İMAM HÜSEYN (Ə)-IN MATƏMİ
Bütün peyğəmbərlər İmam Hüseynə (ə) ağlayıblar. İmam Hüseynə beş cür (beş formada) əza saxlayıblar.
Tarixdə on beş mümunə vardır ki, Həzrəti Adəm (ə) yarandıqdan sonra, İmam Hüseyn (ə) dünyaya gəlmədən öncə Peyğəmbərlər ona əza saxlayaraq ağlayıblar. İmam Hüseyn (ə) özü dünyaya gəldikdən sonra Peyğəmbər (s), Əli (ə) Fatimə (s), Ummu Sələmə, İmam Həsən (ə), hamısı Hüseynə əza saxlayıblar. Onların da tarixi bizim əlimizdədir. Peyğəmbərlərin də əza saxlaması haqqında külli-miqdarda hədislər var. İbrahim (ə), Nuh (ə), İsa (ə), Zəkəriyya (ə) da ağlayıblar.
Zəkəriyya peyğəmbər qocalmışdı. Amma evladı yox idi. Bir gün Beytül-müqəddəsdə ikən buyurdu: İlahi müqəddəs olan adları mənə söylə. Allah müqəddəs olan adları ona buyurdu. Gəlib Mühəmməd (s), Əli (ə), Fatimə (s) və Həsən (ə) -a çatdı. Bu adları dedikdən sonra Zəkəriyya (ə) buyurdu ki, bütün qəmlərim çəkildi və yüngülləşdim. Elə bil ki, dünyaya sanki, yenidən gəldim. Bundan sonra isə İmam Hüseyn (ə)- ın adı çəkildi. Hüseynin adı deyilərkən halım dəyişdi, boğazım qəhərləndi, məni ağlamaq tutdu. Dedim, İlahi bunlar kimilərin adlarıdır ki, hər birinin adı gələndə bir hala düşürəm. Hüseynin adına çatdıqda isə mənim vəziyyətim dəyişdi. Allah bu adlar haqqında bir-bir məlumat verir. Kərbəla hadisəsini Allah Zəkəriyaya bəyan etdikcə oda ağlayırdı. Sonra isə Zəkəriyya (ə) elə orada Allahdan xahiş edərək buyurur:
-«İlahi, mənə də bir oğlan ver və o, böyüdükdən sonra onu mənim əlimdən al! O da şəhid olsun və mənim də ürəyim Mühəmməd (s) -ın ürəyi kimi qəmlənsin.»
-Allah Zəkəriyyaya Yəhya adlı bir oğul verdi. Yəhya peyğəmbər (s) cavan ikən başı nizəyə vuruldu.
Başı nizəyə vurulan iki insan vardır. Biri İmam Hüseyn (ə), ikincisi isə Yəhya (ə). Yəhya da altı aylıq dünyaya gəlib, İmam Hüseyn (ə)- da. Kitablarda da qeyd edilib ki, onların oxşarlıqları çoxdur.
İmam Həsən (ə) dünyadan köçərkən Hüseyn (ə)- ı bağrına basaraq ağladı. Buyurdu: Ya Hüseyn (ə), Kərbəlada sənin başına gətiriləcək müsibətlər gözümün qabağından keçir. Sonra ağlaya-ağlaya buyurdu: Ya Əba Əbdillah, heç kəs sənin dadına çatmayacaq. İmam Həsən (ə) Hüseynin rövzəsini deyə-deyə dünyadan köçdü.
Bunlar hamısı baş verib. Allah bir rövzəni də qiyamətə saxlayıb. O rövzə qiyamət günü oxunacaq. Onun isə nə zaman olacağını Peyğəmbər (s) bizə buyurdu: «Fatimə (s) bir neçə xanımla məhşərə gəldikdə, ona deyiləcək ki, buyur Cənnətə daxil ol! Fatimə (s) buyuracaq yox getmərəm. Bilmək istəyirəm ki, məndən sonra oğlum Hüseynin başına hansı müsibətlər gətirilmişdir. Həzrəti Zeynəb Şamda olarkən Yəzidə: «Yəzid, qiyamət günü qurulacaq məhkəmədən qorx! Allah orada hakim olacaq. Fatimə (ə) qarşında dayanacaq. Yerin üzərindən, göyün altından hara qaçacaqsan!?»- deyə söyləmişdi. İndi ki, Cənnətə daxil olmursan və bilmək istəyirsən, onda bax Hüseyninə!
Rəvayətlərdə var ki, Zəhra (s) məhşərə əlində Hüseynin (ə) qanlı köynəyini tutmuş halda gələcək və məhşər səhnəsində imam Hüseynin əzası qurulacaq. Həmin gün biz hamımız orada bu hadisəni görəcəyik. Orada Fatimə (s)-ə xitab olunacaq ki, ya Fatimə bax Hüseyninə! Xanım görəcək Hüseyn (ə) camaatın arasında dayanıb, amma başı bədənində yoxdur.
Peyğəmbər (s) buyurur: «Qızım fatimə həmin gün o qədər ağlayacaq ki, mən də ona qoşulacam, mələklər də peyğəmbərlər də ona qoşulacaqlar. Hüseynin rövzəsi oxunduqdan sonra xanım Cənnətə daxil olacaq.»
Dostları ilə paylaş: |