Бяйляр ялийев – 60


DÜNYANIN SONU NECƏ OLACAQ?



Yüklə 0,94 Mb.
səhifə10/10
tarix17.11.2018
ölçüsü0,94 Mb.
#82695
1   2   3   4   5   6   7   8   9   10

DÜNYANIN SONU NECƏ OLACAQ?

(müsahibə)
- Bəylər müəllim, siz deyirsiniz ki, dün­yanın sonuna hələ çox vaxt var, amma dünyanın sonu olacaq. Bunu nə ilə əsaslandırırsınız?

- Bəli, hər şeyin sonu olduğu kimi dünyanın da sonu olacaq. Qeyd etdiyim kimi dünyanın sonu haqqında bütün dinlərin müqəddəs kitablarında xəbərdarlıq edilir və əlamətləri sada­la­nır. Qeyd edilən əlamətlərin əksəriyyəti Yer kürə­sin­də baş verəcək əlamətlərdir. Bu məlumatlara görə Dəğcəl adlı birisi uzaq adadan çıxıb gələcək. O, yer üzündə qırx gün hökmranlıq edəcək və bu müddət ərzində Yeri viran edəcək. İsa peyğəmbər göydən enib Dəğcəli nizə ilə öldürəcək. Sonra qırx il ər­zində Yer üzündə məhəbbət və səadət hökm sürə­cək. İsrafil surunu üç dəfə çalacaq və dünyanın sonu olacaq və s.

Mən istəyirəm kosmik fəzada baş verən dəyişikliklər haqqında söhbət açım. Kosmik ha­disələri, Günəş sistemində, planetlərdə və s. baş verənləri analiz etməklə isbat etmək mümkündür.

Bunun üçün ənənəvi kosmik nəzəriyyələr­dən uzaqlaşmaq lazımdır. Bütün kosmik hadisələri N.Nyuton «cəzb nəzəriyyəsi» baxımından yox, «neytrinonun cəzb» və «fotonun əks» qüvvələri nəzəriyyəsi ilə yanaşmaqla izah etmək olar.

- Nə üçün siz belə hesab edirsiniz?

- Bu inam mənə o zərrəciklərin xüsusiy­yət­lərindən gəlir. İnsana məlum olan bütün zərrə­cik­lərin içində yalnız fotonlar itələmək qabiliy­yə­tinə malikdir. Onların rahat qalması mümkün deyil. Fo­tonlar daima hərəkətdədir və buna görə alimlər onun kütləsini ölçə bilmirlər. Onun əksinə olaraq neytrinolar yeganə zərrəcik­lərdir ki, maqnit kimi cəzb etmək qabiliyyətinə malikdir. Əgər maqni­tin cəzbi Yer kürəsində mövcud olan cisimlərin kiçik bir hissəsini əhatə edirsə, neytrino bütün kos­mik fəzanın cisimlərini cəzb etmək qabiliyyətinə malik­dir. Neytrino üçün kainat şəffafdır. O planetləri, ulduzları qalakti­ka­ları dəlib keçir və cəzb edir.

Neytrinonun kütləsi elmə məlumdur. Ney­trino insanı məlum olan ən yüngül zərrəcik olan elektrondan 30 min dəfə yüngüldür. Neytrinonun kütləsini Lyubimov adlı alim müəyyən etmişdir və kainatda bir santimetrin kubunda 450 neytrino aş­karlamışdır. Neytrino dünyada mövcud olan zərrə­ciklərdən 10 dəfə çoxdur. Yalnız fotonlar neytrino­nu bir qədər üstələyirlər. Neytrino haqqında ensik­lo­pediyalarda məlumat var və orada astronomi­ya­nın yeni səhifəsi olan «Neytrino astronomiyası» haqqında məlumat yerləşdirilmişdir.

Hər kəs bilir ki, işığın, yəni fotonun sürəti saniyədə 300 min kilometrdir. Son tədqiqatlar za­manı müəyyən olunmuşdur ki, neytrinonun surəti fotonun surətini üstələyir.

- Qeyd etdiyiniz məlumatların dünyanın axı­rı ilə nə əlaqəsi var?

- Çox gözəl sualdır! Ənənəvi nəzə­riyyə ilə ulduz və planetlər kainatda toz-duman şək­lində mövcud olan cisimlərdən yaranıblar. As­tro­nomlar kainatda partlayan ulduzları müşahidə edir­lər. Frid­man, Eynşteyn və digər dünya elminin kori­fey­lərinin nəzəriyyəsi ilə planetlər ulduzlar və qalak­tikalar «böyük partlayışın» məhsuludur və o dövr­dən astranomiyaya «partlayan kainat», «qay­nar kai­nat», «genişlənən kainat» və s. terminlər da­xil olub.

Astronomlar bu «partlayan və qaynar kai­na­tı» müşahidə edirlərsə də, onun mexanizmini izah edə bilmirlər. Çünki dünya cəzbi haqqında yanlış fikir buna imkan vermir. Hələ bir neçə əsr bundan əvvəl, dünya cəzbinin əsasını maqnetizma bağla­yan insanların fikrini şərh edərək, tərəq­qi­pərvər alimlər belə hesab edirlər ki, kainatda yalnız cəzb etmə qüvvəsi ilə bitmir. Belə olsaydı bütün göy cisimləri bir-biri ilə birləşib böyük bir kütlə yaradardı. Cəzb qüvvəsinin əksi olan elə qüvvə var ki, onun vasitəsi ilə göy cisimləri mövcud vəziy­yət­dədirlər. Onlar haqlı idilər. Kainatda müşahidə olunan partlayışlar bu fikri daha da aktuallaşdırır və bu «qüvvəni» tapmaq üçün biz partlayışın me­xanizmini öyrənməliyik.

Ömür boyu araşdırmalar apararaq müəyyən etmişəm ki, bütün partlayışların əsasını yuxarıda qeyd olunan zərrəciklər təşkil edir. Göy cisimləri mikro aləmdə olduğu kimi bir-biri ilə toqquşurlar və alışaraq yüksək hərarətə (milyardlarla dərəcəyə) çatanda fotonun itələmə gücü artır və cəzb etmək qüvvələrini üstələyərək partlayış törədir. Bu part­layışın özəyi, yəni ən qaynar hissəsi fotonların iki qat təzyiqi nəticəsində (ikiqat ona görə deyirəm ki, ayrılıqda partlamış kütlə və partlayışın ən qaynar hissəsi olan özək «rəqibə» çevrilərək bir-birini iki dəfə artıq qüvvə ilə itələyir və ayrılır) yüksək sürətlə ayrılır. Partlayışın ən qaynar hissəsi olan «özək» kainatda müşahidə olunan «Neytron» ul­duzlardır. «Neytron» ulduzlar ən gənc ulduz­lardır və mavi rəngdə işıq saçırlar. Onların sürəti o qədər yüksək olur ki, partlayış yerindən qalaktika daxi­lində uzaq məsafələrə gedib çıxırlar, hətta qalakti­kanı da tərk etməyə qadirdilər. «Neytron» ulduzlar nadir ulduzlardan sayılır, çünki kainatda partla­yış­lar da tez-tez olmur.

Qalaktikanın daxilində ulduzlar arası və kai­natda qalaktikalar arası partlayışlar bu mexanizmlə baş verir. Fridman, Eynşteyn və digər alimlər haqlı olaraq «Böyük partlayışın» baş verdiyini isbat etməklə izah olunan partlayış mexanizminin doğru olmasını təsdiq edir.

Onu da qeyd edim ki, işıq saçan ulduzlar heç vaxt toqquşa bilməz, çünki foton təzyiqi on­ların toqquşmasının qarşısını alır. Toqquşma pla­netlər kimi sönmüş ulduzlar və qalaktikalar arasın­da baş verir. Günəş sisteminin planetləri də sön­müş ulduzlardır. Alimlər müşahidə etdikləri ulduz­lar məsafəsindən Günəşə baxsalar, yalnız Günəşi görərlər. Teleskoplar vasitəsi ilə planetləri görmək mümkün deyil. Alimlər ulduzu, qalaktikanı əhatə edən sönmüş ulduzları və qalaktikaları «Tac» (ka­rona) adlandırırlar. Partlayışla yaranan yeni ulduz­lar və qalaktikalar adətən heç bir ulduz və qalak­tika olmayan ərazilərdə baş verir.

Sönmüş ulduzlar, mikro aləmdə müxtəlif zər­rəcikləri qarışdıranda reaksiya getdiyi kimi, bir-biri ilə toqquşaraq alışaraq güclü enerji sərfiyyatı baş verir. Bunun nəticəsində hərarət milyardlarla də­rəcəyə yüksəlir. Həmin proses zamanı güclü foton və neyrino ifrazatı baş verir. Foton ifrazatı toqquşma ərazisi daxilindədirsə, heç bir itkiyə mə­ruz qalmır. Elə həmin göy cisimlərin daxilində udu­lur. Nəticədə partlayış təzyiqi yaranır. Foton if­razatı toqquşmuş göy cisimlərinin xaricinə çıxan­da, yəni qaynar maqma üzə çıxanda o kainata ya­yıl­mağa başlayır.

Neytrino ifrazatı isə əksinə. Toqquşma baş verən andan yarandıqca kainata yayılmağa baş­layır, çünki neytrinolar üçün kainat şəffafdır. Onlar hər bir göy cismini sərbəst, maneəsiz dəlib keçir­lər. Hər iki zərrəciklərin ifrazatı eyni vaxt baş ver­diyinə görə foton və neytrinonun balansı pozulur. Hərarət artdıqca neytrinonun gücü itkiyə gedir, fo­tonun təzyiq gücü artaraq neytrinonun cəzb etmək gücünü üstələyir və nəticədə partlayış baş verir. Part­layış zamanı yaranan parçalar partlayış yerin­dən işıq sürəti ilə aralaşır. Parçaların işıq sü­rəti ilə aralanmasına fotonların səbəb olmasının bir sübu­tudur…

Ümumiyyətlə ulduz və qalaktikalar top­laş­malarında alimlər uyğunluq müşahidə edirlər. Belə ki, hər ikisində şara bənzər düzgün olmayan və s. formalar mövcuddur. Adətən «qocalmış» ulduzlar və qalaktikalar şara bənzər formalarda üstünlük təşkil edir və partlayışlar daha çox bu toplantılarda baş verir.



- Bunun dünyanın axırına nə aidiyyatı var?

- Sizin sualınıza etiraz edərək bil­di­ri­rəm ki, Günəş sistemi və Yer kürəsi kainatın bir hissəsidir və onlarda partlayış zamanı yaranan göy cisimlə­ri­dir. Mən sizə göy cisimlərinin yaran­ma­sını, təka­mül­lünü cəzb etmək və s. mexanizmini izah etdim. Bu mexanizmlə «silahlanaraq», kainat­da müşahidə edilən bütün proseslərə cavab tapmaq mümkündür, heç bir sual açıq qalmır.

Bu nəzəriyyə ilə belə nəticəyə gəlirik ki, ka­i­­­natda olan bütün göy cisimlərinin təkəmmülü toq­quş­ma ilə başlayır. Hərarət yüksəldikcə, foton təz­yiqi artıq və neytrino cəzbini üstələyərək partla­yış baş verir. Bu partlayış nəticəsində qaynar hissə­lər biri-birindən işıq sürəti ilə ayrılaraq ulduzlara çev­rilirlər. Partlayış oradakı kütlənin həcmindən və hə­rarətindən asılı olaraq ayrı-ayrı parçalarda da­vam edə bilər.

Kiçik partlayışlarla bərabər, böyük partla­yış­lar da baş verə bilər. Bu partlayışda yüz min­lər­lə qalaktikalar iştirak edə bilər. Belə «böyük part­layış»ı 20-ci əsrin əvvəlində astronomlar aş­kar­lamışdırlar.

- Siz deyirsiniz ki, sönmüş ulduzlar və qa­lak­tikalar toqquşaraq yeni ulduzlar və qalakti­ka­lar yaradırlar. Əgər onlar artıq sönmüş ulduz və qa­lak­tikalardırsa, onlar yenidən hansı enerji ilə alı­şırlar?

- Çox gözəl sualdır. Biz bir kimyəvi ele­men­ti digəri ilə qarışdıranda reaksiya başlayır və ye­kunlaşır. Oraya yeni bir maddə əlavə edərək reak­siyaları saysız-hesabsıza qədər davam etdir­mək olar və hər dəfə reaksiya zamanı dəyişikliklər, ener­ji sərfiyyatı, rəng və tərkib dəyişmələri və s. yeniliklər baş verir. Fizikada belə bir qanun var, enerji itmir, o bir formadan digər formaya keçir.

- Özünüz deyirsiniz ki, yeni kimyəvi reaksi­yanı aparmaq üçün yeni maddə lazımdır?

- Bu sualınız da çox xoşuma gəldi. Bəşər in­sanı kainatı öyrənməyə başlayanda, onu düşündü­rən bir sual var idi: - görəsən kainat açıq­dır, yoxsa qapalı? Yəni kainatın sonu varmı, yoxsa o sonsuz­dur? Müasir dövrdə insanların başı kai­nat­da gedən proseslərə o qədər qarışıbdır ki, bu sual unudulub və hələ də açıq qalır. Əgər bu yeni nə­zəriyyə ilə «silahlansaq», belə qərara gəlmək olar ki, kainat açıqdır, onun sonu yoxdur.

Kainatdakı təkəmmülü təmin etmək üçün ye­ni enerji mənbəyi lazımdır. Yeni «mənbə» isə kim­­yəvi prosesdə olduğu kimi yeni «maddənin» əla­və olunması ilə baş verir.

Kainatı mükəmməl öyrənmək üçün mikro alə­mi mükəmməl öyrənmək lazımdır. Mikro aləm­siz Makro aləm mövcud ola bilməz. Mikro aləm Makro aləmin tərkibidir. Əldə etdikləri nailiy­yət­lə­rə baxmayaraq, bəşər insanının qarşısında araşdı­rılacaq çox problemlər var…

Ümumiyyətlə insan bəşər aləmində orta möv­qeyindədir.

Məsələn: Müasir dövrdə insan milyonlarla işıq ili uzaqlığındakı obyektləri müşahidə imkanı əldə edib. İnsan heç vaxtı oraya gedib çata bilməz. Kainatın sonu da görünmür və görünə də bilməz. Çünki kainat sonsuzdur. Sonsuzluğu belə təsəvvür etmək olar.

Məsələn: Bizim Yer kürəsi kainat miqya­sında insana məlum olan bir zərrəcikdir. Zərrəcik­də yaşayıb kainatı öyrənmək istəyirik. Bu absurt­dur! Gəlin işıq ili anlayışına aydınlıq gətirək.

İşıq ili astronomiyada metr, kilometr kimi ölçü vahididir. Bu vahid işığın, yəni fotonun sürətindən götürülüb. Biz bilirik ki, fotonun sürəti saniyədə 300 min kilometrdir. Görün o bir dəqi­qəyə, saata, günə, aya və s. nə qədər məsafə fəth edə bilər. Təsəvvür edin ki, foton bir ilə nə qədər mə­safəni fəth edir. Həmin məsafə işıq ili adlanır. Astronomiyada «işıq ilini» «parsek» də adlan­dırır­lar.

Götürək mikro aləmi. Mikro aləmdə insana məlum olan ən kiçik zərrəciklər elektrondur. Foton və neytrino elektrondan 30 min dəfə balacadır. Əgər biz onların xüsusiyyətlərinə fikir versək, mə­sələn fotonun itələmək qabiliyyəti var, neytrinonun cəzb etmək. Bizə elə gəlir ki, onların özləri bütöv­lükdə cəzb edir, yaxud itələyir. Lakin dərindən düşünərək fikir versək, bu belə deyil. İlk növbədə foton və neytrinonun mikroskopda görünməsi üçün, işıq saçmalıdır ki, biz onu görək. Deməli ən kiçik zərrəciklərin də tərkibində müxtəlif funk­siyanı yerinə yetirən zərrəciklər var. Sadəcə insan təfəkkürünə onlar məlum deyil…

Uzaq tarixdə insan elə düşünürdü ki, bütün cisimlər xırda və bölünməz zərrəciklərdən ibarət­dir. Bu zərrəcikləri «atom» adlandırdılar, tərcüməsi də «bölünməz» deməkdir.

Müasir dövrdə «atomdan» on minlərlə dəfə kiçik zərrəciklər məlum olub, hətta məlum olan ən kiçik zərrəciklərin tərkibi müxtəlif funksiyalar ye­rinə yetirirsə biz onların «bütövlüyünə», «bölün­məz­liyinə» şübhə ilə yanaşmalıyıq. Bu fakt bizə əsas verir ki, mikro aləmin sonsuzluğunu söyləyək, çünki öyrəndiyimiz mikro aləmdə ən xırda zər­rə­ciklərin «atom» olduğuna şübhə ilə yanaşma­lı­yıq…

Beləliklə, inamla söyləmək olar ki, insan kainatda orta mövqedədir. Onun üçün kainat və mikro aləm sonsuzdur. O heç vaxt bu sonsuzluqları fəth edə bilməz. Onun əldə etdikləri nailiyyətlər və biliklər bununla bitir, çünki müasir texniki tərəqqi insanın əldə edəcək yeni nailiyyətlər «funda­men­tal» olmayacaq. İnsan dönüb arxaya baxmalıdır və indiyə qədər əldə etdikləri nailiyyətlərin «qaranlıq» qalan sahələri: məsələn, «partlayan kainatı», uçan naməlum obyektləri, fəsillərin dəyişməsinin səbə­bi­ni və s. aydınlaşdırmalıdır və öyrənməlidir.

- Fəsilin dəyişməsinin kainata nə aidiy­yatı var? Bu Yer kürəsində və digər planetlərdə müşa­hidə olunur.

- Siz bu sualla yanılırsınız. Planetlərdə fəsil­lərin dəyişməsi neytrino cəzbinin və foton təzyi­qi­nin mövcud olmasının sübutudur. İnsan milyon­larla işıq ili uzaqlıqda yerləşən göy cisim­lərini görməyə nail olmasına baxmayaraq, dünyada elə bir alim olmayıb ki, ilin fəsillərinin dəyişməsini izah etsin. Çox qəribədir, deyilmi?.. Hər il rast gəl­diyimiz təbii proses bizim üçün o qədər adilə­şibdir ki, biz ona diqqət yetirməyi lazım bilmirik. Amma öyrəndikdə görəcəyik ki, bunu bilmək çox vacib­dir. Bu biliklər kainatın öyrənilməsinə xidmət edə­cək…

Beləliklə fəsillər. Fəsillər Günəş sisteminin bütün planetlərində mövcuddur. Hər planetin öz «fəsillər qrafiki» var. Hər planetin illik fəsillərin tamamlanması planetin Günəş ətrafına dövr et­məsinə bərabərdir. Yer kürəsi Günəş ətrafına or­bitlə dövr etməsi bir ildirsə, Günəşə yaxın planetdə azdır və fəsillər daha tez dəyişir. Yer kürəsinin xaricində dövr edən planetlərin nə qədər çoxdursa, fəsillərin dəyişməsi ona bərabər çoxdur.

Bu suala cavab vermək biz yenə də «ney­trinonun cəzb və «fotonun təzyiq» nəzəriyyəsinə müraciət etməliyik. Planet Günəşdən uzaqda yer­lə­şən­də onun cəzbinin neytrino ifrazatı edən maq­manın özəyi, yəni qaynar hissəsi, cəzbi ən qısa mə­safədən etmək üçün Günəşə tərəf qütblə çevrilir və dövr edib ən yaxın məsafəyə çatdıqca, foton təz­yiqi planeti Günəşə tərəf ən az sahəsi ilə çevril­məyə məcbur edir. Götürək Yer kürəsini. Onun qütbləri sanki sıxılıb və ekvatorda genişlənib. Bu yer kürəsinin oxu ətrafında fırlanmasının nəticə­sidir. Ekvatorda genişlənmə yerin qaynar və maye halında olduğu müddətdə və fırlanmadan yaranan mərkəzdən qaçma qüvvəsi ilə baş verib. Yer kürəsi Günəşdən ən uzaq məsafədə olarkən ona doğru cənub qütbü ilə çevrilir. Bu dövrdə yer kürəsinin Şimal yarımkürəsində qış fəsli olur. Həmin dövrdə foton təzyiqi azalır və yer kürəsi orbiti ilə dövr edərək, başlayır günəşə yaxınlaşmağa. Yaxınlaş­dıqca neytrino cəzbi nə qədər güclənsə də, foton təzyiqi onu üstələyir və Yer kürəsini Günəşə ən az sahəsi ilə çevrilməyə məcbur edir, ekvatora perpendikulyar səviyyəsinə çatdırır, çünki yerin ən az sahəsi həmin vəziyyətdə olur. Həmin vaxt şimal yarımkürəsində yay olur və bu proses hər il təkrarlanır.



- Sizin cavablarınız maraqlı olsa da, nəticə görünmür. Belə ki, əsas sual açıq qalır. Biz cavab gözləyirik.

- Siz haqlısınız. Söylədiklərimin ha­mısı əsas sualı dolayısı ilə cavablandırır. Onları dinlədikdən sonra belə qərara gəlmək olar ki, kai­natda ulduzlar, qalaktikalar və s. partlayışlar nəti­cəsində əmələ gə­lirlər və həcmlərindən asılı olaraq neytrino cazibəsi ilə ətraflarına planetlər topla­yır­lar, yaxud özləri hər hansı bir güclü cazibə dairə­sinə düşüb, o ulduz ətrafında fırlanırlar. Tədricən bu ulduzlar soyuyur, səthləri bərkiyərək planetlərə çevrilirlər. Planetlə­rin ətraflarında cazibə dairələri dəyişərsə, onlar təzə cazibə dairəsinin təsiri altına düşə bilərlər. Yə­ni əgər planetin orbitində qarşına daha böyük və güclü cazibə mənbəyi olan ulduzla rastlaşdıqda orbitini dəyişib o ulduz ətrafında fır­lana bilər.

Məsələn: Yer kürəsinin belə dəyişikliyə mə­ruz qaldığını sübut edən bir neçə fakt mövcuddur. Bunu növbəti söhbətlərdə müzakirə edərik…

Müasir dövrdə Yupiter və Saturn planetləri orbitlərində qəribə hadisələr baş verir. Alimlər onların «düyünvari» hərəkətlərini müşahidə edir­lər. Belə ki, bu planetlər öz orbitləri ilə hərəkət edəndə, müxtəlif illərdə hərəkətlərini dayandıraraq geri qayıdırlar və bir neçə müddətdən sonra hə­rəkətlərini orbitləri ilə davam edirlər. Onu da qeyd edim ki, Yupiterin astronomik ili 12 yer ilinə, Sa­turnun – 30 ilə, Neptunun – 60 ilə yaxındır. Gü­nəş sisteminin ən axırıncı planeti sayılan Plutonun astronomik ili 250 yer ilinə bərabərdir. Bu planet astronomik ili ərzində dəfələrlə öz orbitindən çıxır və Günəşə qonşu olan ulduzların planetlərinin or­bitində hərəkət edir. Bu astronomik hadisə onu gös­tərir ki, kainatda ümumdünya cazibə qüvvəsi də­yişkəndir və dəyişkənliyə neytrino və foton axı­mı təsir edir.

Kainatda ümumdünya cazibənin dəyişkən olmasının bariz nümunələrindən biri də Ayın Yer ətrafında dövr etdiyi zaman yırğalanmasıdır. Bu hadisəni alimlər «librasiya» adlandırırlar. Librasiya zamanı Ay Yer kürəsindən aralanır…



- Deməli bizim planet nə vaxtsa digər pla­netlərlə toqquşacaq və dünyanın sonu olacaq?

- Mən belə deməzdim. Bu bir neçə variant­lardan biridir. Gəlin digər variant haqqında danı­şaq. Söhbətimizdə qeyd etmişdik ki, Saturn, Uran, alimlərin nəzəriyyəsi ilə Neptunda həlqələr möv­cuddur və qeyd etmişik ki, bu həlqələr kos­mosdan gələn cisimlərdən çox, planetlərin özlərini tərk et­miş cisimlərə bənzəyir. Bu fikrimizin doğ­ruluğunu həlqələrin nizamlı olması ilə isbat et­mişik. Bu da kainatda ümumdünya cazibənin də­yişkənliyinin bariz nümunələrindən biridir və fikrimizin doğru olduğunu təsdiq edən faktordan biri də odur ki, Günəş sisteminin sonuncu planeti olan Plutonun bərk səthi qalmayıb. Bunu astro­nomlar müşa­hi­dələr nəticəsində təsdiqləyirlər.

Planetlərdə mövcud olan həlqələrin planetin cəzb etmək qabiliyyətinin itirilməsi nəticəsində özün­dən kosmosa atılan cisimlərdir. Müşahidələr göstərir ki, planetlərdə kosmosa cisimlərin atılması Mars və Yupiter planetlərin orbitləri arasında yer­lə­şən və astronomlar «Asteroid qurşağı» adlan­dır­dıqları yerdən başlayır. Bu asteroidlərin kütləsi bö­yük olduğundan, planetləri birinci onlar tərk edir və onların mərkəzdən qaçma enerjisi planetin digər tərkibindən daha qüvvəli olur. Unutmayaq ki, Yu­piterdən sonrakı planetlər böyük olsa da Günəş ətrafında orbitləri ilə fırlanma surətləri Yer kürə­sinin surətindən 3-6 dəfə zəifdir, öz oxları ətrafın­da isə onlar daha surətlə fırlanırlar və 10-15 saat civarındadır. Bu da həmin planetlərin mərkəzdən qaçma sürətinin həddindən güclü olmasına işa­rədir.



- Sizcə Yer kürəsinin öz oxu ətrafında fır­lan­ması, yəni günü bu qədər qısa ola bilərmi və buna səbəb nə ola bilər?

- Bu sualınıza cavab tapmaq hələlik müm­kün deyil. Səbəbini təyin etmək çətin olsa da, qeyd etmək olar ki, yerin orbitinin daxilində yer­ləşən planetlərin (Merkuri və Venera) astronomik illəri müxtəlif olsa da (Merkuri – 88 gün, Venera – 224 gün) öz oxları ətrafında fırlanmaları təxminən 58 yer sutkası civarındadır. Bu planetlərin sutkası yer kürəsinin iki ayına bərabərdir. Yer kürəsinin yaxın qonşusu olan Marsın Günəş ətrafında orbitlə fır­lanması iki yer ilinə bərabər olsa da və baxma­ya­raq ki, yer kürəsinin həcmi iki dəfə ondan çox­dur, oxu ətrafında fırlanması təxminən bərabərdir.

Bir faktı da qeyd edim ki, qədim xalqların əksəriyyətinin il təqvimi Ayın Yer kürəsi ətrafında fırlanması ilə hesablanırdı və bütün xalqların təq­vimində 12 ay var. Lakin bizim zəmanəmizdə o təq­vim, bəzi xalqlar tərəfindən yenə də istifadə edilsə də yaramır. Çünki hər il 10-11 gün fərq edir. Bu da onu göstərir ki, Yer kürəsinin ili uzan­maq­dadır…



- Bəylər müəllim, Yer kürəsinin aqibə­tini ne­cə görürsünüz və burada həyat bitəcəkmi?

- Nə vaxt bitməsini demək mümkün deyil, çünki yerdə həyat on minlərlə il davam edəcək. Aqibəti haqqında onu demək olar ki, yer kürəsi digər planetlər kimi bir neçə variantda ola bilər.

Məsələn: Böyük partlayışın iştirakçısı, Plu­ton və digər planetlər kimi cazibə qüvvəsinin nə­ticəsində bərk səthinin itirilməsi və s.

Onu da qeyd edim ki, müşahidələr onu göstərir ki, hər planet biri-biri ilə toqquşmur. Mə­sə­lən: yuxarıda qeyd etdiyim kimi alimlər Plutonu «səyyah» planet adlandırırlar, çünki o Günəş siste­minin ətrafında yerləşən ulduzların planetlərinin orbitinə daxil olur. Ola bilməz ki, bu planet mil­yonlarla il mövcud olduğu dövrdən bəri həmin ul­duzların planetlərinin yaxınlığından kiçik sürətlə keç­məsin. Plutonun planetlərin arasında hərəkət sü­rəti ən aşağıdır: cəmi 4,74 km/saniyədə, lakin on­larla toqquşmayıb…

- Nə üçün siz bu fikirlərinizi elmi dai­rələrdə söyləməmisiniz?

- Mənim fikirlərim Şamaxı rəsədxa­na­sı­nın alimlərindən tutmuş, keçmiş sovetlər ittifa­qının Elmlər Akademiyasının rəyasət heyətinə qə­dər məlum idi və onların heç biri tutarlı faktlarla mə­nim nəzəriyyəmi inkar edə bilmirdilər. Əksəriy­yətinin arqumenti o idi ki, biz səninlə razı ola bil­mərik, çünki fikirlərin müasir kosmologiya elminin fikrinə uyğun deyil və belə çıxırdı ki, elmin in­kişafına yox, müasir fikrinə uyğun bir cızma-qara yaz. Elmi dərəcə al, ömürlük «çörək» sahibi ol. Elmi işini də arxivlərdə toz basıb qalmasının eybi yoxdur. Mən də bunu bacarmamışam və bacar­ma­yacağam…

MÜNDƏRİCAT
Mənalı ömrün səhifələri 3
ŞEİRLƏR
Vətən mənə oğul deyib! 12

Hüzn günü 13

Xocalı faciəsi 14

Ana 15


Qadınlar bayramında 16

Son zəng 18

Dağlarla söhbət 19

Novruz gəldi – yaz gəldi 20

Qaradağlı 23

Xoşbəxtlik zirvəsi 25

Yaşadım dünyada 26

Adətlər 26

Sədaqət 27

Gileyim var Allaha 28

Aşiqlərə 30

Məktub 31

Yardan ayrı – neyləyirəm? 31

Mən sevgilimi bənzətdim… 32


HEKAYƏLƏR
Qatarda tanışlıq 34

Vətən oğlu 37

Həyat davam edir 46

Ağrılı-acılı illəri xatırladıqca 55

İlhamın mənalı həyat yolu 60

Xarici qonaqlar 63

Qonaqlıq 69

Bir gecənin odu 78

Yarılmayan baş 86

Kosmosa uçuş 90

Ehsan 96

Aşura 103

Avtobusda söhbət 118

Qeyrətli insan 126

Rüşvətxor 131

Avropa və biz 135

Qoca müəllimin nəsihətləri 155

Konfransda 170

İclas 195

Bilik günü 206

Aslan müəllim 209

Zəngin insanlar 210

Müəllim və şagird 213

Rəqs müəllimi 216

Kasıblar 218

Müslüm və Mamed 220

Əsil kişi 223

Restoran Vaqif 225

Qasım kişi 226

Simic 229

Avropalı Bəhlul 234

Kal xiyar 236

Ata və oğul 237

Ana ilə qızın söhbəti 242

Müasir qız 249

Dünyanın sonu nə vaxt olacaq? 253



Dünyanın sonu necə olacaq? 276

Bəylər Qurban oğlu ƏLİYEV

VƏTƏN MƏNƏ OĞUL DEYİB...

(şeirlər, hekayələr, məqalələr, ­sa­hibələr)
II nəşr əlavələrlə

Yığıma verilmişdir: 20.11.2017

Çapa imzalanmışdır: 25.12.2017

Şərti çap vərəqi: 18,5

Sifariş:

Tiraj: 100


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin