Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ



Yüklə 16,72 Mb.
səhifə65/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   61   62   63   64   65   66   67   68   ...   87
أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ» «O dəstə şeytanın yoldaş və ardıcıllarıdır. Bilin ki, şeytanın ardıcılları ziyana uğrayanlardır.»



1


Onun zatına layiq olan tərif mədh etmək gücündə deyillər. Buna ­ Həzrəti Seyyid-ul-mürsəlin buyurmuşdur: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ «Mən Səni mədh etmək qüdrətində deyiləm. Gərək Sən Özün müqəddəs zatını mədh edəsən».

2 Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır onların sonunu təsəvvür etmək mümkün deyil. Qurani-Kərimin İbrahim surəsinin 34- ayəsində buyurulur: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها «Allahın nemətlərini saymaq istəsəniz buna qüdrətiniz çatmazElə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə Ona necə şükr edə bilər?

3 Belə isə, şükür etməyin ən yüksək dərəcəsi bəndənin Onun nemətlərinin haqqını ödəməkdə aciz olduğunu etiraf etməsidir.

4Məhdudlaşma ehtiva olunma vücudu mümkün olanlara xasdır. Vücudu vacib olan Allah-təala bundan münəzzəhdir.

5 Onun barəsində «xeyli vaxt öncədən mövcud olduğu» söylənilə bilməz. Çünki O, zamanın yaradıcısıdır zamanın içində olmağa ehtiyacı yoxdur ki, zaman onu əhatə edə bilsin.

6 Onunla tamamlansın. Yəni, Onun müddəti yoxdur, əzəli əbədi olan Odur. Zamanı yoxdur ki, sonu müddəti olsun. Belə ki, zaman hərəkətin ölçüsüdür. Hərəkət isə maddənin xassələrindəndir. O isə materiyadan uzaqdır. Deməli, Onun zaman içində olması qeyri-mümkündür.

1 Qurani-Kərimin İsra surəsinin 51-ci ayəsində buyurulur: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ» Deyərlər bizi ölümdən sonra kim qaytarıb dirildəcəkdir? Ey Peyğəmbər, onların cavabında de ki, sizləri ilk dəfə yaradan yenidən dirildəcək.

2 Qurani-Kərimin Əraf surəsinin 57-ci ayəsində buyrulduğu kimi: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Rəhməti olan yağışı yerə yağdırmazdan öncə küləkləri müjdə kimi göndərən Odur.

3 Sizin rahat yaşamanız üçün tərpənib silkələnməsin. Qurani-Kərimin Nəhl surəsinin 15-ci ayəsində buyurulduğu kimi: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ «Böyük Allah yeri, tərpənib sizi bir tərəfdən başqa tərəfə atmaması üçün nəhəng dağlarla möhkəmləndirdi.

4 Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz. Yəni, Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır, heç bir dünyəvi məqsədlərə qarışmamalıdır.

5 Məsələn, «Haqq-təalanın elmi Onun zatına artırılmış, özündən xaric bir sifətdir» deyilməsin. Belə düşüncə təkallahlılığa tovhidə ziddir.

6Bölünüb-parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub hər tərkib hissələrdən ibarətdir.

1 «Harada deyil», «nəyin üstündədir» deyərsə Onu materiya tərkibdən ibarət sanmış olar. Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır.

2 Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq-təaladan istisna edir.

3 Onun varlığı zatən sonradan yaradılmış deyil. Bu cümlədə Onun zatının yoxdan var olması istisna olunur.

4 Belə ki, hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz. Çünki hər şeyi saxlayan Odur.

5 Çünki hərəkət materiyanın xassəsidir. O isə, materiyadan uzaqdır.

1 Çünki hər bir işdə düşünmək, olmamış bir işin baş tutması üçündür. Belə ki, hər şey zat məqamında Allah-təala üçün əzəli əbədi olaraq sabitdir.

2Çünki təcrübə sınaq vasitəsilə elm əldə etmək istəyənlərə aiddir, elmi zatı ilə eyni olan Allah-təala üçün deyil.

3Onun yaratması hərəkətə əsaslanmır. Çünki hərəkət dəyişiklik deməkdir. Dəyişiklik isə, imkan aləminin xassələrindəndir.

4Gördüyü işin düzgün olub-olmaması barədə narahatlıq keçirmədən. Belə ki, iztirab narahatlıq işlərin sonunu bilməməkdən irəli gəlir. Nadanlıq cəhalət isə, zatı ilə elmi eyni olana rəva deyil.

5Belə ki, onların arasında ayrılıq mümkün deyil; Şücaət igid insanın ayrılmaz xüsusiyyəti, səxavət kəramətli insanın ayrılmaz sifəti olduğu kimi bir sözlə məxluqatı yaratdı,

1 İki qanadı ilə bacardığı qədər havada uça bilən quş tək, İlahi maarifin sonsuz aləmlərində seyr edə biləcək həddə öz elm mərifətlərinə qərq olublar.

2 O pərdənin arxasına peyğəmbərlər, onların vasiləsi Allahın xüsusi bəndələrindən başqa heç kəsin elmi yolu yoxdur.

3 Çünki mələklər elmli Allahı tanıyandırlar. Allahı bir şəkildə təsəvvür edən, məxluqatın sifətlərini Ona aid edən, Onu məhdudlaşdıran Ona tərəf işarə edən nadandır; bundan əvvəl Allahı tanıma mərifət fəslində bəyan olunduğu kimi.

1 Sümüyünün ağlığı, qanının qırmızılığı tükünün qaralığı kimi, əzasının hər bir üzvü hikmətə uyğun olaraq bir rəngdə oldu.

2 Qur'ani-Kərimin Sad surəsinin 71-ci 72-ci ayələrində buyurulduğu kimi: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ «Sənin Allahının mələklərlə «Mən Adəmi torpaqdan xəlq edəcəyəm, yaradıb ruh verildikdə onun müqabilində əyilərək səcdə qılarsınız» dediyi günü yada sal. Yəni, ona təzim edin ya onu öz qiblənizə çevirin».

3 Həzrəti Rəbbil-Aləminə qarşı çıxaraq dedi: «Mən ondan daha üstün olduğuma görə Adəmə səcdə etmədim. Çünki məni oddan, onu isə torpaqdan xəlq etmisən». Bu iddiada olduğuna görə, Allah ona mələklərin sırasından çıxmasını əmr etdi: «Sən Mənim rəhmətimdən qovuldun. Qəzəb lənətim cəza gününə qədər səninlədir». Bu vaxt Şeytan dedi: (Qurani-Kərimin Sad surəsinin 79-cu ayəsində buyurulduğu kimi:) رَبِّ فَأَنْظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ «Ey Allah, insanların diriləcəyi günə qədər mənə möhlət ver» Bəlkə məqsədi ölümdən xilas olaraq daima diri qalmaq olmuşdur.

1Necə ki, Qurani-Kərimin Ali-İmran surəsinin 178-ci ayəsində kafirlər barəsində buyurur: وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ «Kafir olanlara möhlət verməyimizin onlar üçün yaxşı olduğunu güman etməsinlər. Möhlət verməyimiz daha çox günah edib rüsvayedici əzaba mübtəla olmalarından başqa bir şey deyil».

2 Qurani-Kərimin Bəqərə surəsinin 35-ci ayəsində buyurulduğu kimi: وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ «Dedik: Ey Adəm! Sən zövcən Həvva cənnəti öz məkanınıza çevirin, onun nemətlərindən istədiyiniz qədər tam şadlıqla yeyin bu ağaca yaxınlaşmayın. Əgər yaxın gəlsəniz, zülümkarlardan olmuş olarsınız».

3 Qurani-Kərimin Taha surəsinin 117-ci ayəsində buyurulur: فَقُلْنَا يَآ ادَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى «Dedik: Ey Adəm! Bu səninlə zövcənlə düşməndir. Diqqətli olun ki, sizi cənnətdən çıxardaraq, bədbəxtliyə düçar eimək üçün bir görməsin».

1 Həmin ağacın meyvəsini yeməmək ona əmr edilsə , xeyrinin, meyvəni yeməkdə olduğunu güman etdi.

2 Tövbəsini qəbul etmək istədiyinə görə, rəhmət kəlməsini ona öyrətdi ki, tövbəsinin qəbul olunması üçün Allah-təalanı onunla səsləsin.

3 Həzrəti Adəm dünyada məskunlaşdıqdan ondan çoxlu övladları nəsli dünyaya gəldikdən sonra.

4 Qurani-Kərimin Əhzab surəsinin 7-ci ayəsində buyurulur: وَإِذْ أَخَذْنَا مِنَ النَّبِيِّينَ مِيثَاقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى ابْنِ مَرْيَمَ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا «Peyğəmbərlərdən vəhy risalətin təbliği haqda əhd-peyman aldığımızı yada sal. Səndən, Nuh İbrahimdən, Musa İsa ibn Məryəmdən möhkəm əhd-peyman aldıq».

5 Necə ki, Qurani-Kərimin Əraf surəsinin 172-ci ayəsində buyurulur: وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قالُواْ بَلى شَهِدْنَا «Sənin Allahının Adəm övladlarından onlar atalarının belində olduqları vaxt peyman aldığını onlarda fitri olan Allahı tanımağı tovhidi etiraf etmələri üçün onları özlərinə şahid tutduğunu yada sal. Sonra dedi: «Mən sizin Tanrınız deyiləmmiDedilər: «Bəli, şəhadət veririk ki, sən bizim Tanrımızsan». Lakin öz fitri əhd-peymanlarına vəfa etmədilər.

1 Öz ümmətinə onun peyğəmbərliyinin müjdəsini vermişdi. Qurani-Kərimin Səff surəsinin 6- ayəsində buyurulduğu kimi: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ İsa ibn Məryəmin «Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi elçi məndən əvvəlki Tövratı təsdiqləyənəm, məndən sonra adı «Əhməd» (səlləllahu əleyhi alih) olacaq peyğəmbərin müjdəsini verirəm» dediyini yada sal».

1 Peyğəmbərlər onun risalətini izhar etməli onun seçilməsini, sonuncu peyğəmbər olmasını peyğəmbərliyin onunla sona çatmasını öz ümmətlərinə xəbər verməli idilər.

2 Onun xəlq edilmişlər kimi bədən üzvləri məkanı olduğunu sanan «mucəssimə» tayfası kimi.

3 Allahın adlarını seçərək öz bütlərinə qoymuşdular. Bütpərəst ərəblər Allahdan Latı, Əzizdən Uzzanı, Mənnandan Mənatı götürərək onları öz budları hesab edirdilər.

4 Təbiəti planetlərin hərəkətinin, vaxtın ötməsinin bütün işlərin səbəbi olduğuna inanan materialistlər kimi. Bir sözlə, bu kimi batil din inanclar dünyanı zülmətə qərq etmişdi.

1 O Kitabın halalı: Maidə surəsinin 1-ci ayəsində olduğu kimi,

Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin