C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Ətraf mühitin qorunması və ekologiya



Yüklə 2,89 Mb.
səhifə112/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114
C fakepathelave vesait

Ətraf mühitin qorunması və ekologiya ilə bağlı məsələlər bəşər cəmiyyətinin çoxəsrlik tarixi boyunca in­san­la təbiət arasında yaranmış münasibətlərin yaşamaq uğ­runda mübarizə obyekti, habelə forması olmuşdur. Həyat nemətlərinin mənbəyi sayılan təbiət və torpaqla cəmiy­yə­tin yaşayış tərzi, sosial-iqtisadi yüksəlişi, mənəvi-əxlaqi kamilliyi tarixən ziddiyyətli bir xarakter daşısa da, son 200 il ərzində, xüsusilə XX əsrin ikinci yarısından təhlü­kəli meylə çevrilmişdir.
Bu qlobal təhlükənin əsas istiqamətləri kimi:

  1. əkin və təsərrüfatçılıq fəaliyyəti üçün yararlı olan torpaq sahələrinin obyektiv-subyektiv səbəblərlə bağlı kor­lanıb sıradan çıxmasını;

  2. torpağa verilmiş güclü kimyəvi gübrələrin onun tə­bii quruluşunu pozması və əkinçilik, maldarlıq məh­sul­la­rının tərkibində insanların orqanizminə daxil olaraq, on­ların fiziki-psixoloji sağlamlığına mənfi təsir etməsini;

  3. atmosferə və ətraf mühitə külli miqdarda zərərli qazların buraxılması və tullantıların atılmasını;

  4. planet miqyasında həyat və yaşayış üçün əlveriş­siz olan ərazilərin, insan sağlamlığına təhlükə yaradan zonaların sahələrinin genişlənməsini göstərmək olar.

Mütəxəssislərin hesablamalarına görə son 100-120 ildə bütün dünyada istehsalın həcmi 70-80 dəfə artmışdır. İlk baxışda təbii və mütərəqqi bir proses sayılıb bütöv­lükdə cəmiyyətin, ha­belə insanların müxtəlif təyinatlı tələ­batlarının ödənilməsinə önəldilmiş bu proses, eyni zaman­da istehsal-xidmət sahələrinin intensiv inkişaf templərilə bağlı, təbiətlə cəmiyyət arasında tarazlığın pozulması ilə səciy­yələnib, tədricən qlobal xarakterli iqtisadi-sosial prob­lemlərə çevrilmişdir. Hər il atmosferə atılan zərərli tul­lantılar, onun qatlarında «ozon dəliyi» yaratmış, Planet miqyasında iqlim dəyişikliyi ciddi fəsadlar törətmiş, tə­biət­də baş verən anormal hadisələrin sayını xeyli artırmış, insanların sağlamlığına və psixoloji durumuna zərərli təsir göstərmişdir. Bu proses indi də davam etməkdədir. r ^
Ekoloji tarazlığın pozulması və ətraf mühitin kor­lan­masının indiki vəziyyəti, habelə gələcək təhlükəli nəti­cələri Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Ərzaq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların diqqət mərkəzində olmuş, habelə onlar tərəfin­dən konkret bir sıra addımlar atılmışdır. Ötən əsrin ikinci yarısından başlayaraq keçirilmiş bir sıra beynəlxalq məc­lis­lərdə qəbul olunmuş sənədlərdə, məsələn Monreal pro­to­kolunda (1987), Kioto sazişində (1995), Rio-de-Janeyro (2005) konfransının tövsiyələrində dəfələrlə göstərilmişdir ki, müasir mərhələdə dünya ölkələrinin iqtisadi inkişaf templəri ilə bu proseslərin baş verdiyi ətraf mühit (ekoiq­tisadiyyat) arasında düşünülmüş tarazlıq nisbətləri­nin po­zul­ması meylləri, şübhəsiz hazırda yaranmış qlobal iqtisa­di-sosial problemlərin gələcəkdə daha ciddi, hətta faciəli yekunlarla nəticələnməsinə səbəb ola bilər.
Doğrudur, XX əsrin 80-ci illərindən sonra dünya miqyasında atmosferə buraxılan zəhərli qazların, ətraf mü­hiti çirkləndirən sənaye və kənd təsərrüfatı, habelə məişət xarakterli müxtəlif tullantıların miqdarı xeyli azalsa da, onla­rın emalı texnologiyası əhəmiyyətli dərəcədə təkmil­ləşdirilsə də, lakin problemin kompleksli şəkildə həllindən danışmaq hələlik tezdir.
Ekologiya və ətraf mühitin qorunması ilə bağlı mə­sə­lələr, müasir qloballaşan dünyanın inteqrasiya pro­ses­lərində getdikcə daha fəal iştirak edən Azərbaycan Res­publikası üçün də aktualdır. Hazırda ölkədə 300 mindən artıq əhalinin yaşadığı ərazi sel, sürüşmə və uçqun təhlü­kəsi altındadır. 200 mindən çox əhalinin məskunlaşdığı 45 yaşayış məntəqəsi, Xəzər dənizinin səviyyəsinin vaxtaşırı dəyişməsindən (enib-qalxması hadisəsindən) maddi ziyan və mənfi əziyyət çəkir. Respublika ərazisindəki ümumi torpaq fondunun 30-35 faizi su və külək eroziyası nəticə­sində korlanmaqdadır. Torpaqların şoranlaşması prosesi davam edir, hər nəfərə düşən əkin sahələri azalır, əhalinin ərzaq məhsullarına olan tələbatı müasir qidalanma norma­larına uyğun ödənilmir.
Dünya Bankının yardımı ilə Azərbaycan Respub­lika­sında qarşıya çıxan müxtəlif istiqamətli problemləri həll etmək məqsədilə, milli fəaliyyət Proqramı həyata ke­çi­rilir və ekologiya haqqında qanunun tələbləri ardı­cıl­lıqla yerinə yetirilir.
XXI əsrin ilk onilliyində bəşəriyyətin rastlaşdığı qlo­bal iqtisadi-sosial problemlər sırasına cəmiyyətin müasir siyasi-ictimai, iqtisadi-sosial, mənəvi-əxlaqi səviy­yəsinin müəyyən cəhətlərini özündə əks etdirən beynəlxalq terror­çu­luq; əhalinin iqtisadi-siyasi, mənəvi-sosial səbəblərlə bağlı könüllü, yaxud məcburi miqrasiyası; qaçqın və köç­künlər axını; vahid nəqliyyat-rabitə-informasiya şəbəkəsi yaradılması; kütləvi xəstəliklərə qarşı mübarizə aparıl­ması; Planet miqyasında insanların hüquq və haqqlarının, habelə iqtisadi, siyasi sərbəstliyinin qorunması qayğıları da daxil edilir.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin