2. Yumurta hüceyrənin aktivləşmə reaksiyasının ilk mərhələsi hansı dəyişikliklərlə müşayət olunur ?
A) spermatozoidin daxil olduğu yerdən kortikal qranulların ekzositozu başlayır və dalğa şəklində yumurta hüceyrənin bütün səthinə yayılır
B) yumurta hecyrənin sitoplazmasında Ca2 + ionlarının miqdarı artır və bu proses avtokatalitik proses olub, qametlərin toqquşduğu nöqtədən dalğa şəklində yayılır
C) spermatozoidin Na + ionları üçün yüksək keçiriciliyə malik olan membranı yumurta hüceyrənin membranına qoşulduqdan sonra Na + ionlarının zəif axını başlayır, yumurta hüceyrənin membran potensialı mənfidən zəif müsbətə dəyişir
D) spermatozoidin Na + ionları üçün yüksək keçiriciliyə malik olan membranı yumurta hüceyrənin membranına qoşulduqdan sonra kortikal qranulların ekzositozu başlayır və dalğa şəklində yumurta hüceyrənin bütün səthinə yayılır
E) yumurta hecyrənin sitoplazmasında K + ionlarının miqdarı artır və bu proses avtokatalitik proses olub, qametlərin toqquşduğu nöqtədən dalğa şəklində yayılır
3. Yumurta hüceyrənin aktivləşmə reaksiyasının ikinci mərhələsi hansı dəyişikliklərlə müşayət olunur ?
A) yumurta hecyrənin sitoplazmasında Ca2 + ionlarının miqdarı artır və bu proses avtokatalitik proses olub, qametlərin toqquşduğu nöqtədən dalğa şəklində yayılır
B) Na + ionlarının zəif axını başlayır, yumurta hüceyrənin membran potensialı mənfidən zəif müsbətə dəyişir
C) yumurta hüceyrənin səthi qatında olan kortikal qranulların ekzositozu başlayır və dalğa şəklində yumurta hüceyrənin bütün səthinə yayılır
D) yumurta hecyrənin sitoplazmasında K + ionlarının miqdarı artır və bu proses avtokatalitik proses olub, qametlərin toqquşduğu nöqtədən dalğa şəklində yayılır
E) yumurta hecyrənin sitoplazmasında Na + ionlarının miqdarı artır və bu proses avtokatalitik proses olub, qametlərin toqquşduğu nöqtədən dalğa şəklində yayılır
4. Akrosom borusu nədir və necə əmələ gəlir?
A) akrosomun xarici membranı cırılır, spermalizin ifraz olunur və yumurta qişalarını əridir, eyni vaxtda bu nahiyyəyə akrosomun daxili membranının qabarıb dartılması nəticəsində əmələ gələn uzun akrosom borucuğu nüfuz edir və təmas yerində onların plazmatik membranları birləşir
B) akrosomun membranı cırılır, androqamonlar ifraz olunur və yumurta qişalarını əridir, eyni vaxtda bu nahiyyəyə akrosomun xarici membranının qabarıb dartılması nəticəsində əmələ gələn uzun akrosom borucuğu nüfuz edir və təmas yerində onların plazmatik membranları birləşir
C) akrosomun membranı cırılır, spermalizin ifraz olunur və yumurta qişalarını əridir, eyni vaxtda bu nahiyyəyə akrosomun xarici membranının qabarıb dartılması nəticəsində əmələ gələn uzun akrosom borucuğu nüfuz edir və təmas yerində onların plazmatik membranları birləşir
D) akrosomun xarici membranının qabarıb dartılması nəticəsində uzun akrosom borucuğu əmələ gəlir, yumurta hüceyrəyə doğru yönılir, onun membranındakı qranullardan spermolizin ifraz olunur və bu nahiyədə yumurta qişalarını əridir və yumurtaya nüfuz edir və təmas yerində onların plazmatik membranları birləşir
E) akrosomun xarici membranının qabarıb dartılması nəticəsində uzun akrosom borucuğu əmələ gəlir, yumurta hüceyrəyə doğru yönılir, onun membranındakı qranullardan androqamonlar ifraz olunur və bu nahiyədə yumurta qişalarını əridir və yumurtaya nüfuz edir və təmas yerində onların plazmatik membranları birləşir
5. Spermatozoidlərin aqlyütinasiya reaksiyasının bioloji mahiyyəti nədən ibarətdir?
A) yumurta hüceyrəyə artıq sayda spermatozoidlərin daxil olmasının qarşısını alır
B) yumurta hüceyrənin kortikal qişasının tamlığının pozulmasının qarşısını alır
C) külli miqdarda androqomon ifrazının qarşısını alır
D) yumurta hüceyrənın aktivləşmə reaksiyasının normal gedişini təmin edir
E) akrosom reaksiyasının normal gedişini təmin edir
6. Yumurta hüceyrə ilə spermatozoidin birləşməsi necə baş verir?
A) yumurta hüceyrə ilə spermatozoid arasında akrosom borucuğun yaratdığı sitoplazmatik körpüdən əvvəlcə plazmoqamiya baş verir, sonra isə spermatozoidin nüvəsi və sentriolu yumurta hüceyrəyə keçir, sonda membranı yumurta hüceyrənin membranına qoşulur
B) yumurta hüceyrə ilə spermatozoid arasında akrosom borucuğun yaratdığı sitoplazmatik körpüdən əvvəlcə spermatozoidin nüvəsi və sentriolu yumurta hüceyrəyə keçir, sonra plazmoqamiya baş verir, sonda membranı yumurta hüceyrənin membranına qoşulur
C) yumurta hüceyrə ilə spermatozoid arasında akrosom borucuğun yaratdığı sitoplazmatik körpüdən əvvəlcə spermatozoidin nüvəsi və sentriolu, sonra sitoplazması sonda quyruqcu yumurta hüceyrəyə keçir
D) yumurta hüceyrə ilə spermatozoid arasında akrosom borucuğun yaratdığı sitoplazmatik körpüdən əvvəlcə spermatozoidin nüvəsi və sentriolu, sonra isə sitoplazması yumurta hüceyrəyə keçir, membranı isə əhəmiyyətsiz dərəcədə kiçik olduğu üçün sorulub dağılır
E) yumurta hüceyrə ilə spermatozoid arasında akrosom borucuğun yaratdığı sitoplazmatik körpüdən əvvəlcə spermatozoidin nüvəsi və sentriolu, sonra sitoplazmasıvə quyruqcu yumurta hüceyrəyə keçir, membranı isə əhəmiyyətsiz dərəcədə kiçik olduğu üçün sorulub dağılır
7. Erkək pronukleus nə zaman əmələ gəlir və onun əmələ gəlməsi üçün spermatozoidin nüvəsində hansı dəyişikliklər baş verir?
A) erkək pronukleus dişi meyozun son mərhələsində əmələ gəlir, spermatozoidin nüvəsinin həcmi tədricən artır, şişir, xromatini boşalır və zərif qranulyar quruluş alır
B) erkək pronukleus erkək meyozun son mərhələsində əmələ gəlir, spermatozoidin nüvəsinin həcmi tədricən artır, şişir, xromatini boşalır və zərif qranulyar quruluş alır
C) erkək pronukleus dişi meyozun son mərhələsində əmələ gəlir, spermatozoidin nüvəsinin həcmi kiçilir, xromatini kompaktlaşır
D) erkək pronukleus dişi meyoz bitdikdən sonra əmələ gəlir, spermatozoidin nüvəsinin həcmi kiçilir, xromatini kompaktlaşır
E) erkək pronukleus dişi meyoz bitdikdən sonra əmələ gəlir, spermatozoidin nüvəsinin həcmi tədricən artır, şişir, xromatini boşalır və zərifq ranulyar quruluş alır
8. Ameyotik partenogenezin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) bu və ya digər şəraitdən asılı olaraq dişi cinsi hüceyrənin meyozunun gedişində xromosomların reduksiyası mərhələsi baş vermir
B) meyoz normal keçir, mayalanmamış yumurta hüceyrənin inkişafı stimullaşır, birinci mitotik bölünmədə diploidləşmə baş verir
C) meyozun gedişində xromosomların reduksiyası mərhələsi baş verir, lakin ekvasion bölünmə mərhələsi pozulur və diploid xromosom dəstli yumurta hüceyrə əmələ gəlir
E) partenogenetik rüşeymin inkişafı normal başa çatır və haploid fərd əmələ gəlir
9. Meyotik partenogenezin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?
A) bu və ya digər şəraitdən asılı olaraq dişi cinsi hüceyrənin meyozunun gedişində xromosomların reduksiyası mərhələsi baş vermir
B) meyoz normal keçir, mayalanmamış yumurta hüceyrənin inkişafı stimullaşır, birinci mitotik bölünmədə diploidləşmə baş verir
C) meyozun gedişində xromosomların reduksiyası mərhələsi baş verir, lakin ekvasion bölünmə mərhələsi pozulur və diploid xromosom dəstli yumurta hüceyrə əmələ gəlir
D) blastulyasya prosesində mitozun pozulması nəticəsində blastomerlərin diploidləşməsi baş verir
E) partenogenetik rüşeymin inkişafı normal başa çatır və haploid fərd əmələ gəlir
10. Spermatozoidin membranı haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) spermatozoidin membranı müqayisə olunmaz dərəcədə kiçik olsa da yumurta hüceyrənin membranına qoşulur, Na + ionları üçün yüksək keçiriciliyə malik olduğu üçün yumurta hüceyrənin aktivləşməsində mühüm rol oynayır və rüşeymdə uzun müddət saxlanılır
B) spermatozoidin membranı əhəmiyyətsiz dərəcədə kiçik olduğu üçün yumurta hüceyrənin membranına qoşulmur, sorulub dağılır
C) spermatozoidin membranı müqayisə olunmaz dərəcədə kiçik olsa da yumurta hüceyrənin membranına qoşulur, Ca2 + ionları üçün yüksək keçiriciliyə malik olduğu üçün yumurta hüceyrənin aktivləşməsində mühüm rol oynayır və rüşeymdə uzun müddət saxlanılır
D) spermatozoidin membranı müqayisə olunmaz dərəcədə kiçik olsa da yumurta hüceyrənin membranına qoşulur, K + ionları üçün yüksək keçiriciliyə malik olduğu üçün yumurta hüceyrənin aktivləşməsində mühüm rol oynayır və rüşeymdə uzun müddət saxlanılır
E) spermatozoidin membranı əhəmiyyətsiz dərəcədə kiçik olduğu üçün yumurta hüceyrənin membranına qoşulmur, plazmoqamiyadan sonra sekretor qranullarının möhtəviyyatı boşalır özü isə sorulub dağılır
11. Yumurta hüceyrə ilə spermatozoidin toqquşma ehtimalını təmin edən qeyri - spesifik faktorlar hansı variantda düzgün ifadə olunmuşdur?
1 - erkək və dişilərdə qametoqenez proseslərinin uzlaşması
2 - yetişmiş cinsi hüceyrələrin mayalanma gedəcək yerə düşməsini təımin edən uyğunlaşmalar
3 - yumurta hüceyrə ilə müqayisədə spermatozoidlərin sayının külli miqdarda artıq olması
4 - yetişmiş cinsi hüceyrələrin haploid xromosom dəstinin olması
5 - yetişmiş cinsi hüceyrələrin qamonlar adlanan maddələri ifraz etməsi
6 –yumurta hüceyrənin kortikal qişasında sekretor qranulların olması
7 –akrosom reaksiya
8 –yumurta hqceyrənin ölçülərinin iri olması
A) 2, 4, 7, 8
B) 1, 2, 6, 7
C) 1, 2, 3, 8
D) 2, 3, 6, 8
E) 2, 3, 6, 7
12. Kortikal qranulların ekzositozu zamanı ifraz olunan maddələrin funksiyaları hansı variantda düzgün ifadə olunmuşdur?
1 –vitellin - delaminaza
2 –sperm - reseptor qidralaza
3 –qlikoproteid
4 –mayalanma faktoru
5 –qialin struktur zülalı
a - proteolitik ferment olub, sarılı qişanın üzərinə çökmüş sperma ilə bu qişanın əlaqəsini dağıdır
b - proteolitik ferment olub, yumurta hüceyrənin plazmatik membranı ilə sarılı qişa arasındakı əlaqəni dağıdır
c - proteolitik ferment olub, plazmatik membranın üzərində yerləşən qialin qişanın formalaşmasında iştirak edir
d - proteolitik ferment olub, suyun sarılı qişa ilə plazmatik membran arasına dolmasına və beləliklə perivitellin boşluğunun yaranmasına səbəb olur
e - sarılıq qişasını bərkidir
A) 1 - e 2 - a 3 - b 4 - c 5 - d
B) 1 - a 2 - b 3 - e 4 - d 5 - c
C) 1 - c 2 - b 3 - d 4 - a 5 - e
D) 1 - b 2 - a 3 - d 4 - e 5 - c
E) 1 - d 2 - e 3 - a 4 - b 5 - c
13. Akrosom reaksiya haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) akrosom reaksiya spermatozoidin yalnız yumurta hüceyrə ilə deyil, istənilən bərk substratla toqquşması zamanı spermatozoidin başcığının akrosom aparatında baş verən dəyişikliklərdir və 10 - 20 san davam edir
B) akrosom reaksiya spermatozoidin yalnız yumurta hüceyrə ilə toqquşması zamanı başlanır və 10 - 20 san davam edir
C) akrosom reaksiya spermatozoidin yalnız yumurta hüceyrə ilə deyil, istənilən bərk substratla toqquşması zamanı başlanır və 40 - 50 san davam edir
D) akrosom reaksiya spermatozoidin yalnız yumurta hüceyrə ilə toqquşması zamanı başlanır və 40 - 50 san davam edir
E) akrosom reaksiya spermatozoidin yalnız yumurta hüceyrə ilə deyil, istənilən bərk substratla toqquşması zamanı başlanır və 1 - 2dəq. davam edir
A) spermatozoidin başcığında yerləşən akrosom aparatındakı akrosom qranulların möhtəviyyatının boşalması və akrosom telin yumurta hüceyrənin səthinə doğru atılmasından ibarətdir
B) spermatozoidin boyuncuq hissəsində yerləşən akrosom aparatındakı akrosom qranulların möhtəviyyatının boşalması və akrosom telin yumurta hüceyrənin səthinə doğru atılmasından ibarətdir
C) spermatozoidin başcığında yerləşən akrosom aparatındakı akrosom qranulların möhtəviyyatının boşalması və spermatozoidin quyruqcuğunun yumurta hüceyrənin səthinə nüfuz etməsindən ibarətdir
D) spermatozoidin boyuncuq hissəsində yerləşən akrosom aparatındakı akrosom qranulların möhtəviyyatının boşalması və spermatozoidin quyruqcuğunun yumurta hüceyrənin səthinə nüfuz etməsindən ibarətdir
E) spermatozoidin quyruqcuğunun yumurta hüceyrənin səthinə nüfuz etməsi və quyruqcuq hissədə yerləşən akrosom qranulların möhtəviyyatının boşalmasıdır
16. Müxtəlif heyvanların ooplazmatik seqreqasiyasını düzgün ifadə edən sıranı seçin:
1 - bağırsaqboşluqlarda
2 - assidilərdə
3 - dəniz kirpisində
4 - amfibilərdə
a - mayalanmamış yumurtada sarı qranulları bütün kortikal qatda homogen paylanır, mayalanmadan sonra isə spermatozoid daxil olan yerə fəal hərəkət edərək orada ekvatorun altında sarı oraq şəklində yerləşirlər
b - mayalanmadan əvvəl yumurtanın bütün səthini əhatə edən qırmızı rəngli piqment –exinoxrom mayalanmadan sonra yumurtanın ekvatorunda qurşaq şəklində yerləşmiş olur.
c - sarı qranulları spermatozoidin daxil olduğu nahiyyənin əks tərəfində, eləcə də animal və vegetativ yarımkürələrin sərhədində korteksi tərk edir və bu sahə boz oraq şəklində olur, seqreqasiya prosesləri sarını da əhatə edir
d - ooplazma müxtəlif piqmentlərlə zəngin olan xarici ektoplazma və qida maddəəri ilə zəngin olan daxili endoplazma qatlarına ayrılır
A) 1 - b 2 - c 3 - a 4 - d
B) 1 - c 2 - a 3 - d 4 - b
C) 1 - a 2 - b 3 - d 4 - c
D) 1 - d 2 - a 3 - b 4 - c
E) 1 - d 2 - d 3 - c 4 - a
17. Düzgün ifadələr hansı varianda verilmişdir?
1 - erkək və dişi pronukleuslar birləşib kompakt diploid nüvə əmələ gətirənə qədər öz ətraflarında fırlanma hərəkətləri yerinə yetirirlər
2 - ziqotun birinci bölünməsinin metafaz lövhəsinə düzülməmişdən əvvəl pronukeuslar müxtəlif traektoriyalar üzrə mürəkkəb hərəkətlər edirlər
3 - erkək və dişi pronukleusların yaxınlaşması pronukleusların xromosomlarının despirallaşaraq qarışması ilə bitir
4 - erkək və dişi pronukleusların yaxınlaşması ziqotun birinci bölünməsinin metafaz lövhəsinin əmələ gəlməsi ilə bitir
5 - ooplazmatik seqreqasiya gələcək rüşeymin müəyyən fəza təşkilatının qurulması prosesləridir, ooplazmanın tərkib hissələrinin yerdəyişməsi, təbəqələşməsi yolu ilə gedir
6 - ooplazmatik seqreqasiya qametlərin sitoplazmasının birləşməsidir , sarı qranullarının parcalanıb dağılması və ooplazmanın tərkibinin və rənginin dəyişməsi ilə gedir
A) 1, 3, 5
B) 2, 4, 6
C) 2, 4, 5
D) 1, 3, 6
E) 2, 3, 6
18. Androgenez , partenogenez və qinogenez haqda düzgün məlumat hansı variantda verilmişdir ?