Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 3. Azqiymətli və tezköhnələn əşyalar



Yüklə 1,21 Mb.
səhifə11/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 3. Azqiymətli və tezköhnələn əşyalar

    Bu bölmədə anbarda və istismarda olan bütün növ azqiymətli və tezköhnələn əşyaların mövcudluğu və hərəkəti uçota alınır.
    Azqiymətli və tezköhnələn əşyaların tərkibində aşağıdakılar uçota alınır:
    07 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabına aşağıdakı subhesablar açıla bilər:

      a) Dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
      b) İstehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;
      v) Dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin dəyəri 500000 manatdan (bu hədd 01.01.96-cı ildən sonra alınanlar üçündür) aşağı olan əmək əşyaları;
      q) Dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri (trallar, bütün növ torlar və s.);
      d) Benzinmotorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb apırılan qızdırıcı evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vəsaitləri);
      e) Dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
      ə) Vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
      j) Vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
      z) Dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər;
      k) Dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar.

    07 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabına aşağıdakı subhesablar açıla bilər:

    • 070 №-li «Anbarda olan azqiymətli və tezköhnələn əşyalar»;

    • 071 №-li «İstismarda olan azqiymətli və tezköhnələn əşyalar»;

    • 072 №-li «Anbarda olan yumşaq inventarlar (ağlar, geyimlər, ayaqqabılar və yataq ləvazimatları)»;

    • 073 №-li «İstismarda olan yumşaq inventarlar (ağlar, geyimlər, ayaqqabılar və yataq ləvazimatları) və başqaları».

    070 №-li «Anbarda olan azqiymətli və tezköhnələn əşyalar» subhesabında onların dəyərindən asılı olmayaraq anbarda olan azqiymətli və tezköhnələn əşyalar uçota alınır.
    Azqiymətli və tezköhnələn əşyalar onların istifadəsindən asılı olaraq 070 №-li subhesabın debeti və 09, 10, 11, 16, 17 №-li hesabların müvafiq subhesablarının krediti üzrə əks etdirilir. Eyni zamanda 08, 20, 21 №-li hesabların müvafiq subhesablarının debeti və 260 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
    Vahidinin və dəstinin dəyəri əsas vəsaitlərin dəyərinin minimum həddinin limitinin (01.01.96-ci ildən 500000 manat) 1/20 hissəsi daxilində olan azqiymətli və tezköhnələn əşyalar istismara buraxılarkən 070 №-li subhesabın kreditinə və 260 №-li subhesabın debetinə yazılır. Bu əşyaların uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma 1Q-də hər bir maddi-məsul şəxs üzrə aparılır.
    Vahidinin və dəstinin dəyəri əsas vəsaitlərin dəyərinin minimum həddinin limitinin (bu hədd 01.01.96-ci ildən 500000 manat) 1/20 hissəsindən artıq olan azqiymətli və tezköhnələn əşyalar istismara buraxılarkən 071 №-li subhesabın debetinə və 070 №-li subhesabın kreditinə yazılır.
    Anbarda olan azqiymətli və tezköhnələn əşyaların uçotu maddi-məsul şəxslər tərəfindən əmlakın (qiymətlilərin) uçot kartı forma 1Q-də əşyaların adları və miqdarı üzrə aparılır. Bu əşyaların anbardan buraxılışı qiymətlilərin buraxılış tələbnaməsinə əsasən aparılır. Anbardan buraxılan zaman yumşaq inventarın üzərində idarənin, bölmənin adı, onların istismara verildiyi tarix göstərilməklə markalanır.
    Mühasibatlıqda 070 №-li subhesab üzrə analitik uçot maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma 1Q-də əşyaların adı üzrə aparılır.
    Mədaxil üzrə azqiymətli və tezköhnələn əşyalar uçot registrlərində mədaxil qaimələri əsasında əks etdirilir.
    071 №-li «İstismarda olan azqiymətli və tezköhnələn əşyalar» subhesabında istismarda olan azqiymətli və tezköhnələn əşyalar uçota alınır.
    Azqiymətli və tezköhnələn əşyaların hesabdan silinməsi onların tam köhnəlməsi zamanı müvafiq nazirliklər (baş idarələr) tərəfindən digər hesabdan silinməsi qaydaları müəyyən edilmədikdə, idarənin rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq aktlar əsasında aparılır.
    Sınmış qabların hesabdan silinməsi üçün sınmış qabların qeydiyyatı jurnalı aparılır. Jurnalda yazılışlar müvafiq maddi-məsul şəxslər tərəfindən aparılır. Daimi fəaliyyət göstərən komissiya jurnalın düzgün aparılmasına nəzarət edir və hər rüb (hər ay) idarənin rəhbəri tərəfindən təsdiq olunan sınmış qabların hesabdan silinməsi üçün akt tərtib edir.
    Sıradan (istismardan) çıxmış azqiymətli və tezköhnələn əşyalar silindikcə onların məbləğləri 071 №-li subhesabın kreditində və 260 №-li subhesabın debetində əks etdirilir.
    071 №-li subhesab üzrə azqiymətli və tezköhnələn əşyaların analitik uçotu maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma 1Q-də aparılır.
    «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq idarələrdə, müəssisələrdə, təşkilatlarda və digər təsərrüfat subyektlərində əmlakın və öhdəliklərin inventarizasiyası aparılır. İnventarizasiyanın nəticələri inventarizasiya cədvəllərində (f. № 401-də) öz əksini tapır.
    Azqiymətli və tezköhnələn əşyalar istər anbarda, istərsə də istismarda olduğu zaman onların analitik uçotu hər bir maddi məsul şəxs üzrə əmlakın (qiymətlilərin) uçot kartı f 1Q-də aparılır.
    Azqiymətli və tezköhnələn əşyalar da anbardan istismara verildikdə qiymətlilərin buraxılış tələbnaməsi f № 2Q (müəssisədaxili təsərrüfatlar, sexlər, şöbələr və s. təsərrüfat subyektləri) hər bir maddi-məsul şəxs tərəfindən doldurulur və müəssisə (idarə) rəhbərinin razılığı alındıqdan sonra anbara təhvil verilir. Anbardar bu tələbnamə əsasında qaimə f № 5Q tərtib edir və tələb olunan əşyaları istismara buraxır. Təsərrüfat daxilində təkcə qiymətlilərin buraxılış tələbnaməsi f № 2Q əsasında qaimə f № 5Q tərtib etmədən anbardan mal buraxılışına da icazə verilir. Bu zaman həmin tələbnamə 3 nüsxədə tərtib edilir (qələmlə və ya makinalarda). Bu nüsxələrdən biri anbardarda, biri maddi-məsul şəxsdə və qalan o biri nüsxə mühasibatlıqda qalır.
    072 №-li «Anbarda olan yumşaq inventarlar (ağlar, geyimlər, ayaqqabılar və yataq və ləvazimatları» subhesabında (səhiyyə, əhalinin sosial müdafiəsi, xalq təhsili və digər idarələrdə) uçota alınan əşyaların analitik uçotu hər bir maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma 1Q-də əks etdirilir.
    Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

      1) ağlar (köynəklər, xalatlar və s.)
      2) yataq ağları və ləvazimatları (döşəklər, yastıqlar, yorğanlar, döşək ağları, yorğan üzləri, yastıq üzləri, çarpayı örtüyü, yataq kisələri və b.);
      3) xüsusi geyimlər də daxil olmaqla paltar və üst geyimləri (kostyumlar, paltolar, plaşlar, yarımkürklər, donlar, koftalar, yubkalar, gödəkçələr, şalvarlar və b.);
      4) xüsusi geyimlər də daxil olmaqla ayaqqabılar (uzunboğaz çəkmələr, yüngül çəkmələr);
      5) idman geyimi və ayaqqabıları (kostyumlar, çəkmələr və b.).

    Göstərilmiş yumşaq inventarlar idarənin rəhbəri və mühasibatlığın işçisinin iştirakı ilə anbarın müdiri tərəfindən əşyanın xarici görünüşünü pozmamaq şərtilə idarənin adını göstərməklə yuyulmayan rənglə xüsusi ştamp vasitəsilə markalanır, əşyaların istismara verilməsi zamanı isə əlavə olaraq onların anbardan buraxılması tarixi göstərilir.
    Markalama ştampları idarənin rəhbəri və ya onun müavinində saxlanılmalıdır.
    Ağlar, yataq ləvazimatları, geyim və ayaqqabılar alınıb anbara mədaxil edildikcə 072 №-li subhesabın debeti və 09, 10, 11, 16, 17 №-li hesablarının müvafiq subhesablarının krediti üzrə əks etdirilir. Eyni zamanda 20, 21 №-li hesabların müvafiq subhesablarının debeti və 260 №-li subhesabın krediti üzrə mühasibat yazılışları verilir.
    Mühasibatlıqda 072 №-li subhesab üzrə analitik uçot maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    Vahidinin və dəstinin dəyəri əsas vəsaitlərin dəyərinin minimum həddinin limitinin (bu hədd 01.01.96-cı ildən 500000 manatdır) 1/20 hissəsi qədər azqiymətli və tezköhnələn əşyalar istismara verildikcə 072 №-li subhesabın krediti və 260 №-li subhesabın debeti üzrə əks etdirilir.
    Vahidinin və dəstinin dəyəri əsas vəsaitlərin dəyərinin minimum həddinin limitinin (bu hədd 01.01.96-cı ildən 500000 manatdır) 1/20 hissəsindən yuxarı olan istismara verilmiş ağlar, yataq ləvazimatları, geyimlər və ayaqqabılar 073 №-li subhesabın debetinə və 072 №-li subhesabın kreditinə yazılır.
    Ağların, yataq ləvazimatlarının, geyimlərin və ayaqqabıların uçotu qaydası nazirlik və baş idarələrin təlimatları ilə təyin edilir.
    073 №-li «İstismarda olan yumşaq inventarlar (ağlar, geyimlər, ayaqqabılar və yataq ləvazimatları» subhesabında istismarda olan yumşaq inventarlar (ağlar, geyimlər, ayaqqabılar, yataq ləvazimatları və digər yumşaq inventarlar) uçota alınır.
    Ağların, yataq ləvazimatlarının, geyimlərin və ayaqqabıların və digər yumşaq inventarların analitik uçotu maddi-məsul şəxslər üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    Yumşaq inventarların (ağların, geyimlərin, ayaqqabıların və yataq ləvazimatlarının) uçotu qaydaları nazirliklər və baş idarələr tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış təlimata uyğun həyata keçirilir.
    Yararsız vəziyyətə düşmüş ağlar, yataq ləvazimatları, geyimlər, ayaqqabılar və digər yumşaq inventarların hesabdan silinməsi əmlakın (qiymətlilərin) ləğvi aktı F № 3Q əsasında həyata keçirilir.
    İstismardan çıxmış ağların, yataq ləvazimatlarının, geyimlərin, ayaqqabıların və digər yumşaq inventarların məbləğləri 073 №-li subhesabın kreditində və 260 №-li subhesabın debetində əks etdirilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin