Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə41/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   37   38   39   40   41   42   43   44   ...   87

143-cü xütbə
İmam Əli əleyhis-salamın yağış istərkən buyurduğu xütbələrindəndir.

Agah olun ki, sizi üzərində saxlayan yer və sizi kölgələri altında qərar verən göy sizin Allahınıza itaət edir. (Sizin istək arzularınıza tabe deyillər ki, istədiyiniz zaman yer cücərsin ya göylər yağdırsın.) Öz bərəkət və xeyrini (torpağın göyərməsi göylərin yağdırmasını) nə sizə ürəyi yandığına, nə sizə yaxınlaşmağa, nə də sizdən xeyir və yaxşılığa (faydaya) ümid etdiklərinə görə sizə bağışlayırlar. Sizə xeyir çatdırmağa (Allah tərəfindən) məmur ediliblər. Əmrə itaət edərək sizin mənafeyinizi ödəmək üçün qalxmışlar.1



(Buna görə ) Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qurani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: «اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ» Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər).

Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə.1

İlahi, biz (suyun, otun yaşayış ehtiyaclarının qəhətliyindən) heyvanların və balalarımızın fəryadlarının ucaldığı pərdələrin və örtüklərin (evlərin) altından rəhmətini diləyən, nemətinin artmağına ümidli və cəzandan, qəzəbindən qorxan halda Sənə üz tutduq.

İlahi, Öz yağışınla bizə su yetir, bizi ümidləri kəsilmişlərdən etmə. Bizi qəhətçilik və çətinlik illərində həlak etmə. Bizlərdən olan ağılsızların (pis əməl sahiblərinin) etdiyi işlərə görə bizləri cəzalandırma, ey mehribanların mehribanı!

İlahi Pərvərdigara, sənə doğru gəldik. Sıxıntıların, çətinliklərin bizi zavallı etdiyi, məşəqqətli quraqlıq illərinin bizi yönəltdiyi, çətin mətləb və istəklərin acizləşdirdiyi, başımıza dalbadal ağır fitnələrin, bəlaların gəldiyi bir vaxtda Sənə gizlin olmayan şeylərdən (çətinliklərdən) Sənə şikayətimiz var (xəbər veririk).

İlahi, Səndən istəyirik ki, bizi (evlərimizə) ümidsiz qaytarma, kədərli yollama, günahlarımızla tutuşdurma (istəyimizə günahlarımıza uyğun cavab vermə) və əməllərimizlə müqayisə etmə (istəklərimizi fəzl kərəminə uyğun qəbul et).

İlahi, yağış, bərəkət, ruzi, mehr və rəhmətini bizə əta et, bizə su yetir. Elə bir su ki, xeyir verən, doyduran və (bitki) bitirən olsun və onunla əldən gedənləri (qurumuş bitkiləri) bitir və öləni (qurumuş torpaqları) dirilt. Bizə elə bir yağışla su ver ki, susuzluğu yox etsin və bol meyvələr yetirsin. Hamar torpaq ondan doysun, enişlərdən (çaylar dərələrdən) axsın. Ağacları yarlı-yarpaqlı (yamyaşıl), qiymətləri ucuz etsin. Həqiqətən Sən istədiyin hər şeyə qadirsən.
144-cü xütbə
İmam Əli əleyhis-salamın (sum İmamların fəzilətləri barədə) xütbələrindəndir.

Allah-təala peyğəmbərlərini seçib vəhyi onlara məxsus etdi. Peyğəmbərləri camaat üçün sübut və dəlilə çevirdi ki, onların (əməllərində) dəlili olmasın. Sənin əmr qadağalarınla tanış deyildik» deyilməsin.) Hamını peyğəmbərlər vasitəsilə haqq yola dəvət etdi.



Agah olun ki, Allah-təala camaatın halını bilir. Ürəklərində olan gizli saxladıqları sirlərdən və düşüncələrdən xəbərsiz deyildir, əksinə, (peyğəmbərləri göndərməsi) kimin əməlinin daha yaxşı olduğunu sınamaqdan ötrüdür.1 Ondan ötrüdür ki, mükafatın (yaxşı əməlin) savabı (cənnət) və cəzanın (pis əməlin) əzabı (atəş) olsun. (Bu bəyanla ilahi sınağın səbəbinin olduğunu bildiyinizə görə.) Hardadır biz əhli-beytdən başqa elmdə (xilqətin sirləri, Qurani-Kərimin təfsiri vilində) özlərini bilikli sayanlar: Onların iddiası yalan və bizə zülmdür. Çünki Allah-təala bizə üstünlük verib və onları aşağı tutmuşdur. (Bu məqam rütbəni) bizə əta edib onları bundan bəhrəsiz etmişdir. Bizi daxil edərək onları çıxarmışdır. Bizim vasitəmizlə doğru yol istənilər, korluq və azğınlıqdan gözün açılması dilənər. Həqiqətən də dinin başçıları - İmamlar Haşimdən yaranmış Qüreyşdəndir. (Əli Fatimə əleyhimas-salamın nəslindən yaranmışlar.) İmamlıq və xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa (haqsız olaraq hakimiyyətə gəlmiş) xəlifələrin (Həzrət Peyğəmbərə) canişin olmaq səlahiyyətləri yoxdur.2
Bu xütbənin (Bəni-Üməyyə tərəfdarlarını pisləyib məzəmmət etdiyi) bir hissəsidir
Dünyanı seçib axirətə arxa çevirdilər. Saf, içməli suya (təqva pərhizkarlığa) göz yumub, iylənmiş sudan içdilər (əbədi əzabla razılaşdılar). Sanki onlardan pis işlərin ardınca gedərək onlarla ülfət bağlayıb, ram olan və razılaşan fasiq və günahkar birini (Əbdülməlik ibn Mərvanı) görürəm. Saçı belə çirkin işlərdə ağarmış, əxlaqı onunla boyanmışdır. (Onun hakimiyyəti uzun çəkmiş, çirkin işlər onun təbiətinə zatına keçmişdir. Hər bir çirkin işi görməklə) batıracağından qorxusu olmayan dalğalı, böyük dəniz və yandıracağını düşünmədiyi quru ota düşən alov kimi ağzı köpüklü halda (sərxoş) və qorxmadan üz tutar. (Belə bir zamanda) hardadır hidayət çırağı ilə işıqlanan ağıllar, təqva və pərhizkarlıq nişanəsi ilə baxan gözlər? Hardadır Allah üçün ayrılan və Allaha itaət edən, bəndəliyə qapanan ürəklər?

(Hardadır Allaha ibadət itaətdən başqa işi-peşəsi olmayan din rəhbərlərinin tərəfdarları? Bir halda ki, Bəni-Üməyyə) dünya malına hücum çəkərək haram uğrunda bir-birilə vuruşurlar. Behiştin və alovun nişanələri onlara görünür. Amma onlar cənnətdən üz döndərərək öz əməlləri ilə atəşə üz tuturlar. Allah onları (nicat yoluna) dəvət edib. Onlar hürkərək arxa çevirdilər. Şeytan onları (zəlillik bədbəxtlik yoluna) çağırdı, onlar dəvətini qəbul edərək ona üz tutdular.
145-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti vəfasızlığı haqda) xütbələrindəndir.

Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz.1 (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz.2 Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz.3 Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər?4

Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin