Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə40/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   36   37   38   39   40   41   42   43   ...   87

Bu xütbənin bir hissəsidir1
Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar.1

Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək.2 (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Quran sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya axirətdə çarəsiz zavallı olasınız).
139-cu xütbə
İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır.

Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə ) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)
140-cı xütbə
İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:1

Layiqlisi budur ki, günahdan uzaq duranlar2 və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar.3 Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.



(Günahdan uzaq olanlara günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı?4 Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)

Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)



141-ci xütbə
İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.

Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.



Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv «eşitmişəm» dediklərin, haqq və doğru isə «görmüşəm» söylədiklərindir.1
142-ci xütbə
İmam Əli əleyhis-salamın (malını boş yerə sərf edən mal sahibini məzəmmət etdiyi) kəlamlarındandır.

Haqdan qeyri yolda ehsan edib haqqı çatmayana bəxşiş verənin alçaq, pis insanların tərifindən, onlara bəxşiş verdiyi surətdə nadanların onun barəsindəki sözlərindən savayı bir nəsibi, bəhrəsi olmaz. Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur!2 Allahın sərvət yetirdiyi kimsələr, həmin maldan qohumlarına yardım etməli və o maldan (tanışlarını hər kəsə öz vəziyyətinə uyğun) layiqli qonaq etməlidir. Onunla əsiri, zavallını azad etməlidir. Ondan yoxsula və borcluya verməlidir. Haqqını (zəkat kimi vacib sədəqə kimi müstəhəb) qaytarmaqda, hadisələri dəf etməkdə dözümlü olmalıdır. Bunları da (riyakarlıq özünü göstərmək üçün deyil) savab və ilahi mükafat qazanmaq üçün etməlidir. (Bəyan edilən) bu bəxşişlərlə zəfər çalmaq dünyada ucalmağa, yaxşı ad-sana, yaxşılığa və axirətdə isə yüksək dərəcələrə çatmaq vasitəsinə səbəb olar. Əgər Allah istəsə.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin