Azərbaycan Dillər Universiteti
Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi
German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
Yekun Buraxılış Attestasiyası üçün imtahan sualları
2017-2018-ci tədris ili
Azərbaycan bölməsi üçün
(Alman dili)
A dildən B dilə tərcümə fənni üzrə (50 mətn) (20 bal)
Alman dilinə tərcümə edin:
1. Diabet və pəhriz
Həkimlər tez-tez belə bir ifadə istifadə edir: "diabet xəstəlik deyil, həyat tərzidir".
Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.
Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.
Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.
Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları - yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
2. «Azərbaycan Respublikası Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq bəyan edir ki, bu Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa aşağıdakı hallarda da yardımdan imtina edilə bilər:
-
yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə;
-
sorğu edən dövlətdə cinayətin törədilməsində şübhə edilən və ya təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının və ya üçüncü dövlətin məhkəməsinin həmin cinayət ilə bağlı qüvvəyə minmiş hökmü olduqda;
-
yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda.
1. «Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)».
2. «Azərbaycan Respublikası bəyan edir ki, bu Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş cinayət işlərinə aid olan » Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin müddəaları nəzərə alınmaqla yerinə yetiriləcəkdir».
3.Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib
Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. Nazir Elmar Məmmədyarov Alfredo Fidel Nieves Portuondonun Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Səfir Alfredo Fidel Nieves Portuondo iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.
Elmar Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Ruzun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verdi.
Görüşdə Azərbaycan və Kuba arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət, mədəniyyətç turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açan Nazir Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısına ev sahibliyi edəcəyini qeyd edərək, QH-nın fəal üzvlərindən biri kimi Kuba ilə bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını diqqətə çəkdi.
4. Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirdi.
Levan İzoria Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirdi. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğuladı.
Nazir həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə 5-ci görüşün keçiriləcəyini diqqətə çatdırdı.
Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd etdilər. Həmçinin, tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini məhz bu prinsiplər əsasında həll edilməsininə dair mövqelərini yükəsk qiymətləndirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
5.Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunuldu. Peter Stenlund Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırdı.
Peter Stenlund tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək ifadə olundu.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verdi. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı. O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirdi.
6.Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.
Görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olundu.
Nazir Elmar Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırdı və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğuladı.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.
Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə etdi.
Nazir Vitold Vaşçikovski Polşanın ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırdı.
7.Azərbaycan və Türkiyə arasında keçirilmiş siyasi məsləhətləşmələrə dair
Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın təmsil etdi.
Görüş əsnasında iki ölkə arasında əlaqələrin qardaşlıq və dostluq prinsiplərinə əsaslandığına vurğu edildi, bu əlaqələrin hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi vurğulandı.
Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirildi.
Həmçinin, Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edildi, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olundu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkildi.
Görüş zamanı, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edildi.
8.Bu sindromdan qorunmaq üçün ehtiyatlı olmaq lazımdır
BMT-nin bir neçə gün öncə qlobal QİÇS epidemiyası ilə bağlı hazırladığı son statistika da bəşəriyyəti sevindirmədi. Orada bildirilir ki, son illər bu xəstəliklə bağlı ölüm halları aşağı düşməsinə baxmayaraq bu gün 33 milyondan çox insan sindromun bəlasını çəkir, HİV daşıyıcısının sayı ondan da çoxdur. Qlobal hesabatda deyilir: “Epidemiya azalsa və ölüm halları nisbətən aşağı düşsə də, bu xəstəliyə tutlanların diskriminasiyası, müalicə üsulunun hələ də tapılmaması və yaramaz qanunlar dünya üçün hələ də ciddi problemlər yaratmaqda davam edir”.
Xatırladaq ki, 1988-ci ildə dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında yeganə imkan olan əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammiti keçirildi. Həmin sammitdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə mübarizə günü elan etdi. Məqsəd bütün səyləri birləşdirərərk qlobal cavab tədbirlərinin gücləndirilməsidir. Həmin gün bütün ölkələrin səhiyyə qurumları pandemiyanın təhlükəli olduğundan danışmalı, əhalini, xüsusən də gəncləri maarifləndirməli, aksiyalar keçirilməlidir.
9.QİÇS xəstəliyi ilk özünü necə biruzə verir?
Dünya alimləri QİÇS-ibioterrorizm adlandırır. Əlamətləri bunlardır: ilk dəfə xəstənin limfa düyünləri şişir, bu cür şişkin limfalar əsasən insanın qulağında, bel və boyun nahiyələrində müşahidə olunur. Bir müddət sonra iştahasızlıq başlayır, 2 aydan çox dövrü əhatə edən qızdırma, sürətli arıqlama və müddətsiz ishal baş verir. İnsan elə vəziyyət düşür ki, bədən zəifləyir, infeksion xəstəliklərin qarşısında aciz qalır. Daha sonra xəstəlik bədənin bütün üzvlərini iflic edir və xəstə dünyasını dəyişir. Bəzən də HİV AİDS mərhələsinə keçmir və insan bir xeyli müddət yaşaya bilir. Onlar virusun daşıyıcıları hesab olunurlar.
Bu terririzm Azərbaycandan da yan keçməyib. Ölkəmizdə ilk dəfə QİÇS-ə yoluxma halı 1987-ci ildə qeydə alındı. O vaxt cəmi iki nəfər olsa da, təəssüf ki, onların sayı getdikcə artdı. Ötən ilin statistikasına görə, ölkəmizdə 2mindən çox QİÇS xəstəsi var. Başqa ölkələrlə müqayisədə bu təhlükəli rəqəm hesab olunmur, lakin müalicəsi olmadığından xəstəlik sağalmır və təəssüf ki, hər il də sayı artır. QİÇS pandemiyası ən aktual problem olaraq daimdövlətimizin nəzarətindədir. Səhiyyədə ardıcıl həyata keçirilən layihələr çərçivəsində bir çox orta və ali təhsil müəssisələrində tədbirlər, disputlar təşkil edilir, mütəxəssilərlə görüşlər keçirilir, gənclər maarifləndirilir.
10.Autizm nədir?
Autizm – özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm – erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına maneə törədən bir xəstəlikdir. Autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər bunu həm irsi, həm hamiləlik zamanı baş verən narahatlıqlar, həm də uşaqlıqda edilən peyvəndlərlə əlaqələndirirlər. Peşəkarların fikrincə autik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar.
Belə uşaqların böyüyəndən sonra rəssamlığa, musiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur. Aparılan tədqiqatlar göstərir ki, belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər. Ya peşəkarların proqramlarından istifadə etmək lazımdır, ya da peşəkarların öhdəsinə verilməlidir. Bu zaman onların içində olan istedad üzə çıxacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar.
Autik uşaqlar ana sevgisinə, nəvazişinə, diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar, lakin onlar autik olduqları üçün bunu hiss etdirə, büruzə verməyi bacarmırlar.
11.Vərəm nədir və ondan necə qorunmalı?
Bütün xəstəliklərdə olduğu kimi vərəm xəstəliyinin də mütləq patoqnomik əlaməti yoxdur. Yəni elə bir əlamət yoxdur ki, ona görə biz əminliklə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu söyləyək. Ancaq vərəm xəstəliyində daha çox rast gəlinən əlamətlər, ümumi halsızlıq, axşamüstü hərarətin olması və səhərə yaxın boyun-ənsə, kürək nahiyyəsinin tərləməsidir. Bu əlamətlərin olmasına görə hər hansı bir orqanın vərəm xəstəliyindən şübhələnmək olar. Amma diaqnozun təsdiqi üçün kompleks müayinənin aparılması lazımdır. Əvvəlcə də söylədiyim kimi, əlamətlərə görə vərəm xəstəliyindən yalnız şübhələnmək olar. Yəni, vərəmin daha çox rast gəlinən forması olan tənəffüs orqanlarının, ağciyərlərin vərəmi zamanı yuxarıda söylədiyim əlamətlərlə yanaşı bəlğəmli öskürək, döş qəfəsində ağrı, təngnəfəslik, qanhayxırma və s. müşahidə olunur. Dəqiq diaqnozun qoyulması üçün isə xəstənin tam müayinəsi vacibdir.
Vərəm heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir.
Bu baxımdan hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Təbii ki, vərəmlə xəstələnməyə görə risk qrupu olan şəxslər var.
12.Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Həkimlər tez-tez belə bir ifadə istifadə edir: "diabet xəstəlik deyil, həyat tərzidir".
Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.
Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.
Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.
Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları - yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
13.Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində:
müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi;
Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları;
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir.
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:
bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından;
əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
14.Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
Azərbaycan Respublikasının Əmək Məcəlləsində:
müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi təsbit edilir.
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:
hüquq bərabərliyinin təmin edilməsi;
mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.
15.Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. (2)
Maddə 40. Mədəniyyət hüququ I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.
Maddə 41. Sağlamlığın qorunması hüququ I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
16.Meşələrin qorunması və artırılması
Dünya ölkələrində rast gəlinən təbii sərvətlərin içində meşələr xüsusi yer tutur. Meşə örtüyü həm təmiz hava, həm də göz oxşayan mənzərə deməkdir. Meşələrin insan sağlamlığı üçün əhəmiyyəti nəzərə alınaraq beynəlxalq qurumlar tərəfindən də xüsusi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən 2011 il Beynəlxalq Meşələr İli elan edilib. Dünya üzrə meşələrin davamlı istifadəsi və qorunması sahəsində mövcud olan müsbət səylərə baxmayaraq bu sahədə hələ də deqradasiya və məhv olunma proseslərinə rast gəlmək olar. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi, ağacların yandırılması nəticəsində bitki örtüyünün azalması halları istisna deyil. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublika ağır ekoloji fəlakətlər ilə üz-üzə qala bilər. Ona görə də meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində diqqəti artırmaq lazımdır.
17.«Azərbaycan Respublikası Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq bəyan edir ki, bu Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa aşağıdakı hallarda da yardımdan imtina edilə bilər:
-
yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə;
-
sorğu edən dövlətdə cinayətin törədilməsində şübhə edilən və ya təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının və ya üçüncü dövlətin məhkəməsinin həmin cinayət ilə bağlı qüvvəyə minmiş hökmü olduqda;
-
yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda.
1. «Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)».
2. «Azərbaycan Respublikası bəyan edir ki, bu Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş cinayət işlərinə aid olan » Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin müddəaları nəzərə alınmaqla yerinə yetiriləcəkdir».
18.Gəlirlər və əmək haqqı siyasəti dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi kimi
Gəlirlər, onların formalaşması və istifadə edilməsi sosial-iqtisadi sistemlərin hamısında həmişə dövlətin əsəs problemi olmuş və olmaqdadır. Gəlirlər və əmək haqqı siyasəti demək olar ki, bu sahədə bütün iqtisadi fikirlərlə müəyyən dərəcədə bağlıdır. Müasir şəraitdə sosial sahədə dövlət tərəfindən həyata keçirilən əsas tədbirlər sırasına əsasən təhsil, səhiyyə, ekoloji problemlərin həllinə yönəldilmiş iri həcmli proqramların işlənib hazırlanması, işçilərin sosial müdafiəsi və sosial təminatı mexanizminin formalaşması daxildir.. Dövlət cəmiyyətdə gəlirlərin yenidən bölgüsü yolu ilə sosial müdafiə və təminat fondlarını formalaşdırır. Bu yolla dövlət minimum əmək haqqı, qocalığa görə təqaüd, işsizliyə görə müavinat, aztəminatlı ailələrə müxtəlif yardımların verilməsinin maliyyə əsasını yaratmaqla sosial proqramları reallaşdırır. Dövlətin sosial-iqtisadi siyasətinin əsasını gəlirlər və əmək haqqı siyasəti təş- kil edir. Bu sahədə fəaliyyət, sərəncamda olan vəsaitlərə və zərüri hüquqi bazaya əsaslanaraq, gəlirlərin formalaşması ilə bağlı tədbirlər sistemi vasitəsilə əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
19.Bankların mahiyyəti
Bank sistemi iqtisadi sistemin ən mühüm elementlərindən biridir. İqtisadiyyatın digər sahələri kimi bank sistemi də hal-hazırda struktur, eləcə də funksiyalarla əlaqədar olan köklü dəyişikliklərə məruz qalmaqdadır. Dəyişikliklərin işlənib hazırlanması bank qanunvericiliyi tərəfindən təsbit edilir. Bankların iqtisadi təbiəti onların xüsusi funksiyasında özünü büruzə verir: iqtisadi bazarda xüsusi maliyyə vasitəçiləri rolunu yerinə yetirmə funksiyası. Bu əsasda banklar müəyyən subyektlərin (dövlətin, fiziki şəxslərin, təsərrüfat strukturlarının) təsərrüfat fəaliyyəti prosesində azad olan sərbəst pul vəsaitlərini cəlb edir və həmin vəsaitləri müddətlilik, qaytarılma və başqası tərəfindən istifadə olunduğu müddət üçün əvəzinin ödənilməsi şərtləri ilə təklif edir. Bununla onlar bank kreditləşdirilməsini həyata keçirir. Bank krediti maliyyə hüququnun mühüm halqalarından biridir. Məhz bank sistemi həm nağd, həm də nağdsız pul vəsaitləri fondunun toplanmasını həyata keçirir.
Beləliklə, kapitalın daim bölüşdürülməsi baş verir. Bank – fəaliyyət məhsulu müxtəlif xidmət növündən (məsələn, kreditlərin təklif edilməsi, yatırımların yerləşdirilməsi, zəmanətlərin və zaminliyin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi və s. ) ibarət olan kommersiya müəssisəsidir.
Dostları ilə paylaş: |