CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə4/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   2   3   4   5   6   7   8   9   ...   68
«Bir qurup insan gəmiyə minib yola düşdülər. Hər bir sərnişin öz yerində əyləşmişdi. Sərnişinlərdən biri, əyləşdiyi yerin yalnız ona məxsus olduğunu iddia edərək oranı deşməyə başladı. Əgər digər sərnişinlər ona mane olsaydılar, özləri qərq olardılar, o biçarə(Bu, «mən özümə cavabdehəm» deyən və cəmiyyət arasında günah və pozğunluğu yaymaq istəyən şəxslərə gözəl misaldır. Onlar öz çirkin əməlləri ilə təkcə özlərinə deyil, yaşadığı cəmiyyətin bütün üzvlərinə zərbə vururlar).

İNSAN TƏBİƏT ETİBARİLƏ İCTİMAİ VARLIQDIRMI?


İctimai həyatın hansı amillərin təsiri altında meydana gəlməsi, qədim zamanlardan sual olaraq qalır. Görəsən, insan ictimai yaradılıbmı? Yəni, insan tam bir varlığın kiçik bir hissəsidir və həmin varlığa birləşmək meyli daxilindən gələn bir ehtiyacdırmı? Yaxud, insan ictimai yaradılmayıb, sadəcə olaraq bir sıra xarici amillər onun ictimai yaşamasına səbəb olub. Yəni insan öz meylinə uyğun olaraq azad yaşamaq istəyir və ictimai həyatdan irəli gələn bir sıra məhdudiyyətləri qəbul etmir. Təcrübə nəticəsində sübut olunub ki, o, təkbaşına yaşaya bilməz və labüd olaraq, ictimai həyatın məhdudiyyətlərinə boyun əyməlidir. Yaxud, insan ictimai yaradılmayıb və heç bir xarici amil ictimai yaşamağı onun üçün icbari etməyib. Sadəcə, insan öz ağlının hökmü və hesablama nəticəsində bu fikrə gəlib ki, əgər birlikdə yaşayarsa, çətinliklərin öhdəsindən gəlmək, ehtiyacları ödəmək, müxtəlif nemətlərdən bəhrələnmək daha asan olar. Bütün bunlar, yalnız həmkarlıq, ictimai həyat və qarşılıqlı yardım sayəsində mümkündür. Ona görə də o, fərdi yaşayışı deyil, ictimai həyatı seçib. Deməli, məsələni üç şəkildə bəyan etmək olar: İnsanın ictimai həyatı təbiidir, məcburidir yoxsa könüllü?

Birinci nəzəriyyəyə uyğun olaraq, insanların ictimai həyatına bariz nümunə, qadın və kişinin ailə həyatıdır. Onlardan hər biri, yaradılmışların tərkibində tam varlığın kiçik hissələridir və hər birinin daxilində tam varlığa birləşmək meyli vardır.

İkinci nəzəriyyəyə misal olaraq iki dövlət arasındakı həmkarlıq və müttəfiqliyi göstərmək olar. Bu iki dövlət, ümumi düşmən qarşısında durduqlarına görə, bir-biri ilə əlaqə qurmağa, başqa sözlə desək, ictimai olmağa məcburdurlar.

Üçüncü nəzəriyyəyə misal olaraq, ictimai həyatı iki pullu şəxsin şərikliyinə bənzətmək olar. Həmin şəxslər, daha çox gəlir əldə etmək üçün müştərək ticarət və ya sənaye müəssisəsi yaradırlar.

Birinci nəzəriyyəyə görə əsas amil, insanın daxili təbiətidir. İkinci nəzəriyyədə əsas amil insanın vücudundan xaricdə yerləşir. Üçüncü nəzəriyyədə isə, əsas fikir ağıl qüvvəsinə və fikir qabiliyyətinə yönəldilir. Birinci nəzəriyyəyə uyğun olaraq, ictimailik ümumi məqsəddir və insan öz fitrətinə uyğun olaraq həmin məqsədə doğru hərəkət edir. İkinci nəzəriyyə isə ictimailiyə bir təsadüf kimi baxır və onu ikinci dərəcəli hədəf hesab edir. Üçüncü nrəzəriyyədə artıq, ictimailik təbii məqsəd sayılmır.

Qurani-kərimin ayələrindən istifadə etsək, ictimailiyin insanın fitrətində və yaradılışında qoyulduğunu görərik. Hücurat surəsinin 13-cü ayəsində deyilir:



«Ey camaat! Sizi bir kişi və bir qadından yaratdıq. Sizi, millətlərə və qəbilələrə böldük ki, bu yolla bir-birinizi tanıyasıznız. (Milli mənsubiyyətə görə fəxr etməyin). Sizlərdən təqvalı olanlarınız Allah yanında hörmətə malikdir.»

Bu ayədə əxlaqi bir əmr verməklə yanaşı, insanın ictimai yaradılışına da işarə olunur. İnsan elə yaradılıb ki, müxtəlif milli quruplar və qəbilələr halında yaşayır. Müxtəlif millət və qəbilələrə bölünməklə, ictimai həyatın zəruriyyətlərindən olan bir-birini tanımaq və qarşılıqlı əlaqələr yaratmaq baş verir. Yəni bir tərəfdən insanların oxşar cəhətlərini və digər tərəfdən də onların fərqli cəhətlərini təyin edən bəzi bölünmə olmasaydı, bir-birini tanımaq olmazdı. Nəticədə insanların bir-biri ilə əlaqəsindən meydana gələn ictimai həyat da mümkün olmazdı. Bu oxşar və fərqli cəhətlər, məsələn, surət, rəng və ölçü fərqləri hər bir insana, məhz ona xas olan xüsusiyyətlər verir. Əgər bütün insanlar bir formada, bir rəngdə və bir xüsusiyyətdə olsaydı və onların arasındakı rabitə və əlaqə müxtəlif olmasaydı onlar, bir fabrikdən çıxan və bir-birindən fərqlənməyən məhsula bənzəyərdilər. Onları bir-birindən ayırmaq, tanımaq, nəticədə əlaqə, fikir mübadiləsi, iş və əmtəə mübadiləsi üzərində qurulan ictimai həyat mümkün olmazdı. Deməli, qrup və qəbilələrin təbii hikmət və məqsədi vardır və bu məqsəd insanların bir-birindən fərqlənməsi, bir-birini tanımasıdır. Bu iki məqsəd ictimai həyatın zəruri şərtlərindəndir. Heç kim milli mənsubiyyətinə görə başqalarından yaxşı və ya pis deyildir, yalnız təqvalı olmaq üstün və şərəfli olmağa səbəb olur.

Fürqan surəsinin 54-cü ayəsində deyilir:


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin