Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır Metodik vəsait Zərdab- 2018 Naxçıvan Muxtar Respublikası



Yüklə 96,01 Kb.
tarix07.04.2020
ölçüsü96,01 Kb.
#102424

Ağdaş Regional Mədəniyyət İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi





Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır

Metodik vəsait

Zərdab- 2018

Naxçıvan Muxtar Respublikası

      Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar 500-300 min il bundan əvvəl yaşamışdır. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.

      Naxçıvan, həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir.

      1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasına (1995-ci il) əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

      Naxçıvanın muxtariyyət tarixi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmışdır. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuşdur.

      Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadrat kilometr, əhalisi 450 min nəfərdir (1 iyun 2017). Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 5 şəhəri, 8 qəsəbəsi, 206 kəndi vardır.

      Naxçıvan Muxtar Respublikasının sərhəddi Türkiyə  Respublikası ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermənistanla 246 kilometr təşkil edir.

      Naxçıvan Muxtar Respublikasının ali qanunverici hakimiyyət orqanı 45 deputatdan ibarət olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisidir. Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən muxtar respublika Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsidir. İcra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə muxtar respublikanın məhkəmələri həyata keçirirlər.

      Naxçıvan Muxtar Respublikasında 3 ali təhsil müəssisəsi - Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, 3 orta ixtisas məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi və 216 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

      Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

      Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisindəki 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

      Müxtəlif mədəniyyətlərin,dünyagörüşlərinin vəhdət təşkil etdiyi ölkəmizdə İslam mədəniyyətinin xüsusi yeri var. İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş , həmçinin Azərbaycanın “Gənclər Paytaxtı “ seçilmişdir.

Gündən - günə gözəlləşən Naxçıvan şəhərinin 2018- ci ildə İslam mədəniyyətinin paytaxtı olması muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyədə böyük irəliləyişin müjdəçisidir.

Naxçıvanın tarixi,mədəniyyəti,elmi, təhsili,iqtisadiyyatı və İslam dininin, tarixi-mədəni ənənələrinin formalaşması barədə məlumatların geniş ictimaiyyətə çatdirılmasında bir sıra sahələrin mütəxəssisləri kimi biz kitabxanaçıların da qarşısında mühüm vəzifələr durur. Bununla əlaqədar kitabxanalarda tədbirlər planı hazırlanmalıdır. Kitabxanalarda hazırlanmış tədbirlər planı əsasında il ərzində kütləvi tədbirlərin ənənəvi və yeni formalarından iistifadə edərək müxtəlif tədbirlər keçrilməlidir.

İlk növbədə kitabxanalarda kitabxananın fondunda olan materiallar əsasında ənənəvi və yaxud virtual kitab sərgiləri təşkil edilməlidir. Sərgiləri aşağıdakı başlıqlar altında təşkil etmək olar: “ İslam dünyasının qədim şəhəri – Naxçıvan “, “ 2018- Naxçıvan İslam Mədəniyyətinin Paytaxtıdır” və sair.

 

Sərgidə Naxçıvanın tarixi, mədəniyyəti, tarixi- memarlıq abidələri,görkəmli şəxsləri ,Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş ədəbiyyatı , dövrü mətbuat materiallarını nümayiş etdirmək olar. Sərgilərin təşkilində sitatlar, izahlı mətnlər də öz əksini tapmalıdır. Aşağıda virtual sərginin nümunəsini veririk:



  • Titul slayd : sərginin başlığı

2018- Naxçıvan İslam Mədəniyyətinin Paytaxtıdır ”

  • Slayd 2 : Kitabxananın adı

  • Slayd 3:Kitabların şəkilləri , biblioqrafik təsvirı və qısa annotasiyaları ilə birgə nümayişi.

 Bu slaydda həmçinin dövri mətbuat bölməsi yaradıb qəzet və jurnallarda Naxçıvan və İslam mədəniyyəti ilə bağlı məqalələri də yerləşdirmək olar.

  • Slayd 4 : İzahlı mətin

Naxçıvan Muxtar Respubikasında 1562 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır.Bunlardan 55-i dünya əhəmiyyətli abidələrdir.Naxçıvan abidələri türk- müsəlman mədəniyyətinin bütün yüksək sənətkarlıq xüsusiyyətlərini özündə yaşadır.Azərbaycan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin XII əsrdə yaratdığı məşhur Möminəxatun məqbərəsi Şərq memarlığının şah əsərlərindən biri , ölkə memarlıq sənətinin “ Daş Xəmsəsi “ kimi qiymətləndirilir “.

 


  • Slayd 5 .Kitablarnan tanışolmaq üçün kitabxananın ünvanı , elektron resurs varsa linki, əlaqə telefonları və e- mail ünvanı göstərilir.

KitabxanalarNaxçıvan İslam Mədəniyyətinin Paytaxtı -2018” çərçivəsində Naxçıvanda yerləşən dini və tarixi abidələrə , muzeylərə virtual ekskursiyalar təşkil edə bilərlər. Virtual ekskursiyaların təşkili zamanı Naxçıvanın tarixi-memarlıq, arxeoloji ,dini abidələri, ziyarətgahları, məscidləri,turizm obyektləri haqqında məlumatlar verilməlidir.

Kitabxanalarda Naxçıvanla , Naxçıvanda İslam dini və mədəniyyəti ilə bağlı olan məlumatların, ədəbiyyatın geniş oxucu kütlələri arasında təbliği ilə əlaqədar məlumat günü, dəyirmi masa, söhbət , foto-stend ,məruzə,sual-cavab gecəsi, yaradıcı şəxslərlə görüşlər və sair tədbirlərın təşkili də məqsədə uyğundur.Tədbirləri aşağıdakı başlıqlar altında keşirmək olar: “Qədim Naxçıvan abidələri “,” Naxçıvan qədim diyardır “, “ Naxçıvanın tarixi abidələri “, “ Naxçıvanın ziyalıları,elm sənət fədailəri ”, “ Naxçıvanın adət və ənənələri”,” Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”, “ Naxçıvan -2018”, “Qədimdən qəıdim, yenidən yeni diyar Naxçıvan”,” Naxçıvan İslam dünyasının qədim şəhərlərindəndir” və sair.

Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar oxucuları ətraflı məlumatlandırmaq üçün kitabxananın fondunda olan materiallar əsasında elektron məlumat bazasının hazırlanması da yaxşı olar. Nümunə: 2018- Naxçıvan İslam Mədəniyyətinin Paytaxtıdır

Ümumi məlumat

  • Naxçıvanın tarixi

  • Rəsmi sənədlər

  • Naxçıvan İslam Əməkdaşlıq Təşkilatı

  • Görkəmli naxçıvanlılar

Naxçıvanın mədəniyyəti

  • Tarixi abidələr

  • Mədəniyyət sərvətləri

  • Turuzm

  • Milli mətbəx

Naxçıvan haqqında nəşrlər

  • Kitablar

  • Məqalələr

Fotoqaleriya

  • Videoqaleriya

Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Ümumiyyətlə , çalışmaq lazımdır ki , Naxçıvan- İslam mədəniyyətinin paytaxtı ili elan olunması ilə əlaqədar keçirilən tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun . Məqsədimiz Naxçıvanın tarixi, mədəniyyəti, milli mənəvi dəyərləri , görkəmli şəxsləri, adət və ənənələri və s. haqqında məlumatları oxuculara çatdırmaq, təbliğ etməkdir.

Ədəbiyyat :

  • Naxçıvan Ensiklopediyası /red .C. B. Quliyev.- Bakı :Azərbaycan Milli Elmlər Akademiyası , 2002.- 599 s.

  • Əliyev Fuad, Əliyev Mirabdulla.Naxçıvan xanlığı / red. Z. Şahverdiyev.- Bakı:

Şərq- Qərb “, 2007.- 120 s.

  • Pəhimli İlham , Vəzirov Cəlil. Naxçıvan teatrı.-Bakı:“Aspoliqraf”, 2008.- 352S.

  • Sultanova Zöhrə , Musayev Səlim.Bromae dum tribinin Naxçıvan növlərinin sistematkası və bioekoloji xüsusiyyətləri / red. V.S. Hacıyev .- Bakı :“ Elm”.- 2008 .- 144 s.

  • Naxçıvan şəhərinin 2018- ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : 2 iyun 2016- cı il

// Azərbaycan .- 2016 .-3 iyun ,№118.-S.2.

  • Ağalarov ,V.Qədim Naxçıvan abidələri /V. Ağalarov // Xalq qəzeti.- 2017.-

2 iyun , №117.- S.7.

  • Ağalarov ,V.Naxçıvan – İslam mədəniyyətinin paytaxtı / V. Ağalarov //Xalq

qəzeti .- 2017.-17 sentyabr, №202.- S.5.

  • Hacıyev, İ. Naxçıvanın Türk- İslam mədəniyyət abidələri / İ. Hacıyev // İki sahil.- 2017.- 6 iyun ,№ 99.-S.7.

  • İlk Türkun ana vəıtəni və Naxçıvan //İki sahil .‑2018 .-28 fevral,№30.-S.20

  • Sultan , M . Muxtariyyət , mədəniyyət və gənclər paytaxtı – Naxçıvan // M. Sultan // Xalq qəzeti .- 2018.- 25 mart, №66.- S.4.

  • Rəsulova , R.Naxçıva Naxçıvan” Azərbaycanın gənclər paytaxtıdır” / R. Rəsulova //Xalq qəzeti .-2018 .- 20 fevral,39.-S.4.

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova

Redaktor: Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti- Ş.Abdullayeva
Yüklə 96,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin