Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ



Yüklə 16,72 Mb.
səhifə66/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   62   63   64   65   66   67   68   69   ...   87
أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ yəni, «dili bağlı dördayaqlıların əti sizə halaldır onda heç bir qadağa yoxdur». Onun haramı isə Maidə surəsinin 3- ayəsində göstərildiyi kimi حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ «ölmüş heyvanın əti, qan donuz əti sizə haram qadağan olmuşdur». Onun vacibi, Bəqərə surəsinin 43- ayəsində olduğu kimi أَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ «namaz qılın zəkat verin», müstəhəbbi isə İsra surəsinin 79-cu ayəsindəkiوَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً «nafilə namazı üçün gecənin bir vaxtı oyan», nasixi Tövbə surəsinin 5-ci ayəsindəki kimi فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ «müşrikləri harda görsəniz öldürün». Bu ayə sülh barəsində olan ayənin nasixidir, məsələn Kafirun surəsinin 6- ayəsi لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ «İndi ki, öz şirkinizdən əl çəkmirsiniz, sizin, din ayinləriniz sizin, tovhid isə mənim dinim olsun», bu ayənin mənsuxudur; ruxsətləri, yəni, bəndələrin işlərinin yüngülləşməsi üçün yaradılmış əhkamları, məsələn Bəqərə surəsinin 184- ayəsindəki kimi فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَر «Sizlərdən Ramazan ayında xəstə ya səfərdə olanlar, Ramazandan qeyri aylarda, xəstə müsafir olarkən tutmadığınız günlər qədər oruc tutsun», onun əzaimləri, yəni, keçilməsi mümkün olmayan əhkamları Bəqərə surəsinin 185-ci ayəsində olduğu kimi فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ «Səfər etməyən vətənində olan hər bir şəxs ayı gördükdə oruc tutmalıdır», onun xassı, yəni, xüsusi halallar barəsində deyilən, amma mənası ümumi hallara da aid olan sözlər; Maidə surəsinin 32-ci ayəsində deyildiyi kimi مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْض فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا «Adəmin oğlu Qabil qardaşı Habili öldürdüyünə görə peşman olduğundan Bəni-İsrailə göstəriş verdik ki, hər kəs heç kəsi qətlə yetirməyən yer üzündə ölümlə nəticələnən bir fəsad törətməyən bir kəsi öldürərsə, bütün camaatı öldürmüş kimidir. Bir kəsin həyat yaşayışına səbəb olan kimsə isə sanki bütün camaatı diriltmişdir». Bu ayə Bəni-İsrail barəsində nazil olsa da mənası bütün insanlara şamildir. Onun ümumu isə Bəqərə surəsinin 47-ci ayəsində deyildiyi kimi يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ «Ey Bəni-İsrail, sizlərə bəxş etdiyim nemətlərimi sizi dünya əhlindən üstün etdiyimi yada salın». Burada dünya əhli sözü ümumi məna daşıyır bütün dünya əhalisinə şamil edilir. Lakin onun mənası Bəni-İsrail dövrünün insanlarına məxsusdur. Onun ibrətləri isə heyrətamiz bir növ öyüd-nəsihətdir, Naziat surəsinin 25 26 - ayələrindəki kimi: فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشى «Böyük Allah Fironu axirət əzabı olan odda yanmağa dünya əzabı olan suda batmağa mübtəla etdi, onun batması qorxan hər kəs üçün hər zaman ibrətdir. Onun məsəlləri, yəni, təşbihlərə şamil olan ayələri, məsələn Cumə surəsinin 5-ci ayəsində olduğu kimi, مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا «Tövratı oxuyub-öyrənməyə məmur olunan, lakin ona əməl etməyənlər böyük kitabları daşıyan uzunqulaq kimidir», onun mütləqi, yəni, qeyd vurulmamış kəlmələri, Maidə surəsinin 6- ayəsində olduğu kimi: يَآ أَيُّهَا الَّذِينَ امَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِِ فاغْسِلُواْ وُجُوهَكُمْ «Ey iman gətirənlər, namaza dayandıqda, üzlərinizi yuyun», onun müqəyyədi, yəni, qeyd vurulan kəlmələri, Maidə surəsinin 6- ayəsində olduğu kimi وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ «Dəstəmaz alarkən əllərinizi dirsəklərinizlə (birlikdə) yuyun», onun möhkəmi, yəni, mənasında səhv şübhə yeri olmayan kəlmələri, Bəqərə surəsinin 231-ci ayəsindəki kimi: وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ «Bilin ki, Allah hər şeydən agahdır», onun mütəşabihi, yəni, mənası aydın olmayan kəlmələri, Bəqərə surəsinin 228-ci ayəsində olduğu kimi قُرُوءٍ'>وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوءٍ «Təlağı verilmiş qadınlar iki heyzdən ibarət olan üç paklanma dövrü ya üç heyz müddəti gözləsinlər», çünki ərəb dilində «قُرُوء» kəlməsinin tək forması olan «قُرْء» kəlməsi hicazlılar arasında «طهر» paklanma, iraqlılar arasında isə «heyz» mənasındadır. Onun mucməli, Bəqərə surəsinin 43- ayəsində olduğu kimi: أَقِيمُواْ الصَّلوةَ «Namaz qılın», onun müşkülü Məryəm surəsinin 1-ci ayəsi kimi; كهيعص «Kaf, , , əyn, sad».

1 Böyük Allahın vahidliyini bilmək kimi, necə ki, İbrahim surəsinin 52-ci ayəsində buyurulur: لِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ «Bilməlisiniz ki, odur vahid olan Allah»,

2 Fussilət surəsinin 1-ci ayəsi olan حم «ha, mim»in mənasını bilməmək kimi,

3 Nisa surəsinin 15-ci ayəsində olduğu kimi وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً «Sizin qadınlarınız arasında zina edən ərli arvadların pis işlərinə öz içinizdən həddi-buluğa çatmış, ağıllı, ədalətli, dörd mömin kişini şahid tutun. Onlar şəhadət versələr, o qadınları öz evlərində ölüncəyə ya Allah onları həbsdən azad edincəyə qədər saxlayın». Deməli, bu ayənin məzmununa görə, zinakar qadınların hökmü ölüncəyə qədər öz evlərində saxlanaraq, həbs olunmaları idi. Sünnədə həbs hökmü nəsx olaraq, daşqalaq edilmə ilə dəyişdi,

4 İslamın ilk dövrlərində Beytül-Müqəddəsə doğru namaz qılmaq sünnəyə görə vacib idi. Quranda isə nəsx olundu. Bəqərə surəsinin 144- ayəsində buyurulur: فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ « evi olan, Beytül-Hərama tərəf namaz qılın, harada olursunuz-olun, üzlərinizi ona tərəf döndərin»,

5 Cumə surəsinin 9-cu ayəsində buyurulduğu kimi: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِىَ لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ «Ey iman gətirənlər, cümə günü namaza çağırıldığınız zaman namaz qılmağa tələsin»; Beləliklə, cümə namazı yalnız cümə gününə məxsusdur, başqa günlərdə isə vacib deyil.

1 Nisa surəsinin 93- ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا «Qəsdən mömin öldürənin cəzası cəhənnəmdir əbədi olaraq orada qalacaqdır»;

2 d surəsinin 6- ayəsində buyurulur: وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَى ظُلْمِهِمْ «Sənin Rəbbin camaatın etdiyi zülm sitəmə görə bağışlayandır». Bağışlanan zülm dedikdə, kiçik günahlar nəzərdə tutulur.

3 Muzzəmmil surəsinin 20-ci ayəsində olduğu kimi فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ1 «Mümkün olan qədər Quran oxuyun». Deməli, onun az oxunmasını da qəbul edir, çox oxunmasını isə bəndələrin öz ixtiyarına qoyub bunu etməyən kəsin boynuna bir şey gəlməz.

1 Onların savaba çatmaq üçün həmin Evdə izdihamlı hərəkətləri, təşnə dördayaqlıların su başına toplaşması kimidir.

2 Ora getmək üçün Qurani-Kərimin Həcc surəsinin 27-ci ayəsində buyurulduğu kimi: وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ «Ey İbrahim, xalqı səslə onu həccə dəvət et. Xalq sənin tikdiyin Evə minikləri zəif, arıq dəvə olsa da belə hər uzaq yoldan atlı-piyada gələr,

1 Şeytan həmişə Adəm övladını Allaha şərik qoşması üçün aldadır, beləliklə, kəlmeyi-şəhadət demək ona etiqad bəsləmək şeytanın işinin qarşısını almağa onu uzaqlaşdırmağa səbəb olar.


1 Dünya axirət səadətini əldən verdilər. Rəsulullahın (səlləllahu əleyhi alih)Əhli-Beyti isə yolunu azmışları doğru yola yönəldir, həlak olmaqdan bədbəxtlikdən xilas edirlər.

1 Həzrət xütbənin sonunda İbn Abbasa buyurdu: يا ابن عَباسٍ تِلكَ شِقْشِقَةٌ هَدَرَتْ ثُمَّ قَرَّتْ «Burada zülm sitəm vasitəsilə məndən önə keçən üç xəlifədən şikayət xalqı doğru yola hidayət coşqusuna şövqünə görə edilmişdir. Bir dəvənin şiqşiqəsi tək səs salıb öz yerində dayanması kimi. Yəni, belə sözlər hər zaman həmişə söylənilməz». «Şiqşiqə» lüğətdə həyəcanlandıqda nəfəsi daraldıqda dəvənin ağzından bayıra çıxararaq boğazının alt hissəsində səsləndirdiyi, ilk baxışda dillə səhv salınan qoyunun ciyərinə oxşar maddədir.

2 Dəyirmanın dövr etməsi fırlanması ortadakı dəmir mismardan asılı olduğu, onsuz dəyirman xüsusiyyətinə malik olmadığı kimi, xilafətin məndən qeyrisinin əlində olmağının da ziyanı vardır, belə olduqda o, bir küncə atılmış, küfr zəlalətin ayaqları altında tapdanan daşa bənzər.

1 Çox kədərləndim, çünki Əbu Bəkr qeyrilərinin xəlifəliyində azğınlıqdan başqa bir şey görmürdüm. Tənha köməksiz olduğumdan söz deyə bilmirdim.

2 Xəlifəiyi qəsb etdilər bundan törəyən fəsadlar yer üzündə Ali-Məhəmmədin Qaiminin-əleyhis-salam-qiyamına qədər qalacaqdır.

1 Cabirin qardaşı Həyyan Yəmamə şəhərində çoxlu qala, dövlət sərvət sahibi, qövmünün böyüyü idi, hər il Kəsra ona qiymətli hədiyyələr göndərdiyinə görə xoş güzəran keçirir, heç vaxt səfər çətinliklərinə qatlanmırdı. Şair Əşa da Bəni-Qeys tayfasından olub, onun yaxın dostu idi. İmam əleyhis-salamın onun şerini misal çəkməkdə məqsədi birinci mənaya görə Rəsulullahın (səlləllahu əleyhi alih) vəfatından sonra haqqı qəsb olunaraq, ev dustağı zülm-sitəmlərə məruz qaldığı vaxtla, Həzrət Peyğəmbərin sağlığında camaatın pərvanətək onun başına dolandığı iki gün arasında fərqi; ikinci izaha görə isə möhnət qəm içində keçirdiyi güzəranla, özlərinin batil məqsədlərinə çatmaqla şad-xürrəm olanlar arasında olan fərqi bəyan etmək idi. Sonra Əbu Bəkrin məkr şeytançılıqlarını xatırladaraq buyurur.

2 Deyirdi
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin