Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat



Yüklə 1,21 Mb.
səhifə6/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   2   3   4   5   6   7   8   9   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 2. Material ehtiyatları

    Bu bölmənin hesablarında istehsalat (tədris) emalatxanalarının məmulatları, yardımçı kənd təsərrüfatı (tədris) məhsulları, quraşdırılası avadanlıqlar, tikinti materialları, elmi-tədqiqat işlərində, laboratoriya sınaqlarında uzun müddət istifadə edilən materiallar, təsərrüfat müqavilələri üzrə elmi-tədqiqat işləri üçün xüsusi avadanlıqlar, cavan və kökəldilməkdə olan heyvanlar, elmi, tədris və başqa məqsədlər üçün materiallar, ərzaq məhsulları, tibbi materiallar və sarğı vəsaitləri, təsərrüfat materialları və dəftərxana ləvazimatları, yanacaq və sürtkü materialları, yemlər, taralar, yolda olan materiallar, maşın və avadanlıqlar üçün ehtiyat hissələri və sair materiallar uçota alınır.
    Bütün yuxarıda göstərilənlərlə birlikdə xammallar, əsas və köməkçi materiallar, yanacaq, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, məhsulların (malların) qablaşdırılması və daşınması üçün istifadə olunan taralar və digər material ehtiyatları uçotda onların faktiki maya dəyəri üzrə əks etdirilir.
    Material ehtiyatlarının faktiki maya dəyəri, malsatanların kreditə verdikləri həmin ehtiyatlar üçün faizləri, təchizat, xarici iqtisadi təşkilatlara ödənilən əlavələr (üstəliklər), komisyon haqları, mal birjaları xidmətlərinin dəyəri, gömrükxana rüsumu, kənar təşkilatların qüvvələri ilə həyata keçirilən daşınma, saxlanma xərcləri və sair xərclər də daxil olmaqla onların alınmasına çəkilən xərclərdən (əlavə dəyər vergisi çıxılmaqla) asılı olaraq müəyyən edilir.
    İstehsala silinən material ehtiyatlarının faktiki maya dəyəri ehtiyatların qiymətləndirilməsinin metodlarından biri ilə (orta maya dəyəri üzrə, vaxta görə birinci alınanların maya dəyəri üzrə, vaxta görə sonuncu alınanların maya dəyəri üzrə) müəyyənləşdirilir.
    Material ehtiyatları uçotunun əsas vəzifələri aşağıdakılardan ibarətdir: bütün maddi qiymətlilərin qorunmasından; hərəkətinin və düzgün istifadəsinin təminatından; ehtiyat və xərclərin təyin olunmuş normasına riayət edilməsindən; təyin olunmuş qaydada satılası istifadə olunmayan materialların vaxtında müəyyən edilməsindən; idarənin anbarında olan qalıq haqqında dəqiq məlumat alınmasından.
    Maddi qiymətlilərin qorunub saxlanması və onların uçotunun düzgün təşkilini təmin etmək məqsədilə idarənin anbar uçotunu lazımi qayda ilə təmin etmək zəruridir. Maddi qiymətlilər xüsusi düzəldilmiş otaqlarda (anbarlarda) mühafizə olunmalıdır. Maddi qiymətlilərin anbarlarda yerləşdirilməsi qaydası onların qəbulu, verilməsi və inventarizasiya edilməsi üzrə əməliyyatların sürətliliyini təmin etməlidir. Maddi qiymətlilərin qəbulu, qorunması və buraxılmasına cavabdehlik idarənin rəhbərinin əmri ilə təyin edilmiş müəyyən maddi-məsul şəxsə həvalə edilir. Bu şəxslər dəyişilən və ya məzuniyyətə göndərilən zaman anbar inventarizasiya olunmalı və idarənin rəhbərinin təsdiq etdiyi qəbul-təhvil aktı tərtib olunmalıdır.
    Maddi qiymətlilərin mühafizə olunduğu yerlər zəruri çəkici avadanlıqlarla, ölçü cihazları ilə, ölçü taraları və digər nəzarət aparatları ilə təmin olunmalıdır.
    Materialların, malların və məhsulların analitik uçotu (anbarda və istismarda /maddi-məsul şəxslərdə/ olanda) əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də əks etdirilir.
    İdarənin (müəssisənin) bütün növ əmlakının uçotunu əmlakın (qiymətlilərin) uçot kartı f. № 1Q-də aparmaqla uçotu xeyli sadələşdirmək mümkündür. Bu inventarizasiya zamanı işçi qruplarına xeyli kömək edir və idarənin işini asanlaşdırır.
    Mühasibatlıq sistematik olaraq anbarda olan material qiymətlilərinin daxil olmasına və xərclənməsinə nəzarət edir, həmçinin materialların uçotu üzrə öz qeydlərini anbarın qeydləri ilə üzləşdirir.
    Mədaxil üzrə materiallar və yeyinti məhsulları uçot registrlərinə ilkin sənədlərin (hesablar, aktlar və s.) əsasında yazılır. İlkin sənədlərdə material və yeyinti məhsulları kim tərəfindən daxil olmuşdur, adı, növü, miqdarı (çəkisi), qiyməti, məbləği, anbara daxil olduğu tarix, bu qiymətliləri qəbul edən maddi-məsul şəxsin imzası və başqa lazımi göstəricilər öz əksini tapmalıdır.
    Malsatanın sənədlərinin göstəricilərində uyğunsuzluq olduğu hallarda (səhv olduqda, mal çatışmadıqda və s.) malsatanın, alıcının və marağı olmayan təşkilatın nümayəndələrinin iştirakı ilə üç nüsxədə akt tərtib edilir və istifadəçilərə təqdim edilir. Münaqişəli hallar qüvvədə olan qanunvericilik aktları ilə tənzimlənir.
    Materiallar anbardan idarə rəhbrinin təsdiq etdiyi sənədlər üzrə verilir. Materialların verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

    • qiymətlilərin buraxılış tələbnaməsi f. № 5Q təsərrüfatdaxili alıcı (sex, şöbə və başqaları) tərəfindən tərtib edilir və idarə rəhbərliyinin razılığı alındıqdan sonra anbara təqdim edilir. Anbardar tələb olunan qiymətlilərin qalıqlarını anbarda yoxlayaraq, imkan daxilində alıcının tələbini ödəyən və buraxılan qiymətlinin miqdarını yazı ilə göstərir.

    Qaimə f. № 2Q həm təsərrüfatdaxili, həm də kənara (alıcılara və sifarişçilərə) buraxılan eyni zamanda həm təsərrüfatdaxili, həm də kənardan (malsatan və podratçıdan) daxil olan qiymətlilər üçün tərtib edilir və lazımi imzalarla təsdiq edildikdən sonra istifadəçilərə təqdim edilir.
    Müalicə-profilaktik idarələrə verilən yeyinti məhsullarının, tibbi ləvazimatların və sarğı vasitələrinin hərəkətinin uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təlimatı ilə müəyyən edilmiş sənədlər üzrə həyata keçirilir.
    Anbar uçotunu aparan məsul şəxs hər ay «Qiymətlilərin buraxılış tələbnaməsi» f № 5Q və Qaimə f № 2Q ilə anbardan məxaric etdiyi əmlakı «Memorial order f № 4MO»-da qruplaşdıraraq yekunlaşdırır və mühasibata hesabat verir. Kənardan «Malsatan və podratçılardan» anbara qaimə f № 2Q ilə mədaxil edilmiş qiymətliləri «Memorial order f № 3MO»-da qruplaşdıraraq yekunlaşdırır və mühasibata hesabat verir. Mühasib anbarın həm mədaxili, həm də məxarici üzrə memorial orderləri qəbul etdikdən sonra qiymətlilərin müvafiq subhesablarda əks olunmasının doğruluğunu və ümumiyyətlə anbar hesabatının doğruluğunu yoxlayır və təhvil alır.
    Yanacaq və sürtkü materialları üzrə maddi-məsul şəxs yanacaq və sürtkü materiallarının məsarifini avtomobillərin yol vərəqələrinə əsasən hesablanır. Yanacaq və sürtkü materialları hər bir növ avtomobil üçün təyin olunmuş normalar əsasında hesablanır. Yanacaq və sürtkü materialları üzrə maddi-məsul şəxs yol vərəqələri əsasında «Yanacaq və sürtkü materiallarının məsarifi cədvəli f № 1YSM» tərtib edir və vaxtlı-vaxtında mühasibata təqdim edir.
    Material və yeyinti məhsullarının hesabdan silinməsi onların alınma qiyməti ilə və ya eyni adlı material və yeyinti məhsulları müxtəlif qiymətlərə alınarsa, orta qiymətlə həyata keçirilir.
    Həm boş, həm də içərisində maddi qiymətlilər olan qaytarılası və ya dəyişdiriləsi taralar (çəlləklər, bidonlar, yeşiklər, butılkalar və s.) müvafiq qrup və ya növə görə, mal satanın hesabında göstərilən qiymət üzrə uçota alınır.
    Taraların uçotu, qorunması, qaytarılması, alınması, satılması, silinməsi və s. müvafiq normativ sənədlərlə tənzimlənir.
    Material ehtiyatlarının uçota alınması üçün aşağıdakı hesablar təyin edilmişdir: 03 №-li «Məhsullar və məmulatlar», 04 №-li «Avadanlıqlar, tikinti materialları və elmi-tədqiqat işləri üçün materiallar», 05 №-li «Cavan və kökəldilməkdə olan heyvanlar», 06 №-li «Materiallar və ərzaq məhsulları».


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin