Əhalisi 1000 nəfərədək olan yaşayış məntəqələrində bələdiyyələrin yaradıla bilməsi məsələsi Azərbaycan Respublikasının Seçki Məcəlləsindən çıxarılmalı;
Bələdiyyənin öz fəaliyyəti haqqında vətəndaşlara mütəmadi məlumat verməsi və onun formaları mütləqləşdirilməlidir.
Alternativin üstünlükləri:
Bələdiyyələrin fəaliyyətini və onların fəaliyyətində vətəndaşların iştirakını tənzimləyən qanunvericilik bazası təkmilləşir;
Bələdiyyə, bələdiyyənin seçkili orqanları və bələdiyyənin icra orqanları anlayışları daha səlis ifadə olunur;
Vətəndaşlar bələdiyyənin bu və ya digər problemləriylə bağlı keçirilə biləcək yerli rəy sorğusunun təşəbbüskarı kimi çıxış etmək imkanı əldə edir;
Rəy sorğusunun nəticələri haqqında veriləcək qərara hörmətlə yanaşır və nəticələrin etibarlılığına inanır;
Bütün bu fəaliyyətlərin nəticəsində vətəndaşların bələdiyyəyə inamı artır və onları bələdiyyə fəaliyyətinə cəlb etmək asanlaşır.
Alternativin çatışmazlıqları:
Hələ də bələdiyyə yerli dövlət hakimiyyəti sisteminin bir qolu hesab edilmir;
Daha çox maliyyə vəsaiti tələb olunur;
Üçüncü alternativ:
Azərbaycan Respublikasının Konstitusiyasınında, habelə bələdiyyələr haqqında bir sıra qanunlarda dəyişikliklər etməklə vətəndaş iştirakçılığı məsələlərində köklü dəyişikliyə nail olmaq. Bunun üçün:
Birinci və ikinci alternativlərdə nəzərdə tutulan fəaliyyətlər həyata keçirilməli;
Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu fəslində və bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin birinci cümləsində bələdiyyələrin yerli dövlət hakimiyyəti orqanı olduğu təsbit olunmalı;
Yaşayış məntəqələrində icra hakimiyyəti nümayəndəlikləri ləğv olunmalıdır;
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər etmək məqsədiylə referendum keçirilməlidir;
Alternativin üstünlükləri:
Konstitusiyada dəyişiklik etməklə bələdiyyələrin fəaliyyətini və onların fəaliyyətində vətəndaşların iştirakını tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşməsi, yeni, daha mütərəqqi qanunların hazırlanması üçün şərait yaranır;
Vətəndaşlar, onların hüquqları Əsas Qanunla müdafiə olunduğu üçün özlərini daha da müdafiə olunan və inamlı aparırlar;
Alternativin çatışmazlıqları:
Dövlətin maddi məsrəfləri ilə bağlı olduğu üçün referendumun keçirilməsinin mümkünlüyü sual altındadır;
Təklif olunan məsələnin müsbət həlli üçün əhali arasında çox geniş təbliğat və təşviqat işləri aparılmalıdır;
İcra strukturlarının müqaviməti ilə rastlaşa biləcəyindən müsbət nəticəyə nail olmaq çətindir;
Alternativlərin qiymətləndirilməsi
Təklif olunan alternativlərin qiymətləndirilməsi və reallığa uyğun alternativin seçilməsi üçün xüsusi meyarlar işlənib hazırlanıb və həmin meyarlar əsasında qiymətləndirmə aparılıb.
Qiymətləndirmənin metodologiyası. Qiymətləndirmənin metodologiyasının əsasını ekspert qiymətləndirməsi təşkil edir. Ekspert qrupu hər üç alternativi meyarlar üzrə bal sistemi əsasında qiymətləndirib. Sonda ballar toplanaraq üstün alternativ müəyyənləşdirilib.
Alternativlərin qiymətləndirilməsi zamanı bələdiyyə idarəetməsinin effektivliyinin artırılmasına və vətəndaşların bələdiyyə idarəçiliyinə daha fəal cəlb olunmasına təsir edən meyarlar seçilib. Bu meyarlar aşağıdakılardır:
Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi;
Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi;
Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi;
Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları;
Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi;
Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi.
Bu meyarlar ilk növbədə, səmərəli nəzarət sisteminin qurulmasını özündə ehtiva edir. Çünki nəzarətin səmərəli təşkili həm hesabatlılıq və şəffaflığın təmin olunması, həm də bələdiyyə idarəetməsinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Meyarların izahı:
Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabat verməsi tezliyini və ardıcıllığını göstərir.
Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi. Nəzarətin həyata keçirilməsi zamanı mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinə müdaxilə imkanlarının mövcudluğunu göstərir.
Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi. Bələdiyyə aktlarının Konstitusiya və qanunlara, ali icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlara uyğunluğunun təmin olunma səviyyəsini göstərir.
Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları. Bələdiyyə qanunvericiliyindəki boşluqların aşkar edilməsi və qərar qəbuledənlərin diqqətinin qanunvericilikdəki problemlərə yönəltmək imkanlarının mövcudluğunu göstərir.
Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələri yerli hakimiyyət institutları kimi qəbul etməsini və onları qərar qəbuletmə prosesinə cəlb etməyə marağının artım səviyyəsini göstərir.
Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi. Bələdiyyə ərazisində yaşayan əhalinin bələdiyyə orqanlarına etimadının səviyyəsini göstərir.
Qiymətləndirmə ballarının izahı
Alternativlərin nəticəsinin qiymətləndirilməsi zamanı 3 səviyyə (aşağı, orta və yüksək) müəyyənləşdirilib və hər bir səviyyəyə şərti olaraq bal verilib. Aşağı səviyyə - 1, orta - 2, yüksək səviyyə isə 3 bal qiymətləndirilib. Qiymətləndirmə müqayisəli təhlillərə və hipotezaya əsaslanıb. Zəruri statistik məlumatları tam əldə etmək mümkün olmadığından variantların həyata keçirilməsi zamanı baş verəcək dəyişikliklərin dəqiq sərhədlərini də müəyyənləşdirmək çətin olub. Bu baxımdan səviyyələrə verilən ballar alternativlərin müqayisəsinə və ekspertlərin hipotezinə əsaslanıb. (Cədvəl 1-4)
Alternativlərin meyarlar üzrə qiymətləndirilməsi 1-5-ci cədvəllərdə əksini tapıb:
Alternativ variantların meyarlar üzrə qiymətləndirilməsi
Cədvəl 1.
Alternativ 1. Bələdiyyələri və vətəndaşları stimullaşdırmaqla mövcud vəziyyətin saxlanılması;
Meyarlar
|
Qiymətlər
|
Bal
|
Aşağı
|
Orta
|
Yüksək
|
1
|
2
|
3
|
|
1.1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi
|
|
2
|
|
2
|
1.2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi
|
|
2
|
|
2
|
1.3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi
|
1
|
|
|
1
|
1.4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları
|
1
|
|
|
1
|
1.5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi
|
1
|
|
|
1
|
1.6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi
|
1
|
|
|
1
|
|
|
|
|
|
Yekun bal
|
8
|
Cədvəl 2.
Alternativ 2. Bələıdiyyələr haqqında bir sıra qanunlarda dəyişiklik etməklə vətəndaş iştirakçılığının bir qədər artmasına nail olmaq.
Meyarlar
|
Qiymətlər
|
Bal
|
Aşağı
|
Orta
|
Yüksək
|
1
|
2
|
3
|
|
2.1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi
|
|
2
|
|
2
|
2.2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi
|
|
2
|
|
3
|
2.3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi
|
|
2
|
|
2
|
2.4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları
|
|
2
|
|
2
|
2.5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi
|
|
2
|
|
2
|
2.6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi
|
|
2
|
|
2
|
|
|
|
|
|
Yekun bal
|
12
|
Cədvəl 3.
Alternativ 3. Azərbaycan Respublikasının Konstitusiyasınında, habelə bələdiyyələr haqqında bir sıra qanunlarda dəyişikliklər etməklə vətəndaş iştirakçılığı məsələlərində köklü dəyişikliyə nail olmaq.
Meyarlar
|
Qiymətlər
|
Bal
|
Aşağı
|
Orta
|
Yüksək
|
1
|
2
|
3
|
|
3.1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi
|
|
|
3
|
3
|
3.2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi
|
|
2
|
|
2
|
3.3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi
|
|
|
3
|
3
|
3.4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları
|
|
|
3
|
3
|
3.5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi
|
|
|
3
|
3
|
3.6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi
|
|
|
3
|
3
|
|
|
|
|
|
Yekun bal
|
17
|
Hə bir alternativ ekspertlər tərəfindən tərtib edilmiş meyarlar üzrə qiymətləndirilib və nəticələr 4-cü cədvəldə ümumiləşdirilib.
Cədvəl 4.
Meyarlar üzrə qiymətləndirmənin yekunu
Meyarlar
|
Alternativlər
|
Bələdiyyələri və vətəndaşları stimullaşdırmaqla mövcud vəziyyətin saxlanılması
|
Bələıdiyyələr haqqında bir sıra qanunlarda dəyişiklik etməklə vətəndaş iştirakçılığının bir qədər artmasına nail olmaq
|
Azərbaycan Respublikasının Konstitusiyasınında, habelə bələdiyyələr haqqında bir sıra qanunlarda dəyişikliklər etməklə vətəndaş iştirakçılığı məsələlərində köklü dəyişikliyə nail olmaq
|
1
|
2
|
3
|
|
1. Mərkəzi dövlət hakimiyyəti orqanları qarşısında hesabatlılığın təmin olunma səviyyəsi
|
2
|
2
|
3
|
2. Bələdiyyələrin mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılığının artım səviyyəsi
|
2
|
2
|
2
|
3. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qurulma səviyyəsi
|
1
|
2
|
3
|
4. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları
|
1
|
2
|
3
|
5. Mərkəzi dövlət hakimiyyəti orqanlarının bələdiyyələrə etimadının artım səviyyəsi
|
1
|
2
|
3
|
6. Əhalinin bələdiyyə qurumlarına inam səviyyəsi
|
1
|
2
|
3
|
|
Cəmi
|
8
|
12
|
17
|
Alternativ variantlar hər bir meyar üzrə ayrı-ayrılıqda qiymətləndirilib və yekunda verilmiş ballar toplanıb. Ekspertlər tərəfindən aparılmış qiymətləndirmənin (Cədvəl 1-4) nəticəsi olaraq yekunda mövcud inzibat nəzarət mexanizmini təkmilləşdirməklə bələdiyyə assosiasiyaları tərəfindən ümumiləşdirilmiş illik hesabatların hazırlanması və Milli Məclisə təqdim olunmasına üstünlük verilib. Çünki ekspertlər ən çox bu mexanizmə etimad göstəriblər.
İndi isə alternativlərin çoxməqsədli təhlil əsasında təsirini qiymətləndirək. Bu təhlildə alternativin həyata keçirilmə məqsədləri və həmin məqsədlərə təsir edən amillərin imkanları qiymətləndirilib.
Cədvəl 5.
Bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində alternativ siyasətlərin təsirinin proqnozlaşdırılması
Məqsədlər
|
Təsir kateqoriyaları
|
Alternativlər
|
Bələdiyyələri və vətəndaşları stimullaşdırmaqla mövcud vəziyyətin saxlanılması
|
Bələıdiyyələr haqqında bir sıra qanunlarda dəyişiklik etməklə vətəndaş iştirakçılığının bir qədər artmasına nail olmaq
|
Azərbaycan Respublikasının Konstitusiyasınında, habelə bələdiyyələr haqqında bir sıra qanunlarda dəyişikliklər etməklə vətəndaş iştirakçılığı məsələlərində köklü dəyişikliyə nail olmaq
|
1. İdarəetmədə hesabatlılığın təmin edilməsi
|
1.1. Nəzarətin təşkilinin səmərəliliyi
|
Az artır
|
Az artır
|
Artım baş verir
|
1.2. Mərkəzi dövlət hakimiyyəti orqanlarından asılılıq
|
Artım baş vermir
|
Artım baş vermir
|
Artım baş vermir
|
|
2. Bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi
|
2.1. Bələdiyyələrin qəbul etdiyi aktların qanunvericiliyə uyğunluğunun təmin olunma səviyyəsi
|
Artım baş verir
|
Artım baş verir
|
Kifayət qədər artır
|
2.2. Bələdiyyə qərarlarının qəbulu prosesinə təsir imkanları
|
Orta səviyyədə
|
Orta səviyyədə
|
Kifayət qədər artır
|
|
|
|
3. Bələdiyyələrə inamının yüksəlməsi
|
3.1. Bələdiyyə qurumlarına dövlətin inamı
|
Az artır
|
Kifayət qədər artır
|
Kifayət qədər artır
|
3.2. Bələdiyyə qurumlarına əhalinin inamı
|
Artım baş vermir
|
Artım baş verir
|
Kifayət qədər artır
|
|
4. Bələdiyyə sisteminin təkmilləşdirilməsi
|
4.1. Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi imkanları
|
Dəyişmir
|
Dəyişiklik baş verir
|
Əhəmiyyətli dəyişiklik baş verir
|
4.2. Bələdiyyə birliklərinin təşəbbüskarlığı
|
Artım baş vermir
|
Artım baş verir
|
Kifayət qədər artır
|
|
|
Nəticə və tövsiyyələr
Siyasət sənədində tövsiyə edilən alternativlərin öz üstünlükləri və çatışmazlıqları var. Avropa Şurası Yerli və Regional hakimiyyətlər Konqresinin Azərbaycanda yerli demokratiya haqqında 126 tövsiyyələrində və Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasında bələdiyyələrin real yerli hakimiyyət orqanına çevrilməsinin zəruriliyinə toxunulur. Yerli hakimiyyətlər üzərində nəzarətin onların fəaliyyətinin səmərəliliyinin təmin olunması baxımından tətbiqi tövsiyə olunmaqla yanaşı Xartiyanın 4-cü maddəsində bildirilir ki, “Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır.” Alternativlərin üstünlük və çatışmazlıqlarının müqayisəsinə əsaslanan ekspert qiymətləndirməsindən çıxış edərək “Bələıdiyyələr haqqında bir sıra qanunlarda dəyişiklik etməklə vətəndaş iştirakçılığının bir qədər artmasına nail olmaq” alternativinə üstünlük verilmişdir. Təklif olunan alternativin həyata keçirilməsi konstitusiya islahatlarının aparılmasını tələb etmir. Bu nöqteyi nəzərdən demək olar ki, bütün ekspertlər üstünlük verdiyimiz alternativin qəbul ola biləcəyini real hesab edirlər.
“Bələıdiyyələr haqqında bir sıra qanunlarda dəyişiklik etməklə vətəndaş iştirakçılığının bir qədər artmasına nail olmaq” alternativinin tətbiqi üçün aşağıdakıların həyata keçirilməsi tövsiyə olunur:
Bələdiyyələrin statusu bağlı məsələləri nizama salan qanunvericilik təkmilləşdirilir. Bunun üçün:
-
Birinci alternativdə nəzərdə tutulan fəaliyyətlər həyata keçirilməli; Konkret olaraq:
Bələdiyyələrin hər birində məlumat lövhələri quraşdırılmalı və bələdiyyənin gördüyü işlər haqqında məlumatlar, habelə qanunvericiliklə və bələdiyyə fəaliyyəti sahəsində beynəlxalq təcrübə ilə bağlı yeniliklər orada yerləşdirilməli, habelə növbəti iclaslar, orada müzakirə olunacaq məsələlər və onların keçiriləcəyi tarix göstərilməlidir. Bu cür məlumatlar həm də mətbuatda, yerli radio və televiziya kanallarında da verilməlidir;
Bələdiyyədə hər ayın 1 və ya 2 günü “açıq qapı” günləri keçirilməli, vətəndaşların orada iştirakı üçün şərait yaradılmalıdır;
Hər bir bələdiyyədə əhalinin sıx yaşadığı və ya hərəkət etdiyi yerlərdə təkliflər qutuları asılmalı, Müəyyən müddətdən bir ictimaiyyətin iştirakı ilə onlar açılmalı, orada verilə biləcək mümkün təkliflər müzakirə olunmalıdır;
Bələdiyyə qulluğuna yalnız bələdiyyə üzvləri deyil, digər vətəndaşlar cəlb olunmalıdır ki, əhali bələdiyyədə daha geniş tərkibdə təmsil ola bilsin;
Vətəndaşlar bələdiyyənin bu və ya digər məsələlərlə bağlı yaradılmış komissiyalarının və işçi qrupların işinə cəlb olunmalıdır;
Mütəmadi olaraq əhali qarşısında hesabatlar verilməli, bu hesabatları daha çox vətəndaşın izləyə bilməsi üçün qabaqcadan elanlar verilməlidir;
Yerli və ölkə QHT-ləri bələdiyyələrin ictimai yığıncaqlarının keçirilməsinə, habelə bütün fəaliyyətinə cəlb olunmalıdır;
Vətəndaşların bu və ya digər məsələlərə münasibətlərini öyrənmək üçün yerli rəy sorğuları keçirilməlidir;
-
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin birinci cümləsində bələdiyyələrin yerli hakimiyyət orqanı olduğu təsbit olunmalı;
-
Həmin qanunda bələdiyyə anlayışının özünün dəqiq tərifi verilməli, “bələdiyyə şurası” termini daxil edilməli, bələdiyyə anlayışı ilə bələdiyyələrin seçkili orqanları arasında fərq sezilməlidir. (“Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu”, 2-ci və 3-cü maddələr, Bələdiyyənin Nümunəvi Nizamnaməsinin “bələdiyyənin icra orqanı” bölməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, 34-cü fəsil, 210-cu maddə);
-
Dostları ilə paylaş: |