu fizioloji aktiv maddələrdir

3 - qan cərəyanına qoşularaq bütün orqanizmə yayılırlar

4 - yalnız öz ətrafındakı toxuma mikrozonasına təsir göstərir

5 - endokrin vəzlər tərəfindən hasil olur

6 - toxuma mikrozonasında yerləşən tək - tək hüceyrələrtərəfindən hasil olur

A) 1, 4, 6

B) 1, 3, 5

C) 2, 4, 6

D) 2, 3, 5

E) 1, 3, 6

26. Aşağıdakı variantlardan hansı doğrudur?

1 - yarıq kontaktı

2 - qapayıcı kontakt

3 - aralıq kontakt

a - konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir

b - müxtəlif hüceyrə plastlarında kimyəvi tərkibinə görə müxtəlif olan mühitləri ayıran keçiricilik baryerini yaradır

c - ki qonşu hüceyrənin membranlararası fəzasinda kanal əmələ gətirir

A) 1 - c; 2 - a; 3 - b

B) 1 - b; 2 - c; 3 - a

C) 1 - a; 2 - c; 3 - b

D) 1 - c; 2 - b; 3 - a

E) 1 - b; 2 - a; 3 - c

27. Yağda həll olan molekullara hansıları göstərmək olar?

1 - steroid hormonlar

2 - peptid hormonlar

3 - neyromediatorlar

4 - sitokinlər

5 - liqandlar

A) 3

B) 4, 5

C) 1

D) 4

E) 1, 4

28. Humoral tənzimin formaları haqda hansı variantda düzgün ifadə verilmişdir?

1 - parakrin tənzim

2 - autokrin tənzim

3 - endokrin tənzim

a - hormonun effekti bilavasitə bu hormonu ifraz edən hüceyrəyə yönəlmişdir

b - ifraz olunan hormon diffuziya yolu ilə qonşu hədəf hüceyrələrə keçir

c - hormonlar orqanizmin maye mühitlərinə keçir, buradan hədəf hüceyrələrə çatır, onlarda olan spesifik molekulyar reseptorlarla birləşir və onların fəaliyyət rejimini dəyişir

A) 1 - b 2 - c 3 - a

B) 1 - a 2 - b 3 - c

C) 1 - b 2 - a 3 - c

D) 1 - a 2 - c 3 - b

E) 1 - c 2 - b 3 - a

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin