Bu hesabda elmi, tədris və başqa məqsədlər üçün materiallar, ərzaq məhsulları, sarğı vəsaitləri, təsərrüfat materialları və dəftərxana ləvazimatları, yanacaq və sürtkü materialları, yemlər, taralar, yolda olan materiallar, maşın və avadanlıqların ehtiyat hissələri və sair materiallar üçün alınır.
06 «Materiallar və ərzaq məhsulları» hesabına aşağıdakı subhesablar açıla bilər:
060 «Elmi, tədris və digər məqsədlər üçün materiallar»;
061 «Ərzaq məhsulları»;
062 «Dərman və sarğı materialları»;
063 «Təsərrüfat materialları və dəftərxana ləvazimatları»;
064 «Yanacaq və sürtkü materialları»;
065 «Yem və furaj»;
066 «Tara»;
067 «Sair materiallar»;
068 «Yolda olan materiallar»;
069 «Maşın və avadanlıqların ehtiyat hissələri» və başqaları.
060 №-li «Elmi, tədris və digər məqsədlər üçün materiallar» subhesabında reaktivlər və kimyəvi maddələr, şüşə və kimyəvi qablar, metallar, elektrometallar və radiometallar, fotoləvazimatlar, tədris proqramlarının, vəsaitlərinin və elmi işlərin nəşri üçün kağız, tədris və elmi-tədqiqat işləri üçün təcrübə altında olan heyvanlar və digər materiallar, həmçinin protezlər üçün işlədilən qiymətli və digər metallar uçota alınır.
Protezlər üçün işlədilən qiymətli metalların uçotu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə hazırladığı təlimata uyğun aparılır.
061 №-li «Ərzaq məhsulları» subhesabında idarələrin xərclər smetalarının 1.3.4 «Ərzaq məhsullarının alınması» yarımmaddəsində nəzərdə tutulan təxsisatlar hesabına əldə edilən ərzaq məhsulları uçota alınır.
Ərzaq məhsullarının analitik uçotu əmlakın (qiymətlilərin) uçotu kartı f № 1Q-də aparılır.
Mühasib həmin kartdan birini yekun kartı edə bilər, yəni bütün analitik kartların bütün göstəricilərinin ayrı-ayrılıqda toplayaraq yekun kartının eyni adlı göstəricilərində əks etdirə bilər. Yekun kartı özündə yalnız məbləğ uçotunu əks etdirir. Məhsullar çox müxtəlif çeşidlərdə olduğu hallarda mühasib əlifba sırası ilə kartoteka yarada bilər. Ərzaq məhsullarının da anbarda və istismarda uçotu materialların anbarda və istismarda uçotu kimi aparılır.
Ərzaq məhsullarının anbara mədaxili və anbardan məxarici ilk sənədlər əsasında memorial order f. № 3MO və memorial order f № 4MO formalarında qruplaşdırılaraq yekunlaşdırılır və mühasibata hesabat verilir.
Bu hər bir maddi-məsul şəxs tərəfindən həyata keçirilir.
062 №-li «Dərmanlar və sarğı materialları» subhesabında idarələrin xəstəxanalarda, müalicə-profilaktik və müalicə-veterinar təşkilatlarda və digər idarələrdə) 1.3.2 «Dərmanlar və sarğı ləvazimatlarının alınması» yarımmaddəsində nəzərdə tutulan təxsisatlar hesabına əldə edilmiş tibbi ləvazimatlar, komponentlər, bakteriyalı preparatlar, zərdablar, vaksinlər, qan, sarğı materialları və başqa dərmanlar uçota alınır.
Mühasibatlıqda tibbi ləvazimatların və sarğı materiallarının uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış şəkildə Azərbaycan Respublikasının müvafiq nazirlikləri tərəfindən dərc edilən təlimatlara uyğun olaraq aparılır.
063 №-li «Təsərrüfat materialları və dəftərxana ləvazimatları» subhesabında idarənin cari ehtiyacları üçün istifadə olunan təsərrüfat materialları və dəftərxana ləvazimatları (elektrik lampaları, sabun, şotka və s.), cari və əsaslı təmir üçün müəyyən edilmiş tikinti materialları uçota alınır. Bu subhesabda həmçinin idarənin xərclər smetasında 1.3 «Sair materialların alınması və xidmətlərin haqqının ödənilməsi (1.3.2 və 1.3.4 yarımmaddələrindən başqa) köməkçi maddəsində və 4.3 maddəsində tibbi ləvazimatlar və sarğı materiallarının alınması üçün təxsisatlar nəzərdə tutulmuşdursa, həmin təxsisatlar hesabına əldə edilən tibbi ləvazimatlar və sarğı materialları da uçota alınır.
İdarələrdə alınmış və eyni zamanda cari ehtiyaclar üçün verilmiş dəftərxana ləvazimatlarının (kağız, karandaş, mürəkkəb və s.), həmçinin tibbi materiallar və hazır dərmanların (qiymətli tibbi ləvazimatlardan başqa spirt, sarğı vasitələri və s. qiymətli tibbi ləvazimatlardan başqa) ümumi məbləği 063 №-li subhesabda mədaxil və məxaric sənədləri üzrə əks etdirilərək faktiki xərclərə silinə bilər. Bu qiymətlilərin əldə edilməsini və alınmasını təsdiq edən sənədlərdə bu materialları alan şəxslərin imzası olmalıdır.
Maliyyə, mühasibat, statistika, vergi və digər sahələr üzrə hesabat blankları (formaları) ilkin uçot sənədləri (ciddi hesabat blankları kimi istifadə edilən ilkin uçot sənədlərindən başqa) və bu sahələrdə istifadə edilən qanunlar, təlimatlar, qaydalar və digər hüquqi-normativ sənədlər anbardan istifadəçilərə istismara verildikdə anbardan verilən məxaric sənədləri əsasında faktiki xərclərə silinərək 20 və 21 №-li sintetik hesabların müvafiq subhesablarının debetində və 063 №-li subhesabın kreditində əks etdirilir.
Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan (müəssisələrin, idarələrin, təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən digər ilkin uçot sənədləri) digər sənədlər bu təlimatla deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin başqa təlimatları və qaydaları əsasında uçotda əks etdirilir.
064 №-li «Yanacaq və sürtkü materialları» subhesabında anbarlarda, həmçinin bilavasitə maddi məsul şəxslərdə olan bütün növ yanacaqlar və sürtgü materialları (odun, kömür, torf, benzin, ağ neft, mazut sürtkü yağları və b.) uçota alınır.
065 №-li «Yemlər» subhesabında mal-qara və digər heyvanlar üçün quru ot, yulaf, yem və furajın digər növləri uçota alınır.
066 №-li «Taralar» subhesabında boş, həm də içərisində maddi qiymətlilər olan dolu, həmçinin qaytarılası və dəyişdiriləsi taralar (çəlləklər, bidonlar, yeşiklər, şüşə qablar, butılkalar və s.) uçota alınır.
067 №-li «Sair materiallar» subhesabında toxumlar, gübrələr və digər materiallar uçota alınır. Bu subhesabda həmçinin idarələrdə büdcə vəsaiti hesabına saxlanılan işçi atlar olarsa, onlardan alınan bala heyvanlar (dayçalar) uçota alınır.
Bala heyvanlar alınmış qiyməti ilə mədaxil edilərək 067 №-li subhesabın debeti və 140 və ya 230 №-li subhesabın krediti üzrə əks etdirilir.
068 №-li «Yolda olan materiallar» subhesabında idarələr tərəfindən ödənilmiş, başqa şəhərlərdən göndərilən, lakin ayın axırında anbara daxil olmayan materiallar uçota alınır. Bu subhesabda həmçinin mərkəzi təchizat və təsərrüfat xidməti qrupunun anbarına mədaxil edilmiş və idarələr üzrə bölüşdürülməmiş materiallar uçota alınır.
Bu, subhesabda əks etdirilən məbləğ tərtib edilmiş lazımi sənədlərlə, xüsusilə yolda olan materiallar — yükün daxil olmamasını təsdiq edən stansiya və ya limanın ştampı olmaqla dəmir yolu və su nəqliyyatının qaiməsi ilə; mərkəzi təchizat və təsərrüfat xidməti qrupunun anbarında olan materiallar üzrə — müvafiq sənədlərlə təsdiq edilməlidir.
069 №-li «maşın və avadanlıqların ehtiyat hissələri» subhesabında maşınların (tibbi, elektron-hesablama və s.), avadanlıqların, traktorların kombaynların, nəqliyyat vasitələrinin və təmiri və köhnəlmiş hissələrinin dəyişdirilməsi üçün müəyyən olunmuş ehtiyat hissələri (motorlar, avtomobil şinləri, təkərlər də daxil olmaqla kamerlər və s.) uçota alınır.
Ehtiyat hissələrin analitik uçotu maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır. Köhnə (yararsız) ehtiyat hissələri təzəsi ilə əvəz edildikdə köhnələr hökmən anbara təhvil verilməlidir. Anbardar ilin sonunadək toplanmış köhnə (yararsız) ehtiyat hissələrini lazımi təkrar emal müəssisələrinə təhvil verməlidir.
Köhnə (yararsız) ehtiyat hissələri anbarda mədaxil qaimələri əsasında miqdar uçotu ilə uçota alınır. Mədaxil qaiməsinin bir surəti maddi-məsul şəxsə verilir. Maddi -məsul şəxs bərpa aktı ilə birlikdə həmin qaiməni mühasibata təqdim edir ki, köhnələr onun hesabından silinsin.
Alınmış materialların dəyərinə 06 №-li hesabın müvafiq subhesablarının debeti və 09, 10, 11, 16, 17 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Məsrəf edilmiş materialların dəyəri 06 №-li hesabın müvafiq subhesabının kreditində və 08, 20, 21 №-li hesabların müvafiq subhesablarının debetində əks etdirilir.
Materialların məsarifi müvafiq ilkin sənədlər əsasında memorial order F4MO qruplaşdırılaraq yekunlaşdırılır və mühasibata təhvil verilir.
Nazirliklərə və Baş İdarələrə icazə verilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada öz spesifikalarına uyğun hazırladıqları təlimat və ya uçot siyasəti əsasında öz mühasib uçotunu qursun və idarə etsin.